Gözəl İslam / Adaq (nəzir) yoxdurmu?

Adaq (nəzir) yoxdurmu?

Sual: “Allahın adağa ehtiyacı yoxdur. Adaq vermək düzgün deyil. Adaq vermək Allah ilə bazarlıq etmək mənasını verir” deyilir. Dinimizdə adaq yoxdur?

 CAVAB

Dində adaq vardır. “Allahın adağa ehtiyacı yoxdur” deyildiyi kimi, “Allahın namaza, oruca da ehtiyacı yoxdur” deyərək bu ibadətləri etməmək lazımdır?

Adağın bazarlıqla da əlaqəsi yoxdur. Bir işimizin olması üçün adaq demək o işin olması üçün dua etmək kimidir.

Bəqərə surəsinin 270-ci ayəti kəriməsində məalən, “Kasıba verdiyiniz sədəqələri və etdiyiniz

adaqları Allahu təala bilər” və Hac surəsinin 29-cu ayətində məalən, “Adaqlarını yerinə

yetirsinlər” buyuruldu. İnsan surəsinin 7-ci ayətində “Onlar adadıqlarını yerinə yetirərlər”

buyurularaq yaxşılar tərifnənir. Bu ayəti-kərimələrdə Allahu təala etdiyinizi

bilirəm deyir. Adaq edənləri tərifləyir. Adağın kasıblara yardım olduğunu bildirir. Adaq

haqqında hədisi-şəriflər:

“Etdiyi adaqdan dönən, qayıdıb qusduğunu yeyən köpəyə bənzər.” [ Müslim]

“Allahu təala buyurur: “Mənim üçün bir-birini sevən, mənim üçün bir-birini ziyarət edən, mənim üçün bir-birinə kömək edən və mənim üçün adaqlarına sədaqət göstərənləri sevərəm.” [Tabərani]

“Dəvətə gedən Ramazan, qəza və adaq orucu deyilsə, [nafilədirsə] orucunu pozsun! [Tabərani]

“Adaq qurbanının əti yeyilməz.” [Buxari]
“Axır zamana yaxın elə bir cəmiyyət gələr ki, xəyanət edərlər, onlara inanmaq olmaz. İstənmədən şahidlik edərlər. Adaq edərlər, yerinə yetirməzlər.” [Buxari]

Bu hədisi-şəriflər adağın dində olduğunu göstərir. Adağın ikinci bir faydası yenə var. O da adaq səbəbiylə xəsislər mallarını xeyrə sərf edərlər. İki hədisi-şərif məalı belədir:

“Adaq Allahın təqdirini dəyişdirməz, lakin adaq bəzən talehə uyğun olub, bu da xəsisin əsirgədiyi malını verməsinə səbəb olar.” [Müslim]

“Allahu təala buyurur ki: Adaq təqdiri dəyişdirə bilməz, lakin daha əvvəl belə bir xeyir etməz ikən nəzirlə xəsisdən bir xeyir çıxmış olar.” [Buxari]

“Adaq təqdiri dəyişdirməz” demək, adaq lazımsız demək deyildir. Namaz, oruc təqdiri dəyişdirməz. İnsan təqdirdə olanı işləyər. “Filan kişi adaq deyəcək və o işi olacaq” deyə təqdir edilmişdirsə, o iş əlbəttə, olar.

Şərtə bağlı olaraq Övliyaya adaq etmək də, özünü günahı çox, dua etməyə üzünün olmadığını bilərək, mübarək bir şəxsi səbəb edib, Allahu təalaya yalvarmaq deməkdir. Məsələn, “Xəstəm yaxşı olarsa savabı Seyyidət Nəfisə həzrətlərinə olmaqla Allah üçün bir qoyun kəsmək nəzirim olsun” deyərkən, bu arzunun qəbul olduğu çox görülmüşdür. Burada Allah üçün qoyun kəsib savabı övliyaya bağışlanmaqda, onun şəfaətiylə Allahu təala xəstəyə şəfa verməkdə, qəzanı, bəlanı yox etməkdədir.

10-11-2018, 13:06
Geri