Gözəl İslam / Müxtəlif sual və cavablar

Müxtəlif sual və cavablar

Sual: Abort olan və ya uşağı salan qadından gələn qan nifasdırmı?
CAVAB
Düşən uşağın hər hansı bir üzvü, məsələn, barmağı, dırnağı müəyyəndirsə, bütün uşaq doğmuş kimi olar. Gələn qan nifas olar. Əgər heç bir yeri müəyyən deyilsə, nifas olmaz. Lakin üç gün və ya daha çox axsa, heyz olar. Əgər heyzdən kəsiləli 15 gün və ya daha çox olmuşsa, belədir. Əgər üç gündən tez kəsilərsə və ya daha heyz kəsiləli 15 gün olmamışsa, heyz deyil. Burun qanı kimidir. Namazını qılar və orucunu tutar.


İki adət arasında ən az 15 gün təmizlik halı olur. Qan ən az 15 gün təmizlikdən sonra gəlib 3 gündən əvvəl kəsildiyində namaz vaxtının sonu yaxınlaşana qədər gözləyər. Sonra qüsl almadan yalnız dəstəmaz alıb o namazı qılar və əvvəl qılmadıqlarını qəza edər. O namazı qıldıqdan sonra qan yenə gələrsə, namaz qılmaz. Yenə kəsilsə, vaxtın sonuna doğru dəstəmaz alıb o namazı qılar və qılmadıqlarını qəza edər. 3 gün tamam olana qədər belə edər. Üç gün qan gəlib normal adət müddətindən əvvəl kəsilərsə, namaz vaxtının sonuna qədər gözləyər, qan görməzsə, qüsl alıb o namazı qılar. Qılmadıqlarını qəza etməz. Normal adət müddəti keçənə qədər gözləyər.

Sual: Müəyyən günlərdə ikən bir qadın ölsə şəhid ola bilərmi? Yəni bu hal şəhidliyə maneədirmi?
CAVAB
Heyzli və ya qüslsüz ölmək şəhidliyə mane deyil. Əshabi-kiramdan Hənzələ həzrətləri [qüsl almağa vaxt tapa bilmədən orduya qatıldığı üçün] döyüşdə qüslsüz olaraq şəhid olmuşdur. Şəhidliyə mane olan imansızlıqdır.


Adətli ikən ölən də şəhid ola bilər. Yuxuda ikən dəstəmazsız ölən də şəhid ola bilər. Qüslsüz ölsə, də şəhid ola bilər. Bağlı gəzən və beş vaxt namaz qılan şəhid olaraq ölər. Təbii ki, əhli-sünnə olmaq şərti də vardır.

Sual: Adətli ikən ölüyə “Fatihə” oxuna bilərmi?
CAVAB
Bəli, oxunar. Dua niyyətiylə “Fatihə” oxunar. Ölüyə də bağışlanar.


Sual: Yetkinliyə çatmamış qızdan, hamilə və yaşlı qadından gələn qan adətdirmi?
CAVAB
Üç gündən az olan və yeni başlayan üçün on gündən çox sürərsə, onuncu gündən sonra və yeni olmayanlarda adətdən çox olub o günü də keçəndə adətdən sonrakı günlərdə gəlmiş olan və hamilə, ayisə [55 və ya daha böyük olan] qadınlardan və 9 yaşından kiçik qızlardan gələn qan heyz olmaz. Buna “İstihazə” deyilir. Belə bir qadın namaz qılar və hər ibadəti edər.


Bir misal: Hər ay 7 gün adət görən bir qadında 11, 12, 13 və ya daha çox gün qan gələrsə, yenə bu qadının adəti 7 gündür. Əgər 8, 9 və ya 10 gün davam etsə, adətinin dəyişdiyi aydın olar.

Sual: Heyzli qadın nələr edə bilməz?
CAVAB
1- Namaz qıla bilməz.

2- Oruc tuta bilməz
3- Qurani-kərim oxuya bilməz.
4- Müqəddəs kitaba əl vura bilməz.
5- Məscidə girə bilməz.
6- Kəbəni təvaf edə bilməz.
7- Əri ilə cinsi əlaqədə ola bilməz.
Heyzli qadın hər növ dua oxuyub təsbih çəkər. Saç və dırnağını kəsib saçını boyaya bilər.

Sual: Heyzli bir qadın yuxuda ihtilam olsa nə etməlidir?
CAVAB
Yuyunsa, yaxşı olar. Yuyunmasa da, günah olmaz. Heyzi bitəndə onsuz da yuyunacaq. Heyzli ikən dırnaq, saç kəsə bilər, lakin ihtilam olduqdan sonra qüslsüz olacağı üçün bunları edə bilməz, etsə, məkruh olar.


Sual: Ərəfə günü 1000 ixlas surəsi oxumaq istəyirəm. Lakin o gün heyz ola bilərəm. Xəstə olmamaq üçün dərman atmağım caizdirmi?
CAVAB
Dərman atmaq caizdir.


Sual: Bir qız heyz görməyə başlayandamı mükəlləf olur?
CAVAB
Bəli.

Sual: Quran oxuyan uşaqlara məsciddə hədiyyə, filan verildi. Quran oxundu. Namaz qılınmadığı üçün bəzi qadınlarla biz də getdik. İçimizdə dəstəmazsız və heyzli olanlar da vardı. Onlara günah oldumu?
CAVAB
Qüslsüz və heyzli olaraq məscidə girmək haramdır. Dəstəmazsız girmək məkruhdur.


Sual: Malikini təqlid edən qadın hallarına (heyz, nifas) Hənəfidəki kimi, yoxsa Maliki məzhəbindəki kimi tabe olacaq?
CAVAB
Maliki əsas alınır.


Sual: Bir qadının heyzli və ya nifaslı ikən diş, plomb və örtük düzəltdirməyində bir zərər vardırmı?
CAVAB
Zərəri yoxdur. Dəstəmazlı da olsa, fərq etməz. Lakin ilk qüsldən etibarən Maliki məzhəbini təqlid etməsi lazımdır.


Sual: Qadınlar müəyyən günlərində olduqları zaman istiharə etmək istədiklərində təmizlənənə qədər gözləyəcək vaxtları yoxdursa, nə etməlidir?
CAVAB
İstiharə edə bilər, dua da oxuya bilərlər. Lakin namaz qıla bilməzlər.


Sual: Erkən dövrdə, yəni ilk 2-3 ay içində görülən uşaq salmada, yəni körpənin başı və s. müəyyən deyilkən meydana gələn uşaq salmada görülən qanın nə olduğunu və namaz, oruc kimi xüsuslarda necə hərəkət ediləcəyini detallarıyla ifadə edərsinizmi?
CAVAB
Nifas olmadığı üçün burundan axan qan kimidir. Qadın Hənəfidirsə, hər namaz vaxtında dəstəmaz almağı lazımdır, çünki üzrlüdür. Orucunu tutar. Malikini təqlid edirsə, üzr qanı dəstəmazını pozmaz. Yəni səhərki dəstəmazı ilə işanı qıla bilər. Təbii ki, dəstəmazı pozan başqa şey olmamışdırsa, belədir.


Sual: Hənəfi məzhəbindəki bir qadının adət dövrlərindəki nizamsızlıq (2-3 ayda bir olması kimi) xüsusi bir şey etməyi tələb edirmi? (Məsələn, namazda və orucda)
CAVAB
Xüsusi bir şey etməsi lazım deyil. Normaldır. Az adət olması daha yaxşıdır.


Sual: Adətin son günlərində axmayan, lakin pambığı çirklədən qəhvərəngi axıntı adət qanı sayılırmı?
CAVAB
Bəli.

Sual: Heyz halında xanımla birlikdə olmaq günahdırmı? Qadının razılığı əhəmiyyətlidirmi?
CAVAB
Bəli haramdır. Qurani-kərimdə tərcümə olaraq buyurulur ki:

“Aybaşı halında olan qadınlara təmizlənənə qədər yaxınlaşmayın”. [Bəqərə, 222]

Qadının razılığı əhəmiyyətli deyil. Təmizlənənə qədər haramdır. Zinada qadın da, kişi də razı olur. Onların razı olması haramı ortadan qaldırırmı? O hal bir xəstəlik halıdır, tibbi yöndən zərərlidir. Heç zərərli olmasa belə, Allahu-təala qadağan etdiyi üçün əmrə tabe olmaq lazımdır.

Sual: Heyzli qadın dəstəmaz alıb ölsə, dəstəmazlı ölmüş olarmı?
CAVAB
Xeyr.


Sual: Qarnı yarılıb uşağı götürülən qadından gələn qan nifasdırmı?
CAVAB
Bəli, nifasdır. Əməliyyat qanı ayrıdır.


Sual: Qanı davamlı gələn qadın hər ay 10 gün adət, 20 gün təmiz qəbul etsə, caizdirmi?
CAVAB
Bəli.


Sual: Qırx gün davam edən nifasın ardınca 10 və ya 16 gün təmizlikdən sonra gələn qan heyzdirmi?
CAVAB
10 gündən sonrakı istihazə, 16-dan sonrakı heyzdir.


Sual: Abortdan sonra gələn qan istihazədir?
CAVAB
Bəli.


Sual: Zöhr azanı ilə əsr azanının arasında 3-4 dəfə axıntısı olan bir xanım üzr sahibidirmi? Axıntısının nə vaxt olduğunu hiss etmədiyi zaman da olur. Dəstəmazından davamlı şübhələnir. Bu vəziyyətdə nə etməlidir?
CAVAB
Hənəfidə üzrlü ola bilmək üçün iki namaz arasında ən azı bir dəfə gəlməlidir. Yəni gündə beş dəfə axıntı gəlməlidir ki, üzrlü olasınız. Malikidə isə gündə bir dəfə gəlsə, hətta üç-beş gündə bir dəfə gəlsə belə, yenə üzrlü olur. Onun üçün Malikini təqlid etsəniz, axıntılar dəstəmazı pozmaz, istəsə namazda gəlsin, zərəri olmaz.


Sual: Həkim bir qadınam. Qadınlarda aylıq adət dövrünün müddətinə bağlı olaraq miqdarı və konsistensiyası dəyişən fizioloji, yəni təbii axıntı vardır. Bu axıntı məsələsi dəstəmaz və namaz mövzusunda qadınların yaşadığı ən böyük çətinlikdir. Ancaq mənim bir çox yoldaşım var və heç birinin belə bir şeydən, yəni Maliki məzhəbini təqliddən xəbərləri yoxdur. Onda qadınlar Malikini niyə təqlid etmirlər?
CAVAB
Bilmədikləri üçün. Çəkinib rahatca sual soruşa bilməmələrindən bu çətinliyi çəkirlər. Malikini təqlid etsələr, rahatlayacaqlar. Bu axıntılar nə dəstəmazlarını, nə də namazlarını pozacaq.


Əlavə alt paltara axıntı bulaşmışsa, təmizini tapmaq çətin olsa, bunu dəyişdirmədən namaz qıla bilər. Malikidə nəcasəti təmizləmək fərz deyil. Ehtiyac halında nəcasətlə namaz qılmaq caizdir.

Sual: Təbii axıntı sarı axıntıdır? Rəngi necədir? Evlidə, subayda dəyişirmi? Menopozdan sonra da təbii axıntı olurmı? Bu təbii axıntı nədir, digərlərindən fərqini necə anlayacağıq?
CAVAB
Ginekologiya mütəxəssisi deyir ki: Təbii axıntı deyilən şeyin rəngi əslində şəffaf-ağ arasıdır. Ancaq bu axıntı paltarda və ya pambıqda yığılınca və bir az gözləyəndə sarımtıl rəng alır. Bu səbəbdən paltarda görülən sarı rəng təbiidir. Evlidə, subayda eynidir. Menopozdan sonra olmaz, ancaq əgər hormon həbi istifadə edilirsə, bir narahatlıq varsa, ola bilər.


Sual: Malikini təqlid edərkən nələrə diqqət yetirəcəyəimi xülasəylə yazarsınızmı?
CAVAB
Diş plombu və ya sidik qaçırma, yaxud bir axıntı səbəbiylə Maliki məzhəbini təqlid edən Hənəfi yalnız qüsl, dəstəmaz və namazda öz məzhəbinin şərtlərindən əlavə Malikinin fərzlərinə uyub müfsidlərindən qaçar. Hənəfidən fərqli olan vəziyyətlər bunlardır:

1- Qüsldə niyyət, ara vermədən yumaq və ovmaq fərzdir. Yalnız toxunmaq da ovmaq yerinə keçər. Qüsldə saçlar sığal edilir.
2- Dəstəmazda niyyət, ara vermədən yumaq, ovmaq, başın hamısını məsh etmək fərzdir.
3- Özünün ön ədəb yerinə əlinin içi ilə toxunan kişinin dəstəmazı pozular.
4- Məstin üst və altı tamamilə məsh edilir.
5- Namaz eynilə Hənəfi kimi qılınanda Malikidəki fərzlərə də əməl edilmiş olar.

Sual: Ramazanda bir qadının müəyyən halı zühur etsə, yeyib içə bilərmi? Müəyyən halı sona çatanda yeyib içməsi günah olarmı?
CAVAB
Şərif ramazanda gündüz müəyyən halı sona çatan qadın bir şey yeyib içmədən oruclu kimi qalar. Lakin oruclu ikən müəyyən halı zühur edən qadın oruclu kimi dayanmaz, yeyib içə bilər. Ancaq orucluların gözü qarşısında yeməməlidir!


Sual: Qadın gecədən niyyət etdiyi orucu günorta pozsa, günortadan sonra da adət görsə, qəza lazımdırmı?
CAVAB
Adət olmasaydı, kəffarə lazım idi. Adət olduğu üçün qəza lazımdır. Bir kimsə də orucunu pozsa, sonra oruc tuta bilməyəcək qədər xəstələnsə, yenə qəza lazımdır.


Sual: Orucun axsamaması üçün heyzi dərmanla gecikdirmək caizdirmi?
CAVAB
Caizdir.


Sual: Adəti 13 və 15 olan, Malikini təqlid edən qadın onuncu gündən sonra ramazan orucunu tuta bilərmi?
CAVAB
Bəli, tutması lazımdır. On gündən sonra deyil, əsas adəti neçə gündürsə, o gündən sonra oruc tutmaq lazımdır. Hənəfiyə görə adəti bitmiş olar, qüsl alıb orucları tutar. Qüsl almasa da, oruclar yenə səhih olar, lakin qüsllü tutmaq, əlbəttə, yaxşıdır. Malikiyə görə də qan kəsiləndə də, yəni 15 gün bitincə qüsl alması lazımdır.


Sual: Qəza orucu tutduğum gün adətim başladı. Adətim bitdiyində yarıda qalan orucum üzündən ayrıca bir gün əlavə tutacağammı?
CAVAB
Ayrıca oruc tutmazsınız. Qəza orucunuz yarıda qalmışdır. Onu yenidən tutarsınız.


Sual: Qəbir ziyarətində heyzli “Fatihə”ni bəsmələsiz oxuyar?
CAVAB
Heyzlinin “Fatihə”ni dua niyyətiylə oxuması caizdir, bəsmələ çəkməsinin zərəri olmaz. Dua niyyəti olmadan ayələri və “Fatihə”ni bəsmələsiz də olsa, oxuya bilməz. Dua ayələrini bəsmələli və ya bəsmələsiz oxuya bilər. Heyzli qadın dua niyyətiylə “Fatihə” oxuyub ölülərə bağışlaya bilər.


Sual: Heyz və nifas bilgilərini öyrənməyin hökmü nədir? Qısaca məlumat verərsinizmi?
CAVAB
Hər müsəlman kişi və qadının elmihal məlumatlarını öyrənməsi fərzdir. Bu bilgilərin içində heyz və nifas məlumatları da çox əhəmiyyətlidir. Dəstəmaz, namaz, Qurani-kərim, həcc, yetkin olmaq, evlənmək kimi işlər üçün qadın hallarını bilmək şərtdir. Bunları bilməyən harama düşər, ibadəti səhih olmaz. Hər kəsin bilməsi lazım olanlar Hənəfi məzhəbinə görə qısaca belədir:


Heyz müddəti ən az 3 gün, ən çox 10 gündür. 10 gündən sonra gələn qana istihazə qanı deyilir. Bu, xəstəlik qanıdır. Ağdan başqa hər rəng heyz qanıdır. Qan görüldüyü andan kəsilənə qədər olan günlərin sayına adət zamanı deyilir. Adət zamanı ən çox 10, ən az 3 gündür. Digər üç məzhəbdə ən çoxu 15 gündür. Heyz qanı davamlı axmaya bilər. Hər gün az miqdar qan görülməsi heyz halının davam etdiyini göstərir. İki adət arasında ən az 15 gün təmizlik halı olar. Qan ən az 15 günlük təmizlikdən sonra gəlib 3 gündən əvvəl kəsildiyində namaz vaxtının sonu yaxınlaşana qədər gözləyər. Sonra qüsl almadan yalnız dəstəmaz alıb o namazı qılar və əvvəl qılmadıqlarını qəza edər. O namazı qıldıqdan sonra qan yenə gələrsə, namaz qılmaz. Yenə kəsilsə, vaxtın sonuna doğru dəstəmaz alıb o namazı qılar və qılmadıqlarını qəza edər. 3 gün tamam olana qədər belə edər.

Adətin dəyişməsi
Üç gün qan gəlib normal adət müddətindən əvvəl kəsildiyində namaz vaxtının sonuna qədər gözləyər, qan görməzsə, qüsl alıb o namazı qılar. Qılmadıqlarını qəza etməz. Normal adət zamanı keçənə qədər gözləyər. Adət zamanı müəyyən olan qadın bir dəfə başqa sayda heyz qanı görsə, adəti dəyişmiş olar. Təmiz gün sayı da belədir. Məsələn, adəti 5 gün, təmizlik halı 20 gün olan bir qadın heyz halını 7 gün görsə, adəti dəyişib 7 gün olmuş olar.


Adəti 7 gün olan qadının qanı 8 gün davam edib sonra kəsilsə, adəti 8 günə çıxmış olar. Lakin 11-ci gün təkrar gələrsə, 7 gündən sonrası istihazə qanı olar. 7 gündən sonrakı namazlarını qəza edər. Normal adəti 7 gün ikən 5 gündə qan kəsilsə, qüsl alıb namazını qılar.

Adətin başlama və bitmə vaxtını bilmək çox əhəmiyyətlidir. Məsələn, adəti 5 gün olan qadının üzrü 10 günü 3 dəqiqə keçmiş olsa, adət zamanı olan 5 gündən sonra gələnlər istihazə qanı olar. 10 gün keçmədən, yəni 10 gündən bir neçə dəqiqə əvvəl kəsilmiş olsa, hamısı heyz olar. Buna görə, hər qadın öz heyz və təmizlik gün sayını əzbərləməlidir.

Ramazanda sahurdan sonra heyzdən və ya nifasdan kəsilən o gün yeyib içməz. Lakin o günü qəza edər. Heyz və ya nifas gündüz başlayarsa, o gün yeyib içər. Heyz olmayıb istihazə qanı gələn qadın sidiyini tuta bilməyən və ya bir yerindən davamlı qan axan kimsə kimi üzrlü olar. Qan axsa da, namazını qılıb orucunu tutar. Üzrlü olduğuna görə hər namaz üçün o namazın vaxtı girəndə dəstəmaz almalıdır. Lakin Malikini təqlid etsə, dəstəmazı pozulmuş olmaz.

Nifasın ən çoxu 40 gündür. Daha sonra gələn qan istihazə qanıdır. Nifasda da adət günü vardır. Məsələn, nifas adəti ilk uşağında 25 gündürsə bundan sonrakı uşağında 25 gün olar.

Heyz bitincə
Sual:
Heyz bitəndə qüsl almadan əvvəl cima caizdirmi?

CAVAB
Hənəfidə caiz; digər üç məzhəbdə caiz deyil.


Sual: Doqquz yaşından kiçik qızdan qan gəlsə, heyz olarmı?
CAVAB
Xeyr, istihazə, yəni üzr olar. (Rəddül-muxtar)


Heyzi bitən qadın
Sual:
Vaxtın sonunda heyzdən təmizlənən qadın vaxt çıxmadan qıla bilməmişsə, o vaxtı qəza edərmi?

CAVAB
Əgər fərzi qılacaq qədər vaxt varsa, namaz qılmaq fərz olar. Qıla bilməmişsə, qəza etməsi fərzdir. (Hindiyyə)

24-02-2020, 13:09
Geri