Gözəl İslam / Səfərilikdə məsafə

Səfərilikdə məsafə

Sual: Səfərilikdə məsafə nə qədərdir?
CAVAB
Üç günlük yola, sürətli bir minik vasitəsilə, məsələn, qatarla daha az zamanda gedən də səfəri olur. (Məcəllə şərhi)
Kəşf ediləcək yeni bir nəqliyyat vasitəsi ilə bir saniyədə, bir anda Amerikaya gedən də səfəri olur. Keçmiş zamanlarda kəramətlə bir anda başqa ölkələrə gedən övliya da səfəri namazları qılmışdır. Yenə din kitablarında deyilir ki:
Bir yerə aparan iki yol olsa, biri qısa, digəri uzun olsa, uzun yol 104 kilometrdən artıqdırsa, bu uzun yoldan hər cür nəqliyyat vasitəsilə [avtobusla, təyyarə ilə və ya kəramətlə] gedən səfəri olur. Keçmiş zamanlarda sürətli gedən atlar da var idi. Amma dinimiz atı deyil, dəvə yerişini əsas götürmüşdür. Məsələn, Fətavayi-Hindiyyədə buyurulur ki:
Bir kimsə üç günlük [104 km] məsafədə olan bir yerə sürətli qaçan bir at ilə iki gündə və ya daha az bir zamanda çatmış olsa da, yenə səfəri olar, dörd rükətlik namazlarını qısaldaraq iki rükət qılar. Cövhərə kitabında da bu cür bildirilməkdədir. (On beşinci bab)
İbni Abidin həzrətləri buyurur ki:
Alimlərin hamısı səfəriliyi fərsah adlanan, bir saatda gedilən yolun uzunluğu ilə bildirmişdir. Səfəri olacaq məsafəni də 15, 18 və 21 fərsah təyin etmişdirlər. Fətva 18 fərsaha görə verilmişdir. (Rəddül-Muxtar)
Bir fərsah təxminən 6 km-dir. Dəqiq olaraq 5,8 kilometrdir. Bu da təxminən 104 km edir. Maliki, Şafii və Hənbəli məzhəblərində isə 80 kilometrdən artıq gedən səfəri olur. (Məzahibi-Ərbəə)
Sual: Peyğəmbərin dövründə avtobus və təyyarə kimi nəqliyyat vasitələri olmadığı üçün 104 km-dən artıq gedən səfəri olur demişdir. Amma müasir dövr üçün bu məsafə çox azdır. Səfərilikdə məsafə deyil gedilən zaman, yəni müddət mühümdür. 104 km bir yol üçün namazı qısaltmaq necə doğru ola bilər? Bu, dini rahatına gəldiyi kimi dəyişdirmək sayılmazmı?
CAVAB
Qaş düzəldim deyərkən, göz çıxardığınızın fərqində deyilsiniz. Fərqində olmasanız belə, hətta əksini iddia etsəniz belə, sözlərinizdən bu məna çıxır:
Allah gələcəkdə avtobus, qatar, təyyarə, gəmi, sürətli gedən dəniz qayıqlarının və ya raketlərin çıxacağını [haşa] bilmirdi. Onun Peyğəmbəri də qiyamətə qədər keçərli olan dinində, sadəcə öz dövründəki problemləri bildirmişdir.
Bu çox pis bir təqsirləndirmədir. Allahü təala qiyamətə qədər olacaq lazımlı bütün hadisələri Peyğəmbərinə bildirdiyi üçün Rəsulullah əfəndimiz hər əsrdə tətbiq olunacaq hökmləri bildirmişdir.
Əslində, sizin ağlınıza görə etdiyiniz təklif dini dəyişdirmək sayılır. Dinimiz məsafə mühümdür deyir, zaman, müddət hesaba qatılmaz deyir, yuxarıda bunları nəql etdik.
İbadət demək, Allah və Rəsulu tərəfindən əmr edilən şeyi bildirilən zamanda, miqdarda və şərtlərdə etmək deməkdir. Bunu azaltmaq, artırmaq və ya müxtəlif şəkildə dəyişdirmək, dini dəyişdirmək olar. Bunun da ibadətlə əlaqəsi qalmaz.
Sual: Səfərilikdə üç günlük yol əsasdır. Bu da təxminən 104 km-dir. Bu yol çox enişli-yoxuşlu olsa, buna görə də 4–5 gündə gedilirsə; lakin yol 104 km.-dən azdırsa səfəri sayılırmı?
CAVAB
Xeyr, səfəri olmaz; çünki məsafə əsasdır. Əksinə, təyyarə ilə bir saatda gedilərək, zaman qısalsa da yenə məsafə əsas götürülür. Hansı vasitəylə və neçə gündə gedilirsə gedilsin, 104 km.-dən az məsafəyə gedən səfəri ola bilməz. 104 kilometrdən uzağa bir saniyədə belə gedilsə səfəri olunur.
Məsafəni qısa zənn etmək
Sual: Vətəni-iqamətim olan İçərişəhərdən çevre yoluyla Şamaxıya getmək üzrə yola çıxdım. İçərişəhər Şamaxı arasının 90 km-dən çox olmayacağını hesab edirdim. Buna görə səfəri olmadığım için yolda zöhr namazını kısaltmadan qıldım. Şamaxıya çatanda, İçərişəhər Şamaxı arasındaki məsafənin 110 km-i keçdiyini öyrəndim. Əsr namazını neçə rükət qılmalıyam?
CAVAB
Səfəri uzaqlıqdakı bir yola çıxan məsafənin uzunluğunu bilməsə də səfəri olur. Səfəri olduğu bilinmədikdə dörd rükət qılmaq günah olmaz. İlk yola çıxışda, bu yolun 100 kilometrdən az olduğu zənn edilsə və bu yolun əslində 104 kilometrdən artıq olduğu bilinsə, səfəri olduğu aydın olur. Anladıqdan sonra artıq dörd rükət olan fərzləri iki qılar.
Məsafəni uzun zənn etmək
Sual: Vətəni-iqamətim olan Yasamaldan zöhr vaxtı, Xızıya getmək üçün yola çıxdım. Yasamal Xızı arasının səfəri uzaqlıqda olduğunu zənn edirdim. Buna görə səfəri olduğumu düşünərək yolda zöhr namazını iki rükət qıldım. Amma Giləziyə çatdıqda, Yasamalla Xızı arasındakı məsafənin səfəri uzaqlığında olmadığını bildim. İkindini neçə rükət qılmalıyam?
CAVAB
Səfəri olduğunu zənn edərək zöhr namazını iki rükət qılmaq günah olmamışdır. Ancaq vaxt çıxmamışdırsa, dörd rükəti yenidən qılmaq, vaxt çıxmışsa qəza etmək lazımdır. Əsri də dörd rükət qılmaq lazımdır.
Evdə və yolda
Sual: Vətəni-əslim Balakəndir. Hövsanda iqamət edirəm. Hər gün Hövsandan 250 km uzaqlıqdakı Yevlaxa gedib-gəlirəm. Həm Hövsanda evimdə ikən, həm də Yevlaxda səfəri olurammı?
CAVAB
Bəli, həm Hövsanda evinizdə ikən, həm Yevlaxda, həm də yollarda həmişə səfəri olursunuz.
Səfərilik məsafəsindəki ölçü
Sual: Bir kimsənin olduğu yerdən başqa bir yerə gedərkən səfəri olması üçün bildirilən uzunluq ölçüləri nəyə əsasən müəyyən olunub və nələr əsas götürülmüşdür?
CAVAB: 

Mövzu ilə əlaqədar olaraq İbni Abidində buyurulur ki:
“Alimlərin hamısı üç günlük yolu "fərsah" da adlanan, bir saatda gedilən yolun uzunluğu ilə bildirdilər. Bir qismi üç günlük yol iyirmi bir fərsahdır dedi. Bir qismi də on səkkiz, bir qismi isə on beş fərsahdır dedi. Fətva, ikinci sözə görə verilmişdir.”

Əksəriyyətin fətvasına görə bir mərhələ, yəni bir gündə qət edilən yol qüsursuz olan düz yerdə altı fərsahdır. Bir fərsah üç mildir. Bir mərhələ on səkkiz mil, üç mərhələ 54 mil olur. Bir milin dörd min zra və bir zranın kəliməi təvhid hərfləri ədədi qədər, iyirmi dörd barmaq genişliyində olduğu İbni Abidində yazılıdır. Bir barmaq genişliy, təxminən  2 santimetrdir. Bir zra, 48 santimetr, bir mil 1920 metr, bir fərsah 5760 metrdir. Bir mərhələ 34 kilometr 560 metr, üç günlük yol da, təqribən 103,680, yəni düz vəziyyətdə 104 kilometr olmaqdadır. Coğrafi mil bir dəqiqəlik Ekvator xəttinin uzunluğu olub, 1852 metrdir.

Əl fiqhü-aləl məzahib kitabında deyilir ki:
“Şafii, Maliki və Hənbəli məzhəblərində səfər məsafəsi iki mərhələ dayanacaqdır. Bu da on altı fərsahdır. Bu da 48 mildir. Çünki bir fərsah üç mildir. Bir mil altı min zra insan qoludur. Səfəri olmaq məsafəsi 80 kilometr 640 metrlik bir yoldur.”

14-07-2018, 13:40
Geri