Gözəl İslam / İstinca, İstibra, İstinka

İstinca, İstibra, İstinka

İstinca, su ilə məlum yeri yumaqdır. İstibra, sidiyə getdikdən sonra sidik kisəsinin yaşlığı gedənə qədər, istər gəzişərək, istərsə də digər yolla vaxt keçirməyə deyilir. İstinka, pak olduğuna dair qəlbdə şübhə qalmamasına deyilir.
İstinca altı növdür:
1) Fərz-paltarında, bədənində və namaz qılacağı yerdə bir dirhəmdən artıq nəcasət olsa, su ilə təmizləmək fərzdir. Bunun kimi, qüsl edərkən də istinca fərzdir. [Burada bir dirhəm, bir miskal deməkdir ki, bu da 4,8 qramdır.]
2) Vacib-paltarında və namaz qılacağı yerdə bir dirhəm miqdarı nəcasət olarsa, təmizləmək vacibdir.
3) Bir dirhəmdən az olsa, təmizləmək sünnətdir.
4) Müstəhəb-çox az olan nəcasəti təmizləmək müstəhəbdir.

5) Bir kimsə arxa yeri yaş ikən yel qaçırsa, o yeri yumaq məndubdur (bəyəniləndir).
6) Bir kimsə, o yeri quru ikən yel qaçırsa, o yeri yuması bidətdir.

   İstincanın sünnətləri: daş və ya torpaq ilə təmizlənmək və bundan sonra su ilə yuyunmaq sünnətdir.

   Əgər daş və torpaq ilə nəcasət yaxşı təmizlənməyib, dirhəmdən artıq qalarsa, yaxud dirhəmdən çox olaraq, arxa yerin ətrafına bulaşıbsa, suyla yumaq fərzdir. Bundan sonra pak bir bezlə silməli, bez yoxdursa, əllə qurulanmalıdır. İstincanın bir müstəhəbi var: daşın sayı tək olmalıdır, yəni ya üç, ya beş, ya da yeddi.
[Sidiyini saxlaya bilməyən adamın paltarına sidik bulaşmaması üçün 12x12sm böyüklükdə parçanın bir ucu bir az bükülüb, bura yarım metrə qədər ipin bir ucu bağlanır. Parça cinsiyyət orqanının ucuna örtülür. İp parçanın üstündən, yəni cinsiyyət orqanının üzərinə bir dəfə sarılır. Sarğıya yaxın yer iki qat edilib, qatlı yer sarğının altına keçirilərək, dartılıb sıxılır. Sərbəst ucuna bir düyün vurularaq, sancaqla alt paltarına bərkidilir. Sidiyə gedən zaman, sancaq çıxarılır, ip dartılınca düyün dərhal açılır və bez çıxır. Bəzi yaşlı insanlarda orqan kiçildiyindən, üzərinə bez sarımaq olmur. Onlar cinsiyyət üzvünü və xayaları kiçik neylon torbaya qoyub ağzını bağlamalıdırlar. Sidik qaçıran, lakin üzrlü olmayan hənəfi məzhəbindəki şəxs, dəstəmaz almağa, qüslə və namaza başlayarkən maliki məzhəbini təqlid etməyə niyyət edər. Camiul-əzhər mədrəsəsinin müəllimlərindən Abdürrəhman Cəziri (1384cü ildə vəfat etmişdir) “(rahmətullahi aleyh)in rəhbərliyi altında olan Misir alimlərinin hazırladıqları “Kitab-ül-fıkh aləl-məzahibil-ərbəa”da deyilir ki: “Maliki məzhəbində ikinci qavlə görə, xəstədə, yaşlıda dəstəmazı pozacaq bir şey meydana gələrsə, dərhal üzrlü olur və dəstəmazı pozulmur. Harac halında olan, yəni çətinliyi olan hənəfi və şafilər bu qavli təqlid edirlər”. Namaz içində sidik qaçıran hənəfi, imkanı olmadığı zaman malikinin bu sözünü təqlid edər. Niyyət edərək namazına üzrlü olaraq davam edər.]
__________________
Abdülxaliq Qoncdüvani “rahmətullahi təala aleyh” “Vəsiyyətnamə” kitabında deyir: “Sənə vəsiyyət edirəm, ey oğul ki, hər halında elm, ədəb və təqvalı ol! İslam alimlərinin kitablarını oxu! Fiqh və hədis öyrən! Cahil təriqətçilərdən uzaq ol! Şöhrətpərəst olma! Şöhrətdə afət, bəla vardır! Çox sima[1] eyləmə! Çox sima, qəlbdə nifaq edir, qəlbi öldürür. Simanı inkar da etmə ki, böyüklərin çoxu sima etmişdirlər. Aslandan qaçan kimi cahillərdən qaç! Bidət sahibi, yolunu azmış və dünyaya düşkün olanlarla dostluq etmə! Halal ye! Çox gülmə! Qəhqəhə ilə gülmək qəlbi öldürür! Hər kəsə şəfqət və mərhəmət göstər! Heç kəsə xor baxma! Heç kəslə münaqişə, mücadilə etmə! Heç kəsdən heç nə istəmə! Təsəvvüf böyüklərini təhqir etmə! Onları inkar edən fəlakətə düşər! Mayan fiqh, evin məscid olsun!”) Pəncərə şüşəsi bunun zamanında kəşf edildi.

________________________
[1] sima-bir və ya bir neçə nəfərin çalğısız, alətsiz, musiqi pərdələrinə uydurmadan oxuduqları dini, imanı qüvvətləndirən və əxlaqı gözəlləşdirən şerləri, qəsidələri, ilahiləri və mövludləri dinləmək.

17-05-2020, 04:40
Geri