Gözəl İslam / Namaz dinin dirəyidir

Namaz dinin dirəyidir

Sual: Namazın dindəki yeri nədir?
CAVAB
Namazın əhəmiyyəti çox böyükdür. Hədisi-şəriflərdə buyurulub:

«Namazın dindəki yeri başın bədəndəki yeri kimidir». [Təbərani]

«Qiyamətdə qulun ilk sorğuya çəkiləcəyi ibadət namazdır. Namazı düz olarsa, digər əməlləri qəbul edilər. Namazı düz deyilsə, heç bir əməli qəbul edilməz». [Təbərani]

«Namazı doğru qılanın ağacdan yarpaqların töküldüyü kimi günahları tökülər». [İ. Əhməd]

«Allahu-təala buyurur ki, "Söz verirəm ki, namazlarını vaxtında doğru olaraq qılana əzab etməyib onu sorğu-suala çəkmədən Cənnətə qoyaram" [Hakim]

«Hər Peyğəmbərin ümmətinə son nəfəsdə vəsiyyəti namazdır». [Qunyə]

Namaz qılmaq belə böyük bir ibadət olduğu üçün, tərk edilməsi də çox böyük günahdır. Hənbəlidə namazı tərk edən küfrə düşdüyü üçün, Şəfii və Malikidə böyük günah işlədiyi üçün, cəza olaraq qətli lazım olduğu fiqh kitablarında yazılmışdır. Hədisi-şəriflərdə buyurulub:
«Namaz dinin dirəyidir, tərk edən dinini yıxmış olar». [Beyhəki]

«Namaz qılmayanın dini yoxdur». [İbni Nəsr]

«Namaz qılan qiyamətdə xilas olar, qılmayan pərişan olar». [Təbərani]

«Namaz qılmayan qiyamətdə Allahu-təalanı qəzəbli görər». [Bəzzar]

«Namazı qəsdən buraxanın ibadətləri qəbul olmaz və namaza başlayana qədər Allahu-təalanın himayəsindən uzaq qalar». [Əbu Nuaym]

«Bizimlə kafir arasındakı fərq namazdır. Namazı tərk edən kafir olar». [Nəsai]

Yuxarıdakı hədisi-şərifləri əhli-sünnə alimləri belə açıqlamışlar:
Dinimizdə ən böyük günahı işləyən kafir olmaz. Buna görə namaz qılmayana kafir deyilməz. Lakin namaz çox əhəmiyyətli bir ibadət olduğu üçün, namaz qılmayanın imanla ölməsi çox zəif bir ehtimaldır. Namaz qılmayanın qəlbi qaralar, digər günahları işləməkdən çəkinməz. Günahlar da insanı küfrə sürüyər. Bəzi alimlər namaz qılmayanın kafir olacağını bildirmişlər. Bu baxımdan hər nə şərt altında olursa olsun, şübhəsiz, namaz qılmaq lazımdır!

İmam Rəbbani həzrətləri buyurur:
Namaz qılmaq və digər ibadətləri etmək ancaq möminlərə asan gələr. Qurani-kərimdə «İman və ibadət etmək müşriklərə çətin gələr»«Namaz qılmaq möminlərə asan gələr» buyurulmuşdur. Namaz qılmamaq imanın zəifliyindən irəli gəlir. İmanın qüvvətli olmasının əlaməti dinimizin əmrlərinə sevərək asanlıqla tabe olmaqdır. «1/191,289»

Namaz qılmamağın nə qədər böyük günah olduğunu bilən ayaq üstə dayana bilməyəcək qədər xəstə olsa belə, mütləq namaz qılar. Odun yandırdığını bilən kəs özünü necə oda atar? Cəhənnəmdən qaçan, Cənnəti istəyən namaz qılmazmı? Hədisi-şərifdə «Cənnəti istəyib Allahın qadağan etdiklərindən qaçmayan istəyində yalançıdır»«Cənnəti istəyən xeyirli işlərə qaçar, Cəhənnəmdən qorxan haramlardan qaçar» buyurulur. «Beyhəki»

Tədili-ərkana riayət etmək vacibdir. Namazın vaciblərindən biri bilərək tərk edilsə, o namazı təkrar qılmaq vacib olar. Hədisi-şəriflərdə buyurulur:
«Oğruların ən böyüyü namazından oğurlayandır. Yəni namazın ərkanına riayət etməz, ruku və səcdələrini haqqıyla yerinə yetirməz». [Vəsilətun-Necat]

«Hər kəsin namazında qəlbin hazır olduğu qisimlər yazılar. Qəlbin hazır olmadığı namaza Allahu-təala nəzər etməz». [Vəsilətun-Necat]

Camaatla namaz qılmaq kişilərə sünneyi-hudadır. Yəni dinimizin şüarı, əlaməti olan sünnədir. Üzrsüz tərk etmək əsla caiz deyil. Xüsusilə, işa və sübh namazını camaatla qılmaq çox əhəmiyyətlidir. Hədisi-şəriflərdə buyurulmuşdur:
«İşa namazını camaatla qılan gecənin yarısını, sübhü də camaatla qılan gecənin hamısını ibadətlə keçirmiş sayılar». [Müslim]

«Münafiqlərə ən ağır gələn namaz işa ilə sübh namazını camaatla qılmaqdır. Bunlardakı əcri bilən sürünərək də olsa, camaata gedər». [Buxari]

Ən fəzilətli ibadət
Sual:
İbadətlərin içində ən fəzilətlisi hansıdır?

CAVAB
İbadətlərin içində ən fəzilətlisi namazdır. Hədisi-şəriflərdə buyurulub:

«Namaz Allahu-təalanın məmnun olduğu bütün əməllərin ən fəzilətlisidir. Ruzinin bərəkəti, duanın qəbuludur. Qəbirdə işıqdır. Siratı ildırım kimi keçiricidir. Cənnətdə başa tacdır. İmanın başı, gözün nuru və Cəhənnəmdən qurtarıcıdır». [Miftahul-Cənnə]

«Cənnətin açarı namazdır». [Darəmi]

«Ən fəzilətli əməl vaxtında qılınan namazdır». [Əbu Davud]

«Qalx namaz qıl, namaz, əlbəttə şəfadır». [İ. Əhməd, İ. Macə]

«Namazın fərz olduğuna inanıb əskiksiz qılan Cənnətə gedər». [Hakim]

«Ümmətimin fəsadı zamanında sünnəmə yapışan [yəni əhli-sünnə olan] və beş vaxt namazı camaatla qılanın əməl dəftərinə hər gün yüz şəhid savabı yazılar». [İ. Nasiruddin]

Namaza diqqət yetirin
Sual:
Vaizlər, natiqlər niyə həmişə islamın ictimai strukturundan, sosial-iqtisadi, sosial-siyasi istiqamətlərindən bəhs edirlər, amma namazın əhəmiyyətindən, sünnələrindən səcdeyi-səhvdən bəhs etmirlər? Qəbirdə, axirətdə nələr soruşulacaq, yaxşı müsəlman olmaq üçün nələr etmək lazımdır? Dini qəzet deyilən bəzi nəşr orqanları da belədir. Görəsən, namazdan bəhs etməyi alçaqlıq qəbul edirlər?

CAVAB
Belə sualları sahiblərindən soruşmaq lazımdır. Lakin namazın əhəmiyyəti söz mövzusu olduğu üçün, «Namaz qılmaz, amma dayım oğlunun imanı çox qüvvətlidir. Xalam da açıq-saçıq gəzir, amma imanı çox möhkəmdir» deyən bir oxucumuza bu vəsilə ilə cavab vermək istəyirik. Namaz qılmayanın, çəkinmədən günah işləyənin imanı qüvvətli olmaz. Bir şəxs namazı nə qədər doğru qılırsa, imanı o ölçüdə qüvvətli və parlaqdır. Namaz qılmayanın və qılmadığı üçün kədərlənməyənin imanı çox sönükdür, bəlkə də, çoxunun imanı yoxdur. Peyğəmbər əfəndimiz «İman namaz deməkdir, namaz dinin dirəyidir» buyurur. Dirəksiz din olarmı?


Hədisi-şəriflərdə buyurulur:
«İman namaz deməkdir. Namazı etina ilə və vaxtına, sünnəsinə və digər şərtlərinə riayət edərək qılan mömindir». [İbn Nəccar]

Peyğəmbər əfəndimizin son sözlərindən biri «Namaza diqqət yetirin» idi. «İbni Macə»

Namaz hər yaxşılığın açarıdır
Sual:
Mən namaz qılmıram. Lakin heç günah işləmirəm. İçki içmirəm, qumar oynamıram, oğurluq etmirəm və başqa günahları da işləmirəm. Bunlar bəs deyilmi?

CAVAB
Namaz qılmamaq çox böyük günahdır. Oğurluq etməkdən, qumar oynamaqdan, içki içməkdən daha böyük günahdır. Bir çox hədisi-şərifdə qəsdən namaz qılmamağın küfr olduğu bildirilmişdir. Əməl imandan parça olmadığı halda namaz mövzusunda ittifaq hasil olmamışdır. Namazın imandan olduğunu bildirən alimlər də olmuşdur. Bu baxımdan namaz qılmamaq çox böyük təhlükədir.


Bir insan hər cür pisliyi işləsə və namaz qılmağa davam etsə, namazı doğru olaraq qılsa, pisliklərin çoxunu, hətta hamısını tərk edər; çünki Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Namaz münkər və fahşədən [ədəbsizlikdən, ağla və dinə uyğun gəlməyən hər cür pislik və hər cür günahdan] çəkindirər». [Ənkəbut, 45]

Namaz qılmağın fəziləti çox böyükdür. Hədisi-şəriflərdə buyurulub:
«Namaz hər xeyrin hər, yaxşılığın açarıdır». [Təbərani]

Bu hədisi-şərifləri oxuduqdan sonra namaz qılmayan müsəlmana heyrətlənməmək qeyri-mümkündür.

İbadət və ehtiyac
Sual:
Nəfsimə məğlub olub namaz qılmağı tərk etdim. İndi bir böhran içindəyəm. Yoldaşlar «Bu zamanda namaz qılmaq daha əhəmiyyətlidir» dedilər. Yaxşı, indi başlasam, Allah “Bu qulum yalnız mənə ehtiyacı varkən, böhrandaykən namaz qılır” deməzmi?

CAVAB
Elə düşünmək doğru deyil. Var ola bilmək, varlıqda və həyatda qala bilmək üçün onsuz da hər an Allahu-təalaya möhtacıq. Gözümüzün görməsi, qulağımızın eşitməsi, danışmağımız, nəfəs almağımız, getməyimiz, oturmağımız, qalxmağımız üçün, həmişə Allaha möhtacıq. Möhtac olmadığımız bir an düşünülə bilməz. Allahu-təalaya yalnız çətinlikdə olduğumuz zaman deyil, hər an möhtacıq. Etdiyimiz ibadətlərin isə bununla heç bir əlaqəsi yoxdur. Onlar onsuz da bizim qulluq vəzifələrimizdir. Rəbbimizin əmridir. İmandan sonra ən böyük vəzifəmiz beş vaxt namaz qılmaqdır. Buna görə dərhal namaza başlamaq lazımdır. Dualarımızın qəbulu üçün yalnız çətin zamanlarda deyil, hər vaxt dua edib Allahu-təaladan əfv və afiyət istəmək lazımdır. Bir hədisi-şərif tərcüməsi belədir:

«Çətinlikdə duasının qəbul edilməsini istəyən rahat zamanında çox dua etsin!» [Tirmizi]

Namazı qaçırmamaq üçün
Sual:
Namazları qaçırmamaq üçün nə etmək lazımdır?

CAVAB
Namaza mane olan işdə xeyir yoxdur. Bu üç şeyə mane olan hər şeyi tərk etmək və bu üç şeyə sarılmaq lazımdır:

1- Namazları vaxtında qılmaq
2- Haramlardan çəkinmək
3- Halal qazanmaq.

Namazın əhəmiyyəti böyükdür
Sual:
“Hər növ şükür və ibadət namazda toplanmışdır” deyilir. Belə bir şeyin əsli nədir?

CAVAB
İslam alimləri «Namaz hər növ şükrü özündə toplayar» demişlər. Böyük alim Abdullah Dehləvi həzrətləri buyurur:


Bütün ibadətlər namazın içində toplanmışdır:
1-Qurani-kərim oxumaq
2-Təsbih söyləmək [Sübhənallah demək]
3-Rəsulallaha salavat söyləmək [Səlli barikləri oxumaq]
4-Günahlara istigfar etmək
5-Ehtiyacları təkcə Allahu-təaladan istəyərək, Ona şükr edib dua etmək [Fatihə oxumaq] namazın içindədir. Daha başqa ibadətlər də vardır.

Ağaclar, otlar namazda durmuş kimi dik dayanırlar. Heyvanlar ruku halında, cansızlar da namazda oturan kimi yerə sərilmişlər. Namaz qılan bunların ibadətlərinin hamısını etməkdədir. «Məkatibi-şərifə m. 85»

Nə vaxt fərz olar?
Sual:
«Kiçik bir uşaq işanı qıldıqdan sonra cünub olsa və şəfəqdən sonra oyansa, işanı qəza etməsi lazımdır» deyilir, nə deməkdir?

CAVAB
Ağıllı, yetkin olmayan uşaq işanı qıldıqdan sonra ağıllı, yetkin olsa, onun işanı təkrar qılması fərz olar, çünki əvvəl qıldığı işa nafilə idi, yetkinlik çağında olmayana fərz olmaz.


Həzrəti Adəmdən bəri
Sual:
Namaz nə vaxtdan bəri qılınır?

CAVAB
Namaz ilk Peyğəmbər həzrəti Adəmdən bəri qılınır. «Məvkufat»


Hər dində fərz idi
Sual:
Adəm əleyhissəlamdan bəri hər dində namaz var idi mi? Var idisə, neçə vaxt idi?

CAVAB
Adəm əleyhissəlamdan bəri hər dində namaz var idi. Hər ümmətə bir vaxt fərz idi. Amma bir vaxtda bir çox rükət fərz idi. Kiminə səhər namazı, kiminə şam namazı fərz idi. Hər ümmətə ayrı-ayrı fərz olan namazlar bizim ümmətimizə hamısı birdən fərz oldu.


Haqq keçməz
Sual:
Almaniyada işləyirəm. Namaz qılacaq qədər işi tərk edəndə haqq keçərmi?

CAVAB
Haqq keçməz. Heç kimin namaza mane olma haqqı yoxdur.


Məkkədə fərz oldu
Sual:
Niyə namaz Məkkədə, dəstəmaz Mədinədə fərz oldu?

CAVAB
İkisi də Məkkədə fərz oldu. Namaz meracda fərz oldu. Halbuki daha əvvəl də namaz qılınırdı. Qiyamətə qədər ixtilafa düşməmək üçün “Maidə” surəsində əhəmiyyəti bildirildi.

24-02-2020, 13:20
Geri