Gözəl İslam / Namaz Qılmayanlar

Namaz Qılmayanlar

Həzrəti Əbu Bəkri Sıddıq (radıyallahu anh) buyurur ki, beş namazın vaxtı gələn zaman mələklər deyər ki: “Ey Adəm oğulları, qalxın! İnsanları yandırmaq üçün hazırlanmış olan atəşi namaz qılaraq söndürün.” Bir Hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq, namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz. Münafiqlər isə bəzən qılar, bəzən qılmaz. Münafiqlər Cəhənnəmdə çox acı əzab görəcəkdir. Müfəssirlərin şahı, Abdüllah ibni Abbas “radıyallahü anhüma” deyir ki, Rəsulullahdan “sallallahü aləyhi və səlləm” eşitdim. Buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahü təalanı hirsli olaraq görəcəkdir”.

Hədis imamları söz birliyi ilə bildirirlər ki: “Bir namazı vaxtında qəsdən qılmayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün üzülməyən kafir olar”. Və ya ölərkən imansız gedər. Bəs namazı yadına belə gətirməyənlər, namazı vəzifə tanımayanlara nə olacaq? Əhli-sünnət alimləri söz birliyi ilə buyurdular ki, ibadətlər imandan parça deyildir. Yalnız, namaz üçün söz birliyi olmadı. Fiqh imamlarından İmamı Əhməd ibni Hanbəl, İshaq ibni Raheveyh, Abdullah ibni Mübarək, İbrahim Nəhai, Hakəm bin Uteybə, Əyyub Sahtiyani, Davüd Tai, Əbu Bəkr ibni Şeybə, Zübeyr bin Harb və daha bir çox böyük alimlər bir namazı qəsdən, yəni bilə-bilə qılmayan kimsə kafir olar dedilər. O halda ey din qardaşım, heç bir namazını buraxma və zəif qılma! Sevə-sevə qıl! Allahü təala qiyamət günü bu alimlərin ictihadlarına görə cəza verərsə nə edərsən?

Hanbəli məzhəbində bir namazı üzrsüz qılmayan mürtəd kimi qətl olunur. Yuyulmur, kəfənlənmir və namazı qılınmır. Müsəlmanların qəbiristanlığına basdırılmır və qəbri müəyyən edilmir. Dağda bir çuxura qoyulur.

Namaz qılmayan kimsə Şafii məzhəbində mürtəd olmazsa da, cəzası qətldir. Namaz qılmayan üçün Maliki məzhəbinin hökmləri Şafii hökmlərinin eynisidir.

Namaz qılmayan Hənəfi məzhəbində namaza başlayana qədər həbs olunur və ya qan axana qədər döyülür.

Beş şeyi etməyən beş şeydən məhrum olar:

  1. Malının zəkatını verməyən malının xeyirini görə bilməz.
  2. Uşrunu verməyənin tarlasında, qazancında bərəkəti qalmaz.
  3. Sədəqə verməyənin vücudunda səhhət qalmaz.
  4. Dua etməyən arzusuna qovuşa bilməz.
  5. Namaz vaxtı gələn zaman qılmaq istəməyən son nəfəsdə Kəlmeyi-şəhadət gətirə bilməz. Bir Hədisi-şərifdə buyuruldu ki: “Namazı üzrsüz qılmayan kimsəyə Allahü təala 15 dərd verir. 6-sı dünyada, 3-ü ölüm zamanında, 3-ü qəbirdə, 3-ü qəbirdən qalxan zaman.

Dünyada olan 6 əzab:

  1. Namaz qılmayanın ömründə bərəkət olmaz.
  2. Üzündə Allahü təalanın sevdiyi kimsələrin gözəlliyi, sevimliliyi qalmaz.
  3. Heç bir yaxşılığına savab verilməz.
  4. Duaları qəbul olunmaz.
  5. Onu kimsə sevməz.
  6. Müsəlmanların yaxşı dualarının buna faydası olmaz.

Ölərkən çəkəcəyi əzablar:

  1. Zəlil, pis, çirkin can verər.
  2. Aç olaraq ölər.
  3. Çox su içsə də, susuzluq əzabı ilə ölər.

Qəbirdə çəkəcəyi əzablar:

  1. Qəbir onu sıxar. Sümükləri bir-birinə keçər.
  2. Qəbri atəşlə doldurular. Gecə-gündüz onu yandırar.
  3. Allahu təala qəbrinə çox böyük ilan göndərər. Dünya ilanlarına bənzəməz. Hər gün hər namaz vaxtında onu sancar. Bir an belə əl çəkməz.

Qiyamətdə çəkəcəyi əzablar:

  1. Cəhənnəmə aparan əzab mələkləri yanından ayrılmazlar.
  2. Allahü təala onu hirsli olaraq qarşılayar.
  3. Hesabı çox çətin olub Cəhənnəmə atılar.” 

 

25-04-2020, 23:50
Geri