Gözəl İslam / İddət ilə əlaqədar sual və cavablar

İddət ilə əlaqədar sual və cavablar

Sual 1: Heyzli ikən boşanan qadın neçə ay sonra başqası ilə evlənə bilər?
CAVAB
Heyz [və nifas] zamanında boşamaq bidətdir, haramdır. Amma yenə boşamaq səhihdir. Boşanmanın reallaşdığı heyzdən deyil, ondan sonra gələcək heyzdən etibarən iddət gözləyər. Çünki 3 tam heyz gözləmək lazımdır. 3-cüheyz bitib təmiz olduqdan sonra evlənə bilər.


Sual 2:
Təmiz ikən boşanan qadın neçə ay sonra başqası ilə evlənə bilər?

CAVAB
Hənəfidə ilk təmizliyin əvvəlindən 3-cü heyzin sonuna qədər olan zamandır. Buna görə, 3 heyz görüb təmiz olduqdan sonra iddət müddəti bitmiş olar.


Sual 3:
Əri ölən qadın neçə ay sonra başqası ilə evlənə bilər?

CAVAB
Ərinin ölümündən 4 ay 10 gün sonra evlənə bilər.


Sual 4:
Adətdən kəsilən qadın boşananda neçə ay sonra başqası ilə evlənə bilər?

CAVAB
3 ay sonra evlənə bilər.


Sual 5:
Hamilə ikən boşanan qadın başqa biri ilə nə vaxt evlənə bilər?

CAVAB
Doğum və iddət bitdikdən sonra nigah edilə bilər, ancaq nifas bitmədən cima caiz olmaz.


Sual 6:
Evlənib xəlvət olmadan, yəni bir araya heç gəlmədən boşanan qadın başqa biri ilə evlənə bilmək üçün iddət gözləməlidir?

CAVAB
İddət gözləməsi lazım deyil.

23-02-2020, 15:08
Geri