Gözəl İslam / Namaz və qadınlara aid məsələlər

Namaz və qadınlara aid məsələlər

Sual: Qadının kişiyə görə namazda etdiyi fərqli şeylər hansılardır?

CAVAB: Aşağıdakılardır:

1- Qadın namaza başlayarkən əllərini çiyinlərinə qədər qaldırar. Sağ əl barmaqlarını sol bilək üzərinə halqa şəklində bağlamaz. Sağ əlini sol əli üzərində sinəsi üstünə qoyar.

2- Rükuya əyilərkən ayaqlarını birləşdirməz. Rükuda az əyilib, belini başı ilə düz tutmaz, dizlərini bükər. Əllərini dizləri üstünə qoyar, dizlərini tutmaz və barmaqlarını açmaz.

3- Səcdədə qollarını qarnına yaxın olaraq yerə sərər. Qarnını budlarına bitişdirər.

4- Təşəhhüddə ayaqlarını sağa çıxararaq yerə oturar. Barmaqları bir-birinə yapışıq olar.

5- Dua edərkən əllərini irəli uzatmaz, üzünə qarşı əyik tutar.

6- Sübh namazını gec qılması müstəhəb deyildir. Vaxt girər-girməz qılmaları yaxşı olar.

7- Namazda yüksək səslə oxumaz. Qurban bayramında fərz namazlardan sonra təşrik təkbirini səssiz oxuyar. (Rəddül Muxtar, Tahtavi)

 

Sual: Bir qadın namaz qılarkən təşəhhüddə əllər dizlərimi örtəcək?

CAVAB: Xeyr. Dizlərin üstünə qoyulur.

 

Sual: Haləbidə və Rəddül-muxtarda rükuya əyilərkən ayaqları birləşdirmənin sünnət olduğu yazılmışdır. Qadınlar da ayaqlarını birləşdirərmi?

CAVAB: Xeyr, qadınlar birləşdirməz. Bu kişilərə məxsusdur.

 

Sual: Namaz qılarkən bəzən saçım açılır. Bir müddət sonra örtürəm. Namazım pozulurmu?

CAVAB: Qadınlarda saç övrətdir. Üç dəfə Sübhanallah deyəcək qədər övrət yeri açılarsa namazı pozular. Açıldıqdan sonra bir əli ilə dərhal örtərsə namazı pozulmaz. İki əli ilə örtərsə namazının pozulacağını bildirən kitablar da vardır. Onun üçün bir əl ilə örtməyə çalışmalıdır.

 

Sual: Kişilərin cümə namazından çıxmalarını gözləmədən qadınlar günorta namazını qıla bilərlərmi?

CAVAB: Bəli, qıla bilərlər.

 

Sual: Bir rükun miqdarı saçımız açılarsa namaz pozularmı? Rükun miqdarı nə qədərdir?

CAVAB: Namazın pozulmasında və səcdeyi səhvlərdə rükun miqdarı önəmlidir. Bunu yaxşı bilmək lazımdır.

Namazın içindəki fərzlərə rükun deyilir. Hamısı bir yerdə beşdir: Qiyam, qiraət, rüku, səcdə və son təşəhhüddə oturmaq.

 

Bu rükunların birində saçı açılan qadın bir ayə oxuyacaq qədər zaman içində saçını örtə bilməsə namazı pozulur. Yaxud üç dəfə sübhanallah deyəcək qədər övrət yeri açılarsa namazı pozulur. Normal şəkildə üç dəfə sübhanallah demək bir rükun üçün ölçüdür.

 

Neçə rükət qıldığını unudub namaz içində düşünən kimsə, sonrakı rüknun və ya vacibin üç dəfə sübhanallah deyəcək qədər bir zaman gecikməsinə səbəb olarsa bu arada ayə və təsbih oxusa belə səcdeyi səhv etməsi lazımdır.

 

Sual: Qadın səcdə edərkən baş örtüsü alnına gəlsə məkruh olarmı?

CAVAB: Bəli. Səcdəyə alnın açıq olaraq dəyməsi lazımdır.

 

Sual: Qadınların namazda əllərinin üstlərini və ayaqlarını örtmələri lazımdırmı?

CAVAB: S.Əbədiyyə kitabında deyilir ki, qadınların əl və üzlərindən başqa hər yerləri, biləkləri, sallanan saçları və ayaqlarının altı namaz üçün Hənəfidə övrətdir. Əllərin üstü övrət deyildir deyən alimlər çoxdur. Bunlara görə qadınların biləklərinə qədər əllərinin üstü açıq qılmaları caiz olur. Amma kitabların hər birinə uymuş olmaq üçün qadınların əlləri örtəcək qədər uzun qollu namazlıq və ya geniş baş örtüsü ilə əlləri örtülü olaraq qılmaları daha yaxşı olar. “Qadınların ayaqları namazda övrət deyildir” deyən alimlər də olsa da bu alimlər də namazda örtmək sünnət, açmaq məkruhdur dedilər.

Sallanan saçlar da ayaq kimidir. (Kadıhan)

 

Sual: Qadınların məsciddə, yoxsa evdə qıldıqları namaz daha savabdır?

CAVAB: Kişilərin məsciddə, qadınların isə evdə qıldıqları namaz daha savabdır. İki hədisi şərif  məali belədir:

“Qadınların ən xeyirli namazı evlərinin ən dib küncündə qıldıqları namazdır.” [Tabərani]

 

“Qadınların evin ən məhrəm yerində qıldıqları namaz qonaq otağında qıldıqları namazdan əfdaldır. Qonaq otağında qıldıqları namaz isə məsciddə qıldıqlarından əfdaldır.” [Əbu Davud, İ.Əhməd]

 

Sual: Qadın şalvarla namaz qıla bilərmi?

CAVAB: Din kitablarımızda deyilir ki, örtünün dar olması və ya bol olsa da hər hansı bir övrət yerinə yapışıb üzvün bəlli olması namaza zərər verməz. Ancaq belə bir formada başqalarına qarşı örtülmüş sayılmaz. (S.Əbədiyyə)

 

Şalvar kişi qiyafəsidir, qadın geyinə bilməz isə də hər hansı bir səbəblə geyilmişdirsə şalvarın üstünə bir ətək geyinərək namaz qılmaq uyğun olar.

 

Sual: Qadınların namaz qılarkən çənə altlarını da örtmələri lazımdırmı?

CAVAB: Bəli, lazımdır.

 

Sual: Sağlam qadınlar istər tarlada və istərsə məsciddə naməhrəm kişilərin görəcəyi yerlərdə oturaraq namaz qılırlar. Qiyam, yəni ayaq üstə durmaq fərz deyilmi? Naməhrəm kişi görəcək deyə oturaraq namaz qılmaq caizdirmi?

CAVAB: Caiz deyildir. Fərzi ayaq üstə qılmaq fərzdir. Ancaq xəstə olub ayağa qalxa bilməyən oturub qılar. Kişi görəcək deyə oturaraq qılmaq caiz olmaz. (Rəddül Muxtar, Hindiyyə)

 

Sual: Qadın çılpaq ayaqla namaz qıla bilərmi?

CAVAB: Namaz ətəkliyi uzun isə və ayaqlar görünmürsə bir problem olmaz.

 

Sual: Namaz borcları olan qadın illər ərzindəki heyzli (aybaşı) zamanlarını çıxaraqmı qəza hesabı edər?

CAVAB: Bəli.

 

Sual: Namaz qılarkən qadının qızılları görünsə caiz olarmı?

CAVAB: Görünməməsi yaxşı olar.

 

Sual: Qadının namazını evdə əriylə və ya məhrəm kişi qohumuyla camaatla qılması yalnız qılmasından evlamıdır?

CAVAB: Bəli.

 

Sual: Dizlə ayaq arasının ¼ i açılan qadının namazı pozulurmu?

CAVAB: Bəli.

 

Sual: Qadının namazda üzünü tüllə örtməsi caizdirmi?

CAVAB: Xeyr.

 

Sual: Qadınların saçlarını ənsədə və ya təpədə toplu olaraq bağlaması topuz hökmünə girərmi?

CAVAB: Xeyr.

 

Sual: İstavrozlu, yəni xaç şəkli olan namaz ətəkliyim vardır. Rəsimli ətək kimi bununla da namaz qılmaq məkruhmudur?

CAVAB: Bəli, məkruhdur.

 

Sual: Pomada və dırnaq boyasında göbək ciyəsindən istifadə edildiyini, emalında işləyən bir neçə səlahiyyətli şəxslərin ağzından eşitdim. Pomadalı və boyalı ikən namaz qılmaq uyğun olarmı?

CAVAB: Boya ciyədən emal edilməsə də altına su keçməz. Boyalı ikən alınan dəstəmaz da səhih olmaz.

 

Sual: Örtünün altından parik görünərsə namaz pozularmı?

CAVAB: Pozulmaz.

 

Sual: Maliki məzhəbini təqlid edən qadın dəstəmazda və qüslda hörüklü saçını açması lazımdırmı?

CAVAB: Malikidə qadının dəstəmazda hörüklü saçını açması lazım olmaz. Hörüyünün üstündən hamısını məsh edər. Qüslda da saçların dibinə, yəni başındakı dərinin hər yerinə su yayılıb islada bilirsə hörüyü açmaq yenə lazım olmaz. Hənəfidə də belədir. Yəni qadınlar hörüklü saçın diblərini isladınca açmadan hörüyün üstünü islatmaq kifayətdir. Saç dibləri islanmazsa hörüyü açmaq lazım olar. Hörülməmiş saçların hər tərəfini də yumaq fərzdir. Malikidə qüsl edərkən saçları hilallamaq [ovuşdurmaq] da lazımdır.

 

Sual: “Qadın bez istifadə etməzsə namazı qəbul olmaz” deyilir. Doğrudurmu?

CAVAB: Belə bir şeyin əsli yoxdur. Heç bez istifadə edilməsə belə yenə də namazlar səhih olur. Bez istifadə edilməzsə alt paltarı kirlənə bilər. Kirli paltar çıxarılıb təmiz paltarla namaz qılınar. Bez və ya pambıq namazdan sonra qoyularsa paltar kirlənmiş olmaz. Maliki məzhəbini təqlid edərsə, namazda belə axıntı gəlsə dəstəmazı da, namazı da pozmaz.

 

Sual: Vaxtın sonunda heyzdən təmizlənən qadın vaxt çıxmadan namazı qıla bilmədisə o vaxtı qəza edərmi?

CAVAB: Əgər fərzi qılacaq qədər vaxt varsa namaz qılmaq fərz olur. Qıla bilməmişsə qəza etməsi fərzdir. (Hindiyyə)

 

Sual: Qadın namazda iki səcdə arasında necə oturmalıdır?

CAVAB: Təşəhhüddə, yəni namazdakı normal oturuşda oturduğu kimi oturmalıdır. (Rəddül Muxtar)

 

Sual: Qonşumuz “Cilbabsız, yəni çarşabsız namaz qılan qadının namazı qəbul olmaz” deyir. Belə bir şey vardırmı?

CAVAB: Belə bir şeyin əsli yoxdur. Cilbab kişinin də, qadının da geyindiyi bir paltar, bir köynəkdir. Çünki hədisi şəriflərdə buyurulur ki:

“Haramdan cilbab [köynək]) geyinən kişinin namazları qəbul olmaz.” [Bəzzar]

“Həya cilbabını [örtüsünü]) çıxarandan [əleyhində] söz etmək qeybət olmaz.”

[Bəyhəki]

 

Cilbab baş örtüsündən daha geniş və köynəkdən qısa olan örtüdür. Bədəni örtən hər örtüyə deyilir.(Əbüssüud təfsiri, Ruhul bəyan təfsiri)

 

Rəsulullah əfəndimizin xanımı Ümmi Sələmə validəmiz rəvayət edir ki: “Rəsulullaha, qadın yalnız örtüsü və köynəyi ilə izarsız namaz qıla bilərmi?” deyə soruşdum. “Geyindiyi “dır” [uzun köynək], ayaqlarının üstü ilə birlikdə bütün vücudunu örtərsə qıla bilər” buyurdu. [Əbu Davud]

 

Yenə hədisi şəriflərdə buyrulur ki:

“Qadın ancaq başını və bütün vücudunu örtən paltar ilə namaz qılarsa, təsəttürə uymuş olur və namazı qəbul olur.”  [Əbu Davud, Tirmizi]

“Namazı izar və rida ilə qılın!” [İbni Adiy]

 

“İzar” beldən aşağısını örtən; “rida” isə beldən yuxarı hissəni örtən geyim qiyafəsidir. Ehramın da alt hissəsinə “izar”, üst hissəsinə “rida” deyilir. “İzar” bir növ dəsmal, rida isə bir növ köynəkdir.

“Bahrür raiq” kitabında deyilir ki, “Kişinin xanımına bunları alması lazımdır: Namaz paltarı, ildə iki dır, ikihimar və iki milhafədir. Milhafə, qadının küçəyə çıxarkən geyindiyi paltardır. [Buna fəracə, palto,manto, plaş da deyilir. Himar, baş örtüsüdür.] Dır’ sinəsi açıla bilən uzun köynəkdir. Kamis, çiyni açıla bilən uzun köynək.

 

Nur surəsinin 31-ci ayəti-kəriməsində, “Qadınlar baş örtülərini sinəsinin üzərinə örtsünlər” buyurulur. Əgər qadınlar çarşab geyinsələrdi, baş örtülərini sinəsinin üzərinə örtməkdən bəhs edilməzdi.

 

Qadınlar bədən cizgilərini (qaba övrət yerlərinin şəkli və rəngi) bəlli olmayacaq hər hansı bir paltar ilə örtmək fərzdir. Dinimiz örtünməyi əmr etdi, amma bəlli bir örtü şəkli bildirilmədi. (Dürər-ül-mültəkitə)

 

Bu vəsiqələrin hamısı göstərir ki, qadınların çarşab geyinməsinə ehtiyac yoxdur. Nə Rəsulullah əfəndimizin xanımlarının, nə də Əshabı-kiramın xanımlarının çarşab geyindiklərinə dair heç bir sənəd yoxdur. Din kitablarında da qadına ehtiyac olaraq verilməsi lazım olan paltarlar bildirilmiş, heç birində çarşabdan bəhs edilməmişdir.

 

Sual: Qadın üçün Bayram və Cümə namazı fərz olan bir məzhəb vardırmı?

CAVAB: Bayram namazı Şafii və Malikidə sünnət, Hənəfidə vacibdir.

Cümə namazının yalnız kişilərə fərz olduğu müxtəlif hədisi şəriflərlə bildirilmişdir. Bunlardan ikisi belədir:

“Cümə namazı, kölə, qadın, uşaq, xəstə olan kimsə xaric, hər müsəlmana fərzdir.” [Əbu Davud, Hakim]

 

“Namaz qıldırması üçün bir kişiyə əmr edib, sonra da Cümə namazına gəlməyən kişilərin evlərini başlarına yıxsam deyə düşündüm.) [Buhari]

 

Bayram namazının şərtləri də Cümə namazının şərtləri kimidir. Bu baxımdan Cümə namazına getməyən qadın, bayram namazına da getməz.

 

Kişilərin məsciddə camaatla namaz qılmalarının, evdə qıldıqları namazdan 27 dərəcə daha çox savab olduğu, qadınların isə evdə namaz qılmalarının, məsciddə namaz qılmalarından daha çox savab olduğu hədisi şəriflərlə bildirilmişdir.

Qadınlar, bir zərurət olmadan məscidə gedə bilməz. Çünki İbni Abidin həzrətləri buyurur ki:

 “Qızların, gənc və yaşlı qadınların beş vaxt namaza, Cümə və Bayram namazları üçün moizə dinləmək üçün məscidə getmələri caiz deyil. Əvvəllər yalnız çox yaşlı qadınların axşam və yatsı namazına getməsinə izin verilmişdisə də, indi bunların da getməsi caiz deyildir). (Rədd-ül Muxtar)

 

 (Bu hökm kitabın Türkcə tərcüməsinin c.2 s.420-dədir)

 

Sual: Qadın kişilərə imam ola bilərmi?

CAVAB: Bütün fiqh kitablarında imam olmaq üçün bildirilən şərtlərdən biri “Kişi olmasıdır. Qadın kişilərə imam ola bilməz” buyurulur. (Haləbi)

 

Dürər-dəki bir hədisi-şərif məali belədir:

“Qadınların (namazda imam olaraq) önə keçirilməsi caiz deyildir”. (Rəzin)

 

Qadın kişilərlə birlikdə camaatla namaz qılsa, qadının sağındakı, solundakı və arxasındakı kişinin namazı pozulur. (Rədd-ül Muxtar)

 

Sual: Niyə qadınlar kişilərin arasında namaz qıla bilməz? Din qardaşı deyilmiyik, çiyin-çiyinə qılsaq nə problem olar ki?

CAVAB: Doğurdan da namazda qadına bir pislik edə bilən kişi ola bilməz. Həqiqətən də niyə qadın kişilərin arasına girmir? Hər qadın birimizin anasıdır və ya bacısıdır və ya xanımıdır və ya qızıdır, xalamız, bibimiz də ola bilər.

 

Bəli, anamızla da yan-yana namaz qıla bilmərik, onun deyil bizim namazımız pozulur.

 

Bir başqa xanım da, “O kişilərin mənə nə zərəri dəyə bilər” demişdi. Bəli kişilərin ona da, sənə də, bizə də zərəri dəyməz. Amma qadınla kişi yan yana namaz qılınca kişinin namazı pozulur.

 

Niyə pozulur? Namaz qılmağı bizə əmr edən elə əmr etmişdir ona görə, yəni Allah belə əmr etdiyi üçün. İnsan xalası qızı ilə evlənə bilir, amma niyə bacısı ilə evlənə bilmir? Allah belə əmr etdiyi üçün, bacınızla evlənin desəydi evlənərdik. Bir qadın niyə iki kişi ilə evlənə bilmir, yenə eynidir cavab, belə əmr etdiyi üçün. Yəni hər hansı səbəbdən ötrü deyil. Məsələn, kişilərə niyə ipək geyinmək haramdır, niyə haramdır? cavab eynidir, belə əmr etdiyi üçün.

 

Sual: Amerikada qadın imamın kilsədə Cümə namazı qıldırmasında məqsəd nədir? Feminizm, yoxsa başqa məqsədlər də var?

CAVAB: Məqsədsiz deyil əlbəttə. Amma əsl məqsədi nədir bilmirik. Görünənlər var. Xütbədə və bildirişlərdə bu xüsusları vurğulayırlar:

“Qadın da kişinin etdiyini etməlidir. Məsələn, qadın etdiyi zinadan ötrü cəzalandırıla bilməz. Etdiyi zinaları gizləmə və zina etmək haqqına sahibdir. Bu feminizmdən çox bir reform hərəkətidir, İslamın qaydaları artıq dəyişməlidir. Sultanəhməd məscidində də Cümə namazı qıldırmaq istəyirəm”

 

İranlı qadın bir professor  ilə ilahiyyatçı professor bir kişi də, “İmamlıq üçün qadın kişi fərq etməz, kim daha ləyaqətli isə o imam olmalıdır” deyərək amerikalı qadının imamlığını namizədliyini irəli sürmüşdü. Həmçinin daha başqalarından da yanlış sözlər çıxmışdı. Bunların məqsədi nə feminizm, nə də dində reformdur. Dində reform adı altında dini içəridən yıxmaqdır. Öncə qadın Cümə namazına getməlidir deyildi, sonra aybaşı və lohusa (doğuşdan sonra gələn qan) ikən namaz qıla bilər, təsəttür şərt deyildir, deyilərək aybaşı olan bəzi qadınlara cənazə namazı qıldırıldı. Qadın qadına imamlıq edə bilər deyildi. Addım-addım dinin əmrləri yıxılmağa başlanılır. Bunlar qiyamət əlamətləridir.

 

Sual: Böyük İslam Elmihalında, “Qadının qadına imamlığı caizdir” deyilərkən, siz niyə məkruhdur deyirsiniz?

CAVAB: Heç bir Elmihalda belə deyilmir. Bəhs etdiyiniz elmihala da baxdıq. Orada, “Qadının qadına imamlığı kərahətlə caizdir” deyilir. Kərahət kəliməsini nə üçün yazmadığınızı başa düşə bilmədik.

 

Yəni qadının qadına imam olması məkruhdur. Məkruh deyildikdə tahrimən məkruh başa düşülür. Tahrimən məkruh harama yaxın məkruh deməkdir, namazın savabını yox edər. Sadəcə namaz borcundan qurtulmuş olunur isə də savab verilməz.

Din yenimi gəldi? Dinimizin hökmləri bilinmirmi? Hər gün dinin bir məsələsini pozmağa çalışmağın məqsədi nədir?

 

Sual: Qadınların cənazələrdə iştirak etməsi, cənazə namazı qılması, cənazə daşımaqları və nəcazəni dəfn etməkləri fərzdirmi?

CAVAB: Xeyr, qadınlara fərz deyildir. Bir hədisi-şərif məali belədir?

“Qadınlar cənazələrdə iştirak edə bilməzlər.” (Buxari, Müslim, Əbu Davud)

 

28-04-2020, 20:48
Geri