Gözəl İslam / Qurban bayramını müəyyən etmək

Qurban bayramını müəyyən etmək

Sual: Ramazan bayramı kimi Qurban bayramının da hilalı dünyanın bir yerindən görünəndə hər yerdə görünmüş sayılmır?

CAVAB

İslam Əxlaqı kitabında İbni Abidin həzrətlərindən istinadən bildirilir ki:

İmam Sübqi həzrətləri, “Şaban ayının 30-cu gecəsində hilalı gördüyünü bildirən biri olsa, hesablamaqla da hilalın bir gecə sonra doğacağı təsbit edilsə, burada hesaba etibar edilər, çünki hesab dəqiqdir. Hilal doğmadan bir gecə əvvəl görünməsi mümkünsüzdür” buyurdu. Şəms-ül-əimmə Halvani həzrətləri də “Ramazan ayının başlaması hilalın görünməsi ilə olur. Hilalın doğulması ilə başlanılmır. Hesablama hilalın doğduğu gecəni bildirdiyi üçün Ramazan ayının başlaması hesabla məlum olmaz. Hər hansı bir yerdə hilal görünsə,  bütün dünyada oruc tutmağa başlanılır, lakin həcc, qurban və namaz vaxtları belə deyildir. Onların vaxtının bir yerdə məlum olması ilə başqa yerdə də belə olması lazım deyil” buyurdu. (Rədd-ül-muxtar)
Hesablama düzgün aparılarsa, hilalın doğmasını asanlıqla aşkar etmək olar, çünki Allahu təalanın nizamında zərrə qədər də olsa yanlışlıq yoxdur. Hilal hesablamanın bildirildiyi anda doğar və saniyə belə səhv olmaz. Hesabdan bir gün əvvəl bayram keçirmək elmə ziddir və yanlışdır, çünki hesabdan əvvəl hilalı görmək mümkün deyil.

Dinimiz hilalın doğmasını deyil, görünməsini əsas tutur. Hilal görünmədikcə hesablama və ya ayları müəyyən etmək üsulları ilə tapılan gündə bayram etmək olmaz. Ramazan hilalı dünyanın hansısa bir yerində görünəndə orucun başlaması və Ramazan bayramı hər yerdə eyni gün olur. Hədisi-şərifdə “Hilalı görəndə oruc tutun, yenidən görəndə orucu tərk edin” buyuruldu. Dürərdəki bir hədisi-şərif məalı da belədir:

“Hər kəs oruca başlayanda siz də başlayın, hər kəs bayram edəndə siz də bayram edin!” (Tirmizi, Əbu Davud)
Qurban bayramı belə deyil. Zilhiccə hilalı Amerikada görünsə, Türkiyədə görünməsə, göründü kimi qəbul edilmir. Yəni Türkiyədə Qurban bayramı Amerikadan bir gün sonra olur.
Şeyxülislam Mustafa Səbri Əfəndi buyurur ki:

Hesablama ilə Şaban ayının  dəqiq 29 gün olduğu bilinsə, həqiqətən də 29 gün olsa, Ramazan ayının girişini müəyyən etmək üçün ayı müşahidə etdikdə ay çıxmış olsa da, hava buludlu olduğu üçün görünməzsə, Şaban ayı 30 gün olaraq qəbul edilir. Yenə bunun kimi, hesablama ilə Ramazan ayının  29 gün olduğu dəqiq bilinsə, həqiqətdə də 29 gün olsa, hava buludlu olduğu üçün Ramazan ayının 29-da ay görünməsə, Ramazanı 30 günə tamamlamaq dinimizin əmridir. (Məsələlər)
Yenə Mustafa Səbri əfəndinin açıqlamasına görə, bir ay doğrudan da 29 gün çəkdiyi halda otuz günə tamamlananda, sanki bayram bir gün sonraya keçmiş olur, lakin Allahu təala belə əmr etdiyi üçün bayram birinci gün deyil, ikinci gün olur, yəni Şəvval ayının birində bayram olduğu halda, ikisində bayram qeyd edilir. Qurban bayramı da Zilhiccə ayının onunda olduğu halda, on birində keçirilir, çünki Allahu təala belə əmr edir. Yenə Şəvval və ya Zilqadə ayı 29 gündür, lakin bayram bir gün sonra qeyd edilmiş olur. Bayramın bir gün sonra keçirilməsi ilə ay 30 gün çəkir.

 

9-12-2022, 17:40
Geri