Gözəl İslam / Namazda tadili ərkan

Namazda tadili ərkan

    Namazın beş yerində tadili ərkanı unutmadığı halda bilərək tərk etmək, İmam Əbu Yusifə görə (rahimə-hullahü təala) namazı pozur. İmam Əzəm və imam Muhammədə görə pozmur. Lakin vacib qəsdən tərk edildiyinə görə, nöqsanın düzəldilməsi üçün namazı iadə etmək lazımdır. Unudaraq tərk edilsə, “Səcdəi-səhv” etmək lazımdır.

Tadili ərkanın tərk edilməsinin iyirmi altiya qədər zərəri var:
1. Kasıblığa səbəb olur

2. Axirət alimləri o insana qəzəblənər.
3. Adilliyini itirər, şahidliyi qəbul olunmaz.
4. Namaz qıldığı məkan qiyamət günü əleyhinə şəhadət edər.
5. Bir şəxs tadili ərkansız namaz qılarkən, kimsə görüb söyləməsə günahkar olar.
6. O namazın təkrar qılınması vacib olar.
7. İnsanın imansız ölməsinə səbəb olar.
8. Namazın oğrusu olar.
9. Qıldığı namazı Hesab günü köhnə əski kimi üzünə çırpılar.
10. Allahü təalanın mərhəmətindən məhrum olar.
11. Allahü təalaya duada ədəbsizlik etmiş olar.
12. Namazın əlavə savabından məhrum olar.
13. Digər ibadətlərin savabının verilməməsinə səbəb olar.
14. Cəhənnəmə layiq olar.
15. Cahillərin onu görüb, tadili ərkanı tərk etmələrinə səbəb olar. Buna görə də, din adamının günah işləməsi daha çox əzab çəkməsinə səbəb olur.
16. İmamına müxalif etmiş olar.
17. Namazlardakı rüknlar arasındakı keçidlərdəki sünnətləri tərk etmiş olar.
18. Allahü azım-üş-şanın qəzəbinə düçar olar.
19. Şeytanı sevindirmiş olar.
20. Cənnətdən uzaq olar.
21. Cəhənnəmə yaxın olar.
22. Öz nəfsinə zülm etmiş olar.
23. Nəfsini kirləndirmiş olar.
24. Sağında və solunda olan mələklərə əziyyət etmiş olar.
25. Rəsulullahı (sallallahü aleyhi və səlləm) kədərləndirmiş olar.
26. Bütün məxluqata zərəri toxunar. Belə ki, o şəxsin günahı ucbatından yağışlar yağmaz, yerdə əkinlər bitməz və vaxtsız yağış yağıb, fayda yerinə ziyan vermiş olar.

19-05-2020, 04:16
Geri