Gözəl İslam / Namaz surəsini bilməyən

Namaz surəsini bilməyən

     Sual: Yolunu azmış məşhur bir yazıçı “yeni müsəlman olmuş, fəqət ərəbcə namaz surələrini bilməyən bir fransız, bir alman və ya bir azərbaycanlı namazı surələrin və duaların tərcümələrini öz ana dili ilə öyrənib qıla bilər” deyir. İbadət dilini dəyişdirmək caiz olarmı?

CAVAB: Əsla caiz olmaz. (Fətavai fiqhiyyə)

      Bir çoxları bilir ki, Quranı-kərimi əzbərləmək öz dilindəki bir kitabı əzbərləməkdən daha asandır. Surə və dua bilməyən kimsə bunları bir kağıza yazıb namaz qılarkən qarşısına qoyar. Öyrənincəyə qədər bu cür oxuyaraq namazını qılar.

      İmamı-Azam xaric İmameynə, yəni İmamı Muhamməd ilə İmamı Əbu Yusifə görə Mushafa (Quranı-Kərim) və ya kağıza baxaraq oxumaq əhli kitaba, yəni yəhudilərə və xristianlara bənzəmək məqsədiylə olarsa məkruh olar. Fəqət əhli kitaba bənzəmək qəsdi olmadan oxumaq məkruh olmaz.(Dürr-ül-muxtar, Haləbi, Mültəqa, Hindiyyə, Məcmuai Zühdiyyə)

      Heç dua və surə bilməyən kimsə namazda kağıza baxaraq oxuya bilər. Şafi məzhəbində də Mushafa və ya yazılı kağıza baxaraq oxumağın heç bir zərəri, qəbahəti olmaz. Yeni müsəlman olanın və ya heç bir surə və dua bilməyənin hansı məzhəbdə olduğu da önəmlidir. Öz məzhəbində caiz olmayan bir şey başqa məzhəbdə caiz isə o məzhəbi təqlid edərək o işi etməkdə qəbahət olmaz.

 

18-03-2018, 13:57
Geri