Gözəl İslam / Adaq ilə adaq qurbanı ayrıdır

Adaq ilə adaq qurbanı ayrıdır

Sual: Adaqla adaq qurbanı arasındakı fərqlər və diqqət ediləcək hallar nələrdir?
CAVAB
Maddələr halında bildirək:

1- Adaqla adaq qurbanı ayrıdır. “Xəstəm sağalarsa, Allah rizası üçün bir xoruz kəsib ətini kasıblara  paylayacağam” deyən, xoruzu kəsər və ətini bir kasıba verər. Kasıba verəcəm deməsə də adaq edilən şey kasıblara veriləcəyi üçün səhih olur. “Xoruz kəsmək nəzirim olsun” desə də adaq səhih olur. Qurbanlıq heyvanlar dəvə, mal və qoyundur. Bu heyvanlardan başqası qurban olaraq adaq etmək olmaz. Bunun için xoruzdan qurban adamak caiz deyildir.
2- Kasıb olsun, varlı olsun adaq edən, adaq edilərək kəsilən heyvanın ətindən yeyə bilməz və zəkat alması caiz olmayanlara yedirə bilməz. Ana-atasına, övladlarına, ər-arvad bir-birinə, kasıb  olsalar da yedirə bilməzlər. Yeyərsə və ya bunlara yedirərsə, yeyilən ətin qiymətini kasıblara sədəqə verər.
3- Adaq qurbanını bayramdan əvvəl kəsən, daha sonra qurban dediyi üçün Qurban bayramında kəsiləcəyini öyrənsə, Qurban bayramında təkrar kəsməsi lazım olduğu üçün indi kəsdiyi heyvanın ətindən, adaq olmadığı üçün yeyə bilər. Adaq heyvanının ətini bir kasıba verdikdən sonra kasıb bu ətdən varlılara və adaq sahibinə verə bilər, çünki mal özünündür. İstədiyinə verə bilər.
4- “Bu işim olsa, bir heyvan kəsəcəm” deyə adaq adayıb, sonra adadığı heyvanın cinsini xatırlamayan qoyun kəsər. Adaqda adətə baxılar. Adaqlıq heyvan deyilincə, ümumi olaraq  qoyun anlaşılır. Nə zaman  kəsəcəyini xatırlamayan kimsə də ehtiyat edərək Qurban bayramında kəsər.

5- Qurban yoxsa adaq dediyini unudan, Qurban bayramında kəsər. Xalq arasında vərdiş olan qurban deməkdir. Adaq demiş olsa belə, adağın Qurban bayramında kəsilməsinin zərəri olmaz.
6- Qoç adayanın, mütləq qoç kəsməsi şərt deyil. Qoyun, keçi, inək də kəsə bilər; amma inək adayan, bir qoç kəsə bilməz. Yeddi qoç kəsə bilər. İki üç nəfər bir qoçu adasa, səhih olmaz. Qurban da olsa, adaq da olsa bir qoçu ancaq bir nəfər kəsə bilər. Bir yaşını tamamlamış iki balaca quzu adayan, ikisinin dəyərində böyük bir qoç kəsə bilməz. İki heyvan kəsməsi lazımdır. Qoyun adayan bunun yerinə keçi kəsə bilər.
7- Qurban adayan, bayramın ilk üç günü içində kəsər. Bundan sonraya qalarsa, heyvan mövcud isə diri olaraq sədəqə verər. Adaq olan qurban qüsurlu olarsa, varlı da, kasıb da onu kəsər. Adaq ölərsə, başqasını almaq lazım olmaz.
8- Şükür niyyəti ilə, “Xəstəlikdən sağalan atam üçün bir qurban kəsim” demək adaq olur.
9- Varlı, “Xəstəm yaxşılaşarsa, bir qoç kəsəcəm” deyə bir adaq adayarsa, xəstəsi yaxşılaşsa, amma kasıblaşıb adağını kəsə bilməsə, maddi vəziyyəti düzələnə qədər adağını gecikdirməsi caiz olar.
10- Xoruzdan qurban olmayacağını bilmədən, “Xoruz qurban edəcəyəm” deyə adaq adayan kimsənin adağını yerinə yetirməsi lazımdır. Xoruz qurban olmazsa da, əti sədəqə olaraq və yaxud diri olaraq kasıba verilər.

 

14-03-2018, 16:56
Geri