Gözəl İslam / Namaz Qılmayanın İslamdan Nəsibi

Namaz Qılmayanın İslamdan Nəsibi

Sual: “Namaz qılmayanın İslamdan nəsibi yoxdur” sözü namaz qılmayana kafir demək olur ki, bu da Əhli sünnət etiqadına zidd deyilmi?

CAVAB: Bu söz hədisi-şərifdir. Müxtəlif hədis kitablarında vardır. Bunun kimi namaz qılmamağın küfr olduğunu bildirən hədisi-şəriflər çoxdur. Bir neçəsi belədir:

“Namazı qəsdən tərk edən kafirdir.” [Tabərani]

 “Namaz qılmayanın dini yoxdur.” [İbni Nasr]

 “Namaz qılmayanın müsəlmanlığı yoxdur.” [Bəzzar]

 “Bizimlə kafirlik arasındakı fərq namazdır. Namazı tərk edən kafir olur.” [Nəsai]

 “İman namaz deməkdir. Namazı etinayla, vaxtına və digər şərtlərinə riayət edərək qılan mömindir.” [İbni Nəccar]

 S.Əbədiyyə kitabında “Namaz qılmayanın İslamdan nəsibi yoxdur” hədisi-şərifi ilə digər hədisi-şəriflər açıqlanaraq deyilir ki: “Əhli sünnət alimləri söz birliyi ilə “İbadətlər imandan parça deyildir”buyurdular. Yalnız namazda söz birliyi olmadı. Fiqh imamlarından İmamı Əhməd ibni Hanbəl, İshaq ibni Rahəvəyh, Abdullah ibni Mübarək, İbrahim Nəhai, Hakəm ibn Uteybə, Eyyub Sahtiyani, Davud Tai, Əbu Bəkir ibni Şeybə, Zübeyr ibn Harb və daha bir çox böyük alimlər “Bir namazı belə bilərək, qəsdən qılmayan kimsə kafir olur” dedilər. (Namazın əhəmiyyəti qismi)

 “Əl fiqhu aləl məzahibil ərbəa” kitabında da deyilir ki, Hanbəlilər ilə Abdullah bin Mübarək, İshaq bin Rahəvəyh və Şafinin bəzi əshabı dedilər ki: “Namazı üzrsüz olaraq qəsdən tərk edən kimsə kafir olur”. Bu söz həzrəti Əlidən də nəql edilmişdir. Bunlar dəlil olaraq Tövbə surəsinin “Əgər müşriklər tövbə edər, namaz qılar və zəkat verərlərsə sərbəst buraxın!” məalindəki 5-ci ayəti kəriməsində bildirilmişdir. Rəsulullah əfəndimiz bu ayəti-kəriməni açıqlayaraq buyurdu ki: “Müşriklər Lə iləhə illallah deyincəyə, namaz qılıncaya və zəkat verincəyə qədər onlarla savaşmaqla əmr olundum.” [Buxari]

 Digər üç məzhəb mənsubları isə “Namaz qılmağı, zəkat verməyi vəzifə bilməz, fərz olduğuna inanmaz, bunları yerinə yetirmədiyi üçün üzülməz, günaha girdiyi bilməzsə kafir olur” bildirmişlər. Yəni Hənəfi, Maliki və Şafidə namaz qılmayan kafir olmur, ancaq əhəmiyyət verməzsə kafir olur.

 

18-03-2018, 13:59
Geri