Gözəl İslam / Müsəlman Allaha və Rəsuluna inanır

Müsəlman Allaha və Rəsuluna inanır

Sual: Quranda qadınların yalnız yaxalarını örtmək lazım olduğu, digər yerlərini isə açmalarında heç bir problemin olmadığı bildirilirmişdir. Belə bir ayət vardırmı?

CAVAB

Bir mövzu üçün ancaq bir ayətə baxılmır. Bu mövzu ilə əlaqəli başqa ayətlərə də baxmaq lazımdır. Çünki ayətlər bir-birini izah edir. Ayətlərə də baxmaq kifayət deyil. Rəsulullah əfəndimiz bu ayətləri necə açıqlayıb və necə həyata keçirmişsə ona baxmaq lazımdır.

Əvvəlcə ayətlərə baxaq:

“Mömin qadınlara söylə, gözlərini [yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən hissədən başqa zinətlərini [zinət taxılan yerlərini] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31 ]

Gözünü nədən çəkindirəcək, namusunu necə qoruyacaq, zinətdən məqsəd nədir? Xına, sürmə, boya, qızıl, gümüş kimi zinət əşyalarıdırmı? Bu xüsuslar aydın deyil, bunlar hədisi-şəriflə açıqlandı. Aşağıda bildiriləcəkdir. Bir ayəti-kərimə məalı da belədir:

“Ey Nəbi, xanımlarına, qızlarına və möminlərin qadınlarına [çölə çıxarkən] cilbablarını [üst paltarlarını] geyinmələrini söylə! Bu, onların tanınıb, əza görməmələrinə daha uyğundur.” [Əhzab 59]

Nur surəsindəki ayətdə başlarını yaxalarına qədər örtmələri bildirildi. Bu ayətdə isə üst paltarlarını geyinmələri bildirilir. Yəni bütün bədəni örtmələri qeyd olunur. Gənc qızla yaşlı eyni formada geyinməlidirmi?

Bu mövzudakı ayəti-kərimə məalı belədir:

“Ailə qurmaq istəyi olmayan yaşlı qadınların zinətlərini [zinət yerlərini, baş, qulaq, boyun, qol və ayaqlarını] göstərməmək şərti ilə üst paltarlarını [manto kimi]  çıxarsalar, onlara heç bir qəbahət yoxdur. Amma yaxşı olar ki, bundan çəkinsinlər.” [Nur 60]

Demək ki, yaşlı olmayan qadınların üst paltarı ilə çölə çıxmaları fərzdir.

Bu ayətləri Rəsulullah əfəndimiz necə açıqladığına baxaq:

“Qadının [üz və iki əlindən başqa] bütün bədəni övrətdir.” [Məcmaul-ənhur, El-muğni]

Bu hədisi-şərifdə qadının təsəttürü açıq-aydın bildirilmişdir. Yalnız sinəsini deyil, bütün bədənini örtməsi lazımdır. Rəsulullah əfəndimiz baldızını nazik paltarda görəndə “Ey Əsma, bir qız namaz qılacaq yaşa çatanda üz və əlləri xaric, bədənini kişilərə göstərə bilməz” buyurdu. [Əbu Davud]


Həzrəti Aişə validəmiz də buyurdu ki:

“İlk hicrət edən qadınlara Allah rəhmət etsin! Təsəttür ayəti enəndə dərhal önlüklərini yırtıb, başlarını örtdülər” buyurdu. [Buxari, Nəsai]

Bu hədisi-şərifdə qadınların başlarının da bağlanması lazım olduğu açıq-aydın bildirilir. Qadınların çarşab geyinmədiklərini bu hədisi-şərif də göstərir. Nur surəsinin 31-ci ayəti-kəriməsində “Qadınlar himarlarını [baş örtülərini] yaxalarının üstünə örtsünlər” buyurulur. Əgər qadınlar çarşab geyinsəydilər himar, yəni baş örtüsünü yaxanın üstünə örtməkdən bəhs etməzdilər. Bu ayət ilə yuxarıdakı hədisi-şərifdə çarşabın əsri-səadətdə olmadığını göstərir.

Qadınlar üçün hər cür bəzək caizdir. Ancaq yadlara göstərə bilməzlər. Örtülü olaraq bəzənə bilərlər. Amma xalxalın səsini cingildədib eşitdirməsi caiz deyil. Bir ayə məalı belədir:

“Gizlətdikləri [örtülü] zinətləri bilinsin deyə ayaqlarını [yerə, bir-birinə] vurmasınlar.” [Nur 31]
Diqqət edilərsə, ayaqdakı örtülü zinət əşyası ifadəsi keçir. Yəni zinətlərin gizlədilməsi lazımdır.

Qoldakı bilərzikləri və əldəki üzükləri də göstərməmək lazımdır. Boyunbağı, xına, sürmə kimi başqa bəzək əşyalarını da göstərməmək lazımdır. Ayətin əvvəlində də buna işarə edilmişdir.

Dinimizdə iki cür qadın geyimi vardır. Hür və cariyə [kölə] geyimi. Cariyələr başlarını örtməzdilər, örtmək məcburiyyətində də deyildilər. Örtünmə məcburiyyəti hür qadınlara aid idi. Təsəttür ayəti gəlmədən əvvəl hür qadınlar da başları açıq gəzərdi. Münafiqlər cariyələrə təcavüz edərdi. Bu arada açıq olan hür qadınlara da sataşırdılar. Hadisə eşidilən zaman “Biz onu cariyə bildik” deyərlərdi. Allahu təala “Hür qadınlar cariyələr kimi geyinməsinlər, bədənlərini tamamilə örtsünlər, beləliklə cariyə olmadıqları məlum olsun və münafiq kişilər tərəfindən də təcavüzə məruz qalmasınlar” buyurdu. Əhza surəsinin 59-cu ayətini müfəssirlər belə açıqlayırlar.

Qadınlara zəruruət olduqda yad kişilərlə ciddi danışmaları da əmr edilmişdir. Bir ayət məalı:

“Ey Nəbi xanımları, siz başqa qadınlar kimi deyilsiniz. Allahdan qorxun, ədalı, mülayim danışmayın, qəlbi qara olan ümidə edər, daim ciddi danışın.” [Əhzab 32]

Ayətdə Peyğəmbər xanımlarının, yəni analarımızın mülayim danışmaları caiz olmayınca, başqa qadınların mülayim danışmaları necə caiz ola bilər. Analarımıza pis gözlə baxan olduğuna görə, başqa qadınlara pis gözlə baxan olmazmı? Deməli, hür qadınların bədənlərini tamamilə örtmələri və danışmaq zərurəti olanda da ciddi danışmaları əmr edilmişdir. Ayəti-kərimədə günah işləyən küçə qadınları kimi nazlı danışmamaları və çox ciddi danışmaları bildirilir. Küçə qadınları pislənir.

 
Rəsulullaha inanmaq

Rəsulullaha inanmaq demək, Onun bildirdiklərinin hamısını qəbul etmək, inanmaq və hamısını bəyənmək deməkdir. Birini belə bəyənməyən müsəlman ola bilməz. “Yalnız Quran” deyənlərin Qurana da, Allaha da, Rəsuluna da inanmadıqları çox açıqdır. Allahu təala Qurani-kərimdə özü ilə Rəsulunun yolunu bir-birindən ayırmaq istəyənlərin kafir olduğunu bildirməkdədir.

Dəfələrlə “Həbibimə iman edin, Ona itaət edin, Ona itaət mənə itaətdir, O özündən danışmaz, gətirdiklərini alın, qadağan etdiklərindən çəkinin. Sizi sevməyimi istəyirsinizsə, Ona tabe olun. Onda sizin üçün gözəl nümunələr vardır, Onu hamınıza Peyğəmbər, aləmlərə rəhmət olaraq göndərdim” buyurur.

Müsəlman din düşmənlərinin sözlərinə deyil, Allaha və Rəsuluna inanar.


Qadınların bədən cizgilərinin [qaba övrət yerlərinin forması və rəngi] bəlli olmayacaq hər hansısa bir paltar ilə örtülməsi fərzdir. İslam dini örtünməni əmr etmişdir, lakin müəyyən bir örtü forması bildirilməmişdir.

[Dürər-ül-mültəqitə]

yğəmbər əfəndimiz və Əshabı-kiramın mübarək xanımları çarşabla örtünməmişdir. Heç bir kitabda çarşab geyindikləri qeyd olunmamışdır. Bir neçə kitabda milhafə, fəracə, fistan, əntari geyindikləri bildirilmişdir. İmam Rəbbani həzrətləri 313-cü məktubunda bu cür fərqli paltar geyindiklərini qeyd etmişdir.

11-04-2023, 15:38
Geri