Gözəl İslam / Təyəmmüm haqqında

Təyəmmüm haqqında

    Təyəmmüm torpaqla təmizlənmək deməkdir. Dəstəmaz almaq və ya qüsl etmək üçün su olmazsa və ya su olduğu halda, istifadə edilməsi mümkün olmayan vəziyyətlərdə təmiz torpaq, qum, kirəç və daş kimi torpaq cinsindən olan təmiz bir şey ilə hənəfidə vaxt girmədən öncə də təyəmmüm edilir. Digər üç məzhəbdə vaxt girmədən öncə caiz deyildir. Təyəmmüm dəstəmaz və qüsl üçün bir asanlıqdır. Dinimizdə torpaq ilə təyəmmüm də su ilə təmizlənmək kimidir. Dinimiz bir çox kirliliyin torpaq ilə təmizlənə biləcəyini açıqca bildirir.

    Təyəmmümü lazım edən başlıca hallar bunlardır:

  1. Dəstəmaz və qüsl üçün təmiz su tapmamaq (şəhərdə hər zaman su axtarmaq fərzdir).
  2. Sudan istifadə etməyə mane olan xəstəlik, su istifadə edincə soyuqdan ölmək və ya xəstə olmaq təhlükəsinin olması.
  3. Suyun yanında düşmən və ya yırtıcı, zəhərli heyvanın olması.
  4. Həbsdə olub, sudan istifadə edə bilməmək.
  5. Ölümlə təhdid edilmək.
  6. Səfəri olub yanında içmə suyundan artıq suyun olmaması.
  7. Quyudan su çıxarmaq imkanının olmaması. 

 

18-03-2018, 13:31
Geri