Gözəl İslam / Dəstəmaz və qüslun bədən sağlamlığımız üçün bir çox faydaları

Dəstəmaz və qüslun bədən sağlamlığımız üçün bir çox faydaları

İbadət məqsədilə olan dəstəmaz və qüslun bədən sağlamlığımız üçün bir çox faydaları vardır.

 

Sual: İbadət məqsədilə alınan dəstəmazın, qüslun və su olmadığı zaman torpaqla olan təyəmmümün insan bədəninə, insan sağlamlığına necə bir faydaları vardır?

Cavab: İbadət məqsədilə olan dəstəmaz və qüslun bədən sağlamlığımız üçün bir çox faydaları vardır. Bədənə olan faydaları ilə yanaşı, ruh sağlamlığı cəhətdən də faydası çoxdur. Təsbit edilən saysız faydalarından bəziləri aşağıdakılardır:

1-Gündəlik həyatımızda əllərimizin toxunmadığı yer, tutmadığı mikrob qalmır. Dəstəmaz alarkən əl, üz və ayaqları yumaq, dəri xəstəlikləri və iltihabları üçün ən gözəl bir qorunmadır. Mikrobların, parazit bakteriyaların bəziləri orqanizmə dəri vasitəsilə daxil olurlar.

2- Burnu yumaq, toz və mikrob yığınlarının orqanizmə daxil olmasının qarşısını almaqla tənəffüs sistemimizi mühafizə edir.

3-Üzün yuyulması dərini qüvvətləndirir, başdakı ağırlığı və yorğunluğu yüngülləşdirir, damarları və sinirləri hərəkətə keçirir. Davamlı dəstəmaz alanların, yaşlansalar da üzlərindəki gözəlliklərinin itməməsi bu səbəbdəndir.

4-Cünubluğa səbəb olan hallarda böyük bir enerji sərf edilir, ürək və qan dövranının sürəti artır, tənəffüs də sürətlənir. Bədənin həddindən artıq işləməsi ilə də yorğunluq, bitkinlik, uyuşuqluq və boşluq hiss edilir, ümumiyyətlə zehni fəaliyyətlər olduqca yavaşlayır. Qüsulla bədən əvvəlki gümrahlığını qazanır. Bədəni müəyyən fasilələrlə davamlı yumaq, qoruyucu həkimlik cəhətdən olduqca əhəmiyyətlidir.

5-Dəstəmaz və qüslun qan dövranı üzərində də müsbət təsirləri vardır. Damarlardakı sərtləşmə və tutulmanın qarşısını alır. Dəstəmazda əsas bir oyatma var. Limfa sisteminin, ən əhəmiyyətli mərkəzlərindən biri olan burun arxası və badamcıqlar yuyularaq oyanır. Həmçinin boyun və ətraflarının yuyulması da limfa sisteminə təsir edir. Dəstəmaz və qüsulla asanlaşan limfa dövranı sayəsində, limfosit adlanan döyüşçü hüceyrələr orqanizmi zərərli ünsürlərdən qoruyur və bədənin müqavimətini artırırlar.

6-Su olmadığı zaman torpaqla təyəmmüm də geniş ölçüdə bədənin statik elektrikini yox edir.

 

Sual: Yeni Müsəlman olan bir insanın mütləq qüsul alması lazımdırmı?

Cavab: Yeni Müsəlman olan bir qeyri-müsəlmanın, Müsəlman olduqda qüsul alması müstəhəbdır.

 

Bədən üzvləri yaralı olan insan, yaralı hissələri islatmadan, yumadan təyəmmüm edə bilər.

 Sual: Dəstəmaz üzvlərindən bir hissəsi yaralı olsa, bu hissələrin yuyulması mümkün olmasa, bu şəxs nə etməlidir, su ilə necə dəstəmaz almalıdır?

Cavab: Yaralı hissələri islatmadan yuyulmazsa, təyəmmüm etməlidir. Dəstəmaz üzvlərindən hamısının yarıdan çoxu və ya dörd dəstəmaz üzvündən ikisi sağlamdırsa, dəstəmaz alıb, yaralı hissələri və ya üzvləri məsh etməlidir. Məsh zərər verərsə, sarğı üzərinə məsh etmək olar. Dəstəmaz üzvlərindən hamısının yarıdan çoxu və ya dəstəmaz üzvlərinin üçü və ya dördü də yaralıdırsa, təyəmmüm etmək lazımdır. Təyəmmüm zərər verərsə, namazı qəzaya saxlayar. Müsavi, bərabər mikdarda olsalar, təyəmmüm etməməlidir. Təyəmmüm edənin, bəzi yerlərini yuması caiz deyildir. Başında ağrı olub məsh edə bilməyən, dəstəmaz üçün yuyuna bilməyən də qüsul üçün təyəmmüm edə bilər deyilsə də, hər ikisinin də sayılacağını bildirən fətva daha əvvəl verildiyinə görə bu sözlə əməl olunmaz.

 

20-06-2022, 18:01
Geri