Gözəl İslam / Təyəmmüm necə edilir?

Təyəmmüm necə edilir?

  1. Öncə cünüblükdən və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət edilir. Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək kifayət etməz. İbadət olan bir şeyi, məsələn, cənazə namazı, tilavət səcdəsi etmək üçün dəstəmaz və ya qüsl üçün təyəmmüm etməyə niyyət lazımdır. Təyəmmümə niyyət edərkən dəstəmaz ilə qüslü ayırmağa ehtiyac yoxdur. Dəstəmaz üçün niyyət edilərsə cünüblükdən də təmizlənmiş olur. Cünüblükdən təmizlənməyə niyyət edilən təyəmmüm ilə namaz qılına bilər. Dəstəmaz üçün ikinci təyəmmümə ehtiyac yoxdur.
  2. İki qolu dirsəklərindən yuxarı çirməli olaraq iki əlin içini təmiz torpağa, daşa, torpaq və ya kirəç sürtülmüş divara sürtüb ən az üç barmağı dəyməklə iki ovucu ilə üzünü bir dəfə məsh etmək, yəni sürtmək. Əli üzünün iynə ucu qədər yerinə dəyməzsə, təyəmmüm edilmiş olmaz. Üzü tam məsh edə bilmək üçün ovuclar açıq və dörd barmaq bir-birinə yapışıq və iki əlin iki uzun barmaqlarının ucları bir-birlərinə dəymiş olaraq ovuc içləri saç kəsiminə qoyub, çənəyə doğru yavasça endirilir. Barmaqlar üfüqi vəziyyətdə alnı, göz qapaqlarını, burnun iki yanını, dodaqların üzərlərini və çənənin üz qismini yaxşıca sürtməlidir. Bu əsnada ovucun iç tərəfi də yanaqları sürtər.
  3. İki ovucu təkrar torpağa sürtüb bir-birinə çırparaq tozu-torpağı silkələdikdən sonra öncə sol əlin dörd barmağının içi ilə sağ qolun alt üzünü barmaq ucundan dirsəyə doğru sürtüb sonra qolun iç üzünü sol ovuc içi ilə dirsəkdən ovuca qədər sürtüb və sonra sol baş barmaq içi ilə sağ baş barmağın çölünü sürtməkdir. Üzüyü çıxarmaq lazımdır. Sonra yenə belə sağ əl ilə sol qol məsh edilir. Əl içini torpağa sürtmək lazımdır. Torpağın, tozun əldə qalması şərt deyildir.

Dəstəmaz və qüsl üçün təyəmmüm eynidir. 

 

18-03-2018, 13:31
Geri