Gözəl İslam / Misvaq istifadə etmək

Misvaq istifadə etmək

      Dəstəmaz alarkən misvak istifadə etmək sünnəti-müəkkədədir. Hədisi-şərifdə buyuruldu ki, “Misvak istifadə edərək qılınan namaz, misvaksız qılınan namazdan yetmiş qat üstündür”.

“Sirac-ül-vəhhac” kitabında misvak istifadə etməyin 15 faydası olduğu bildirilir:

  1. Ölüm anında, şəhadət kəlməsini söyləməyə səbəb olar.
  2. Diş ətlərini qüvvətləndirir.
  3. Bəlğəmi aradan qaldırar.
  4. Ağız safrasını kəsər.
  5. Ağız ağrısını aradan qaldırar.
  6. Ağız qoxusunu aparar.
  7. Allahü təala ondan razı olar.
  8. Beyin damarlarını qüvvətləndirər.
  9. Şeytan qəmlənər.
  10. Gözləri nurlanar.
  11. Yaxşılığı və xeyratı çox olar.
  12. Sünnət ilə əməl etmiş olar.
  13. Ağzı pak (təmiz) olar.
  14. Fəsih-ul-lisan olar, yəni gözəl danışar.
  15. Misvaklı olaraq qılınan iki rükət namazın savabı, misvaksız olaraq qılınan yetmiş rükət namazın savabından daha çox olar.

Misvak, Ərəbistanda yetişən Ərak ağacının budağıdır. Düz tərəfindən iki santimetrə qədər qabığı soyulub bu hissəsi bir neçə saat suda saxlanılır. Sonra əzilincə, fırça kimi açılır. Ərak ağacı olmazsa, zeytun budağından düzəldilir. Qadınlar misvak yerinə, misvakdan istifadə sünnətinə niyyət edərək saqqız istifadə etməlidir. 

 

18-03-2018, 13:32
Geri