Gözəl İslam / Qütblərdə Namaz və Oruc

Qütblərdə Namaz və Oruc

    Hər məmləkətin namaz vaxtı o məmləkətin ekvatordan uzaqlığı və mövsümlərə görə dəyişir:

    67 dərəcədən keçən şimal qütb dairəsinin şimalında olan soyuq məmləkətlərdə günəşin meyli çox olduğu zamanlarda şəfəq itmədən fəcr başlayar. Bunun üçün Baltik dənizinin şimal ucunda yayda gecə olmayıb, İşa və sübh namazlarının vaxtı başlamaz.

    Hanəfi məzhəbində vaxt namazın  şərti deyil, səbəbidir. Səbəb olmazsa, namaz fərz olmaz. O halda, belə məmləkətlərdə olan müsəlmanlara bu iki namaz fərz olmaz. Cənub yarımkürəsində hər yer dəniz olduğu üçün belə məmləkət yoxdur. Şabanın otuzuncu gecəsi bir şəhərdə hilal (ay) görülüncə, bütün dünyada oruca başlamaq lazım olar. Gündüz görülən hilal gələcək gecənin hilalıdır. [Qütblərə və Aya gedən müsəlmanın da, səfəri deyilsə, bu ayda gündüzləri oruc tutması lazımdır. 24 saatdan daha uzun günlərdə, oruca saatla başlayar və saatla pozar. Gündüzü belə uzun olmayan bir şəhərdəki müsəlmanların zamanına tabe olar. Əgər oruc tutmazsa, gündüzləri uzun olmayan yerə gəlincə qəza edər.] 

 

18-03-2018, 13:53
Geri