Gözəl İslam / Namaz və riya

Namaz və riya

Sual: Gələcək qayınatamın yanında namazı düzgün qılmaq və ya ikindinin sünnətini çox zaman tərk edərkən onun yanında qılmaq riya olduğu üçün küfür olurmu? Çünki riyanın şirk olduğuna dair bir hədis oxudum. Ticarət üçün həccə getmək də riyadırmı?

CAVAB: İbadətlərinə riya qarışdıranın savabı azalır. Yaxud tamamilə riya isə savab hasil olmaz amma kafir də olmaz. İbadət edərək Allahu təaladan dünya mənfəəti istəmək riya olmaz. Yağış duasına çıxmaq belədir. İstiharə etmək də belədir. Pulla imamlıq və Quran kursu müəllimliyi etmək, sıxıntıdan, xəstəlikdən və kasıbçılıqdan qurtulmaq üçün ayəti-kərimə oxumaq da belədir. Bunlarda həm ibadət, həm də mənfəət niyyətləri olur. İbadət niyyəti heç olmazsa riya olar. İbadət niyyəti çox olarsa savab hasil olar. İbadətlərini başqalarına göstərmək, onlara öyrətmək və təşviq etmək niyyəti ilə olarsa, yenə riya olmaz, hətta çox savab olar.   

     Allahu təalanın rizası üçün namaza başlayıb sonra namaz içində hasil olan riyanın zərəri olmaz. Hədisi-şərifdə buyurulur ki:

    “İbadətinə riya qarışdırana axirətdə “Get savabını o insandan istə” deyilər.” (İbni Macə)

 Həm ticarət etmək, həm də həcc etmək üçün gedən kimsənin həcc niyəti çoxdursa savab qazanır. Ticarət niyyəti çoxdursa və ya iki niyyəti bərabərdirsə həcc savabı qazana bilməz. Fəqət şərtlərini yerinə yetirdisə, yalnız fəzr borcunu ödəmiş olur. Fərzi etməmə əzabından qırtulur. Göstəriş üçün edilən hər ibadət və xeyir əməl savabı da belədir.(Dürr-ül-muxtar)

 

 Sual: Məscidə gedincə, maşallah bu yaşda namaz qılırsan deyirlər. Mənim də xoşuma gəlir, hər kəs məni təqdir etsin deyə camaata qoşuluram. Bu riya imiş. Riyaya bulaşmaq üçün məscidə getməsəm daha uyğun olarmı?

CAVAB: Fərz namazları qılarkən riya, göstəriş təhlükəsi olsa da yenə fərzləri məsciddə qılmaq lazımdır. Məscidlər namaz qılmaq üçün inşa edildi. İmam Rabbani həzrətləri buyururu ki:

Nafilə ibadətləri gizli etmək lazımdır. Beləcə riya və göstəriş təhlükəsi olmaz. Camaat ilə qılmaq belə deyil. Fərzləri aşkar etmək, hər kəsə göstərmək lazımdır. Çünki, fəzrlərdə göstəriş ləkəsi olmaz. Bunları camaat ilə qılmaq bunun üçün uyğundur.  

 Sual: Namaz qılmağa Allah rizası üçün başlansa, yanına birisi gəlsə, ayıblanmasın deyə ona gözəl namaz qıldığını göstərmək üçün tadili-ərkanla qılsa, belə riya ilə qılınan namaz qəbul olarmı? Namazı Allah rizası üçün qılır, amma göstəriş də var. Bunun vəziyyət nədir?

CAVAB: Namaz qılmağa Allah rizası üçün başlayıb, sonradan hasil olan riyanın zərəri olmaz. Riya başlanan fərzlər səhih olar. İbadət borcu ödənmiş olarsa da savabı olmaz.(İslam Əxlaqı)

 Göründüyü kimi, Allah rizası üçün başlamaqla, riya ilə başlamaq arasında çox fərq vardır. Allah rizası üçün başlayıb sonra riya gəlsə də yenə savabdan məhrum qalmaz. 

 

18-03-2018, 13:56
Geri