Gözəl İslam / Dinin əmri zamanla dəyişmir

Dinin əmri zamanla dəyişmir

Sual: Dinin əmrləri başqa, Ərəb adətləri başqadır. Ərəbistan çox isti yer olduğu üçün orada yaşayan insanlar istidən qorunmaq məqsədilə örtünmüşlər. Bu İslamiyyətdən əvvəlki ərəblərin bir adətidir, dinlə heç bir əlaqəsi yoxdur. Sonralar dinin əmri olsa belə, Qurandakı bəzi hökmlər bu gün artıq keçərli deyil. Bəzi hökmlər cəmiyyətin şərtlərinə uyğun olaraq dəyişdirilir” iddiasında həqiqət payı vardırmı? Təsəttür dinin əmridir, yoxsa ərəb adətidir?

CAVAB

İddiada zərrə qədər həqiqət yoxdur, deyilənlərin hamısı yanlışdır.

Birincisi, dünyanın hər yerində istidən narahat olanlar açılır. Ərəbistanda isə örtündüklərini söyləmək qəribə deyilmi?

İkincisi, Ərəb adəti demək çox yanlışdır. Çünki ərəblər İslamiyyətdən əvvəl Kəbəni belə lüt halda təvaf edirdilər. Yəni açıqlıq və həyasızlıq məşhur idi. İslamiyyət gələndə açıq gəzmək qadağan edildi.

Üçüncüsü, Qurani-kərim və hədisi-şərif ilə bildirilən hökmlər zamanla dəyişmir. Adətə aid olan hökmlər zamanla dəyişə bilər. Təsəttür əmri adət deyil, dinin bir hökmüdür. Qurani-kərimdə məalən buyurulur ki:

“Mömin qadınlara söylə: [Yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən hissədən başqa, zinətlərini [Saç və boyun kimi zinət taxılan yerləri] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31]

Bu ayəti-kərimədən başa düşmək olar ki, qadınlar baş örtüsünü ancaq yaxasına örtməli, baş və bədəninin digər yerlərini örtməsi lazım deyil. Gözünü nədən çəkindirəcək, namusunu necə qoruyacaq, zinətdən məqsəd nədir? Xına, sürmə boyadırmı, qızıl, gümüş kimi zinətlərdirmi? Bu xüsuslar açıq-aydın deyil, hədisi-şəriflə bildirilmişdir. Bir ayəti-kərimə məalı da belədir:

“Ey Nəbi, xanımlarına, qızlarına və möminlərin qadınlarına [çölə çıxarkən] cilbablarını [çöl paltarlarını] geyinmələrini söylə! Bu onların tanınıb əziyyət görməməsi üçün daha uyğundur.” [Əhzab 59]

Bu tərcüməni əsas götürüb, “Qadın, tanınıb əziyyət görməməsi üçün çöl paltarı geyər. Tanınıb əziyyət gösməzsə, paltarsız gəzə bilər” deyənlər çıxmışdır. Bu ayələri Rəsulullah əfəndimizin necə açıqladığına baxılmalıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Qadının [üz və iki əlindən başqa] bütün bədəni övrətdir.” [Məcmaul-ənhür, Əl-muqni]

Bu hədisi-şərifdə qadının təsəttürü açıq-aydın bildirilir. Qurani-kərimin 17 yerində Rəsulullaha “De ki, mənə tabe olun” buyurulur. Allahu təalanın Rəsuluna tabe olub Onun bildirdiyi şəkildə təsəttürə riayət etməlidir! Həzrəti-Əsma nazik paltarla gələndə Rəsulullah əfəndimiz baldızına baxmadı. Mübarək üzünü çevirib buyurdu ki:

“Ya Əsma, bir kız namaz qılacaq yaşa gələndə üz və əllərindən başqa bədənini kişilərə göstərə bilməz.” [Əbu Davud]

Həzrəti Aişə validəmiz də buyurdu ki:

“İlk mühacir qadınlara Allah rəhmət etsin! Təsəttür ayəti enəndə, dərhal önlüklərini cırıb başlarını örtdülər.” [Buxari, Nəsai]

Quranı öz düşüncəsinə görə təfsir edib təsəttür fərzini inkar etmək küfürdür. Bir qadın açıq gəzsə, kafir olmaz, lakin örtünmənin lazımsız olduğunu söyləsə, kafir olar.

 

26-04-2023, 15:05
Geri