Gözəl İslam / Kimlər səfəri sayılır və necə olur?

Kimlər səfəri sayılır və necə olur?

Sual: Səfərlikdə vətən və əhəmiyyəti nədir?

CAVAB

İnsanın mukim (sakin) olduğu, yaşadığı yerə vətən deyilir.
3 cür vətən vardır:
1- Vətəni-əsli:
İnsanın doğulub, boya-başa çatdığı, sonra isə evləndiyi yerdir. Bundan sonra daima qalmaq niyyətilə məskunlaşdığı yerdir. Bu yeri də dəyişdirib birdəfəlik qalmaq üçün başqa yerə köçə bilər. Bu zaman köçdüyü yer “Vətəni-əsli” olur.

2- Vətəni-iqamət: 15 gün və ya daha çox qalıb, sonra tərk etmək niyyətində olunan yerdir.

3- Vətəni süqna: İnsanın getdiyi yer olub, 15 gündən az qalmaq niyyəti edilən və ya bu gün-sabah gedərəm deyərək, uzun müddət yaşanılan yerdir.

Vətənin dəyişməsi

Vətənin dəyişməsi aşağıda bildirilən nümunələr kimi olur:

Bir şəxsin evlənib və ya daimi qalmaq üçün başqa bir yerə məskunlaşmayınca, doğulub boya-başa çatdığı yer vətəni-əsli olmaqda qalır. Evlənərsə, əvvəlki vətəni dəyişər. Evləndiyi yer vətəni-əsl-yə çevrilər. Başqa bir yerdə daimi qalmaq üçün məskunlaşarsa, bu dəfə evləndiyi yer vətəni-əsli olmaqdan çıxar. Yaşadığı yeri tərk edib başqa bir yerə daimi məskunlaşarsa, əvvəlki yaşadığı yer vətəni-əsli olmaqdan çıxar. Yəni bir şəxs Göyçayda doğulsa, əsl vətəni Göyçay olar. Bu şəxs Bakıda evlənsə, Göyçay vətəni-əsli olmaqdan çıxar və vətəni-əsli Bakı olar. Sonra da Qubada daimi yaşamağa qərar versə, bu zaman vətəni-əsli Quba olar. Vətəni-əsl Bakı olmaz.
Vətəni-əslidə, hətta bir saat qalınsa da namazlar qısaldılmır.
Bir şəxs evlənib başqa bir yerə məskunlaşdıqdan sonra, xanımı o şəhərdə yaşasa, özü də iş üçün başqa bir şəhərə daimi məskunlaşsa, iki vətəni-əsli olar.
Bir kənddə yaşayan qadın şəhərdəki doğum evinə gedib uşağını orada dünyaya gətirsə, uşağın vətəni-əslisi anasının yaşadığı kənd olar. Çünki uşaq orada böyüyəcəkdir. Bir neçə gün qaldığı yerdə, yəni vətəni-süqnada doğulmuş sayılmır.
Bir şəxs 60 km-lik məsafəni getmək üçün bir avtobusa minsə,  avtobusda yuxuya gedib 150-200 km-lik məsafə getmiş olsa, yenə də səfəri sayılmır. Çünki buraya gəlməyə niyyət etməmişdir. Burada olarkən 60 km qabaqda olan şəhərə bir iş üçün getsə, yenə də səfəri olmur. Geri qayıdanda ilk çıxdığı yerə gəlmək niyyətində olarsa, qayıdarkən səfəri olar. Necə ki, bir insan 80 km məsafədə olan Siyəzənə getmək üçün Bakıdan çıxıb avtobusda yatdığı üçün Qubaya gələrsə, Qubada öz istəyi ilə yox, niyyətsiz getdiyi üçün Qubada namazlarını 4 rükət olaraq qılar. Yenidən Bakıya getmək niyyəti ilə Qubadan yola düşsə, Qubadan çıxan kimi namazlarını qısalda bilər.


Səfərilikdə məsafə

Üç günlük yola sürətli nəqliyyat vasitəsilə, məsələn, qatarla daha az vaxta gedən şəxs də səfəri olur. Kəşf ediləcək yeni bir vasitə ilə bir saniyədə, bir anda Amerkaya gedə bilən də səfəri olur. Kəramətlə bir anda başqa ölkələrə gedən övliya da səfəri olaraq namazlarını qılar.
Bir yerə getmək üçün iki fərqli yoldan gedilsə, biri qısa, digəri uzun olsa, uzun yol üçün üç günlük piyada yol gedilsə, bu yoldan hər vasitə ilə gedən səfəri olar.
Bir şəxs, üç günlük məsafəsi olan bir yerə sürətlə qaçan atla iki günə və ya daha az bir vaxtda çatmış olsa, yenə də səfəri olar, dörd rükətlik namazlarını qısaldar.
Alimlərin hamısı səfəri olmağı fərsəng deyilən, bir saatda gedilən yolun uzunluğu ilə bildirmişdir. Üç günlük yol isə 15, 18 və 21 fərsəngdir. Fətva 18 fərsəngə görədir. Bir fərsəng 5800 m-ə qədərdir. Bəzisi təxmini olaraq onu 6000 m, bəziləri də 5000 m qəbul etmişdir. Səfərilik üçün tələb olunan məsafəni dəqiq hesablamaq üçün 5800 m ilə 18 fərsəng vurulur, təxminən 104 km tapılır. Maliki, Şafi və Hənbəlidə isə 80 km-dən bir az artıq gedən səfəri olur.
Məst geyən bir şəxs, dəstəmazlı olaraq səfərə çıxsa, 3 günlük məsh müddəti dəstəmaz pozulduğu anda başlayar və 3 gün davam edər.

 

Səfərilik müddəti

Maliki, Şafi və Hənbəlidə 80,640 km məsafəlik yolu gedib, giriş və çıxış günləri xaric 4 gündən az qalan səfəri olur. 4 və va daha çox gün qalan mukim olur. Səfərə çıxan şəxs, sübh azanı oxunarkən bir şəhərə girərsə, o gün sayılmaz.
Azan oxunarkən həmin şəhərdən çıxsa, çıxdığı gün də sayılmır. 3 gün qalarkən 3 sübh namazı qılmalı, bir girişdə, bir də çıxışda sübh namazı qılınmış olur ki, hamısı 5 sübh namazı edir. Deməli, 3 sübh namazı deyil, 5 sübh namazı qılan belə səfəri olur, mukim olmur. Şəri gün imsaq vaxtı girən zaman başlayar.


Giriş-çıxış günlərində ölçü imsaq vaxtıdır

Orucluqda olduğu kimi, gün də imsaq vaxtında başlayar. Ertəsi gün imsaq vaxtına qədər davam edər. Məsələn, Bakıya imsaq vaxtından sonra, sübh azanı oxunarkən girən şəxs, giriş günü olduğu üçün o günü saymır. Əgər imsaq vaxtından əvvəl girərsə, imsaq vaxtından sonrakı gün giriş günü olmur. İmsaq vaxtından sonra çıxarsa, o gün çıxış günü olar. 
Deməli, bir şəxs,  hər hansı bir yerə günəş doğarkən girsə, o gün giriş günü olduğu üçün hesablanmır. Üç gün qaldıqdan sonra, dördüncü günü imsaq vaxtından sonra, məsələn, günəş doğarkən oradan çıxsa, giriş-çıxış günləri olmadığı üçün həmin şəxs, üç gün o yerdə qalmış və səfəri olmuş olur.

 

1-12-2022, 18:30
Geri