Gözəl İslam / Səfərdə qəzaya qalan namaz

Səfərdə qəzaya qalan namaz

Sual: Səfərdə qəzaya qalan namazı mükim olan zaman neçə rükət qılmaq lazımdır?

CAVAB

Səfərdə qəzaya qalan zöhr, əsr və işanın fərzlərini mükim ikən də yenə 2 rükət qəza qılınır. Sübh, şam və vitr eynilə qəza qılınır.

Sual: Səfərdə qəzaya qalan vitrin qəzası yenə vacibdirmi?

CAVAB

Bəli, vacibdir.

Sual: Səfərdəki qəza namazının sayı bilinməzsə, hamısı 4 qılınırmı?

CAVAB

Qəsdən olmadığı üçün dörd qılmaq caiz olar.

Sual: “Səfərdə qəzaya qalan ilk zöhr namazına” deyə niyyət edərək iki rükət namaz qılmaq caizdirmi?

CAVAB

Bəli.

Sual: Mükimkən qəzaya qalan fərzlər səfərdə də dörd rükətmi qılınır?

CAVAB

Bəli. Sübh, məğrib və vitr eynilə qəza edilir.

9-08-2018, 15:01
Geri