Gözəl İslam / Dəstəmaz necə alınır?

Dəstəmaz necə alınır?

Dəstəmaz necə alınır?

1- Dəstəmaza başlayarkən bu dua oxunur: Bismilləhil-azım. Vəl-hamdü lilləhi alə dinil-İslam. Və ala tevfik-ıl-iman. Əl-həmdü lillahil-ləzi cəaləlmaə tahurən və cəaləl-islamə nurən.[[1]] Sonra əllər biləklərə qədər üç dəfə yuyulur.

Desdemaz_nece_alinir

2- Sağ əl ilə ağıza üç dəfə su verərkən bu dua oxunur:

Allahümməs-kıni min havdi nəbiyyikə kəsən lə əzməu badəhü əbədən”. [[2]]

Desdemaz_nece_alinir_qaydasi

3- Sağ əl ilə buruna üç dəfə su verib, sol əl ilə fınxırılır. Buruna su verərkən:

Allahümmə ərihni rayihatəl cənnəti vərzüqni min niamiha. Və lə türihni rayihatən-nar”.[[3]]

Desdemaz_nece_alinir_qaydasi

4- Ovuclara su alıb, alından çənə altına, gicgahlara qədər üzü yuyarkən bu dua oxunur:

Allahümmə bəyyid vəchi minurikə yəvmə təbyaddü vücuhü övliyaikə və lə tüsəvvid vəchi bi zünubi yəvmə təsvəddü vücuhü adəikə”. [[4]]

Desdemaz_nece_alinir_qaydasi

5- Sol əl ilə sağ qolu dirsəyə qədər üç dəfə yuyarkən:

“Allahümmə atini kitabi biyəmini və hasibni hisabən yəsirən [[5]] duası oxunur.

6- Sağ ilə sol qolu üç dəfə dirsək daxil yuyarkən:

Allahümmə lə tutini kitabi bi şiməli və lə min vərai zahri və lə tühasibni hisabən şədidən”. [[6]] duası oxunur.

Desdemaz_nece_alinir_qaydasi

7- Hər iki qolu yuduqdan sonra əlləri təkrar yuyar və o yaşlıqla başı məsh edərkən:                                                     

 “Allahümmə harrim şa-ri və bəşəri alən-Nar. Və əzilləni tahtə zilli arşikə yəvmə lə zillə illə zillü arşikə” [[7]]  duası oxunur.

Desdemaz_nece_alinir_qaydasi

8- Daha sonra sağ və sol əlin şəhadət barmaqları ilə iki qulağın dəliklərinə su verərkən baş barmaqlar ilə qulaqların arxası məsh edilir və:

Allahümməcəlni minəlləzinə yəstəmiunəl-qavlə fə yəttəbiunə ahsənəhu” [[8]] duası oxunur.

Desdemaz_nece_alinir_qaydasi

9- Əllərin çöl tərəfi ilə boyunu məsh edərkən:

“Allahümmə atik raqabəti minən-Nar” [[9]] duası oxunur.

10- Boynu məsh etdikdən sonra sol əlin kiçik barmağı ilə, sağ ayağın kiçik barmağından başlayaraq, ayaq barmaqlarının arasını sürtməklə, topuqlarla birlikdə, sağ ayağı üç dəfə yuyarkən:

Allahümmə səbbit kadəməyyə aləs-sirati yəvmə təzillü fihiləkdəmü” [[10]] duası oxunur.

Desdemaz_nece_alinir_qaydasi

11- Sol ayağı üç dəfə yuyarkən, ayaq barmaqlarının arasını kiçik barmağı ilə bu dəfə baş barmaqdan başlayaraq, kiçik barmağa doğru, ayaq barmaqlarının arasını sürtməklə topuğu ilə birlikdə yuyarkən:

“Allahümmə lə tatrud kadəməyyə aləs-sirati yəvmə tatrudü küllü akdami adaikə. Allahümməc-al sayi məskurən və zənbi mağfurən və əməli məqbulən və ticarəti lən təburə” [[11]] oxunur.

Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurur:

“Hər kim dəstəmaz aldıqdan sonra göy tərəfinə baxıb, bu duanı oxuyarsa, Sübhanə kellahümmə və bihəmdikə, Əşhədü ən ləə iləhə illə əntə vahdəkə lə şərikə ləkə əstəğfirukə və ətubü iləykə əşhədü ən lə iləhə illallahü və əşhədü ənnə Muhammədən  abdükə və rəsulikə. [[12]] Allahü təala həzrətləri o kimsənin günahlarını əfv edər və qəbul imzasıyla təsdiq edib, Arşın altında mühafizə edər. Qiyamət günündə bu duanı oxuyan şəxs gəlib, o savabın əcrini alar.”

Bir Hədisi-şərifdə: “Hər kim dəstəmaz aldıqdan sonra “İnnə ənzəlnəhü” surəsini bir dəfə oxuyarsa, Allahü təala həzrətləri, o kimsəni sıddıqlardan yazar. İki dəfə oxuyarsa, şəhidlərdən yazar. Üç dəfə oxuyarsa Peyğəmbərlər ilə dirilər” buyurdular.

Yenə bir Hədisi-şərifdə: “Hər kim dəstəmaz aldıqdan sonra mənim üzərimə on dəfə salatü səlam gətirərsə, Allahü təala həzrətləri, o adamın hüznünü aradan qaldırıb şad edər, duasını qəbul edər” buyurdular.

Dəstəmaz alarkən dəstəmaz dualarını bilməyənlər oxumasa da olar. Lakin qısa zamanda əzbərləməli və dəstəmaz alarkən oxunmalıdır. Çox savabdır. Dəstəmazın sonuna doğru və ya dəstəmazı bitirdikdən sonra: “Allahümmə calni minət-təvvəbin, vəcalni min-əl-mütətahhirin, vəcalni, min ibadik-əs-saləhın, vəcalni minəl-ləzinə lə xavfün aləyhim və ləhüm yahzənun” duasını oxumaq çox savabdır.

 Dəstəmaz dualarını bilməyən hər üzvü yuyarkən “Kəlmeyi-şəhadət” oxumalı, böyük savaba qovuşmalıdır.

[[1]] Böyük olan Allahü-Təalanın “adıyla” başlayaram. “Bizə” İslam dinıni verən və imanı ehsan edən Allahü-Təalaya həmd və təriflər olsun. Suyu təmizləyici, islamı nur qılan Allaha həmd və  təriflər olsun!

[[2]] Ey Allahım! Ondan içdikdən sonra bir daha heç susuzluğu duyulmayan havzı-Nəbidən mən quluna bir kasa (stəkan) içirt.

[[3]] Ey Allahım! Mənə Cənnət qoxusunu qoxlat və məni Cənnət nemətləri ilə ruziləndir. Cəhənnəm qoxuları ilə deyil.

[[4]] Ey Allahım! Nurunla Övliyaların üzünü ağartdığın, “ağ etdiyin” kimi, mənim üzümü də ağart. Düşmənlərinin üzünün qara olduğu gündə, mənim günahlarımdan dolayı üzümü qara etmə.

[[5]]  Ey Allahım! Kitabımı sağ tərəfimdən ver və məni asan hesaba çək.

[[6]]Ey Allahım! Kitabımı sol tərəfimdən və arxamdan vermə. Məni çətin bir hesabla sorğuya çəkmə.

[[7]] Ey Allahım! Vücudumu və saçlarımı Cəhənnəmə atma. Kölgənin olmadığı gündə məni Arşın kölgəsində kölgələndir.

[[8]]  Ey Allahım! Məni sözü dinləyib ən gözəl yerinə yetirənlərdən et!

[[9]]  Ey Allahım! Boynumu atəşdən azad et!

[[10]] Ey Allahım! Ayaqların sürüşdüyü gündə sirat üzərində ayaqlarımı sabit et!

[[11]] Ey Allahım! Sənin düşmənlərinin siratda ayaqlarının sürüşdüyü gündə mənim ayaqlarımı sürüşdürmə!   Ey Allahım! Məni çalışanlardan və şükr edənlərdən et! Günahımı əfv et. Əməlimi qəbul et. Ticarətimi halal et!

[[12]] Ey Allahım! Səni həmdinlə təsbeh və tənzih edərəm. Səndən başqa məbud olmadığına, bir olduğuna və şərikin, ortağın olmadığına və Muhamməd-əleyhissəlamın sənin qulun və Rəsulun olduğuna şəhadət edərəm.

 

7-04-2021, 13:12
Geri