Gözəl İslam / Adaq adamaq və şam yandırmaq

Adaq adamaq və şam yandırmaq

Sual: Türbələrdə heyvan kəsməyi adamaq və orada şam yandırmaq xurafatdır?
CAVAB
Bunlar yeni ortaya çıxan bir şey deyil. Fiqh kitablarımızda hamısı geniş olaraq açıqlanmışdır:
Bir adağı Allahü təala üçün adamaq və türbələrdəki kasıblara vermək lazımdır. “Ya Rəbb! Xəstəm sağalarsa filan Vəlinin türbəsi yanındakı kasıblara bu pulu sənin üçün adaq ettim. Sədəqə savabını da bu Vəlinin ruhuna bağışladım” demək lazımdır. (Rədd-ül-muhtar)

İmam Sübqi buyurur ki: “Rəsulullah ilə təvəssül etmək, yəni ondan şəfaət istəmək gözəl bir şeydir. Yalnız İbni Teymiyyə bunu inkar etti. Beləliklə doğru yoldan ayrıldı. Rəsulullah haqqı üçün deyərək və ya Rəsulullahın varisi olan Övliya hörmətinə Allahü təaladan bir şey istəməyin caiz olduğunu, Marufii Kərhi də bildirməkdədir. Hər hansı bir müctəhidin, caizdir, dediyi bir şeyi edənə mane olmamaq lazımdır. Bunun için qəbir ziyarəti edənlərə, Övliyanın məzarlarıyla təbərrük edənlərə, xəstəsinin yaxşılaşması üçün və ya itən şeyi tapmaq üçün bunlara nəzir edənlərə mane olmamaq lazımdır. Adaq adayarkən, Övliyaya adaq demək məcaz olub, türbəyə xidmət edənlərə adaq deməkdir. Keçmiş Övliyaya dil uzatmaq, öldükdən sonra da kəramət göstərdiklərinə inanmamaq, ölüncə vəliliklərinin bitdiyini zənn eləmək və onların qəbirləri ilə bərəkətlənənlərə mane olmaq haramdır. (Hadiqa)

Ölmüş bir Vəli üçün nəzir edər və adaq etdiyi malın ölünün olmasını niyyət edərsə, bu nəzir səhih olmaz. Ölünün olmasını niyyət etməzsə, nəzri səhih olar. Övliya üçün adaq edən heç kimsə, adaq olunan malın ölüyə veriləcəyini düşünməz. Ölünün bir şey almayacağını, bir şey istifadə etməyəcəyini, bu malların kasıblara və ya türbədə xidmət edənlərə veriləcəyini bilməyən insan yoxdur. (Tuhfə)

Heyvan kəsməyi Allahü təala üçün şərtsiz olaraq adamaq ıazımdır. Ətləri kasıblara dağıdıb, bunların savabını bir Vəliyə, böyük zata hədiyyə etmək caiz olar. Sonra, bu nəzirin və sədəqənin və bu Vəlinin hörmətinə muradın hasil olması üçün dua edilməlidir. Yaxud, “Filan işim olarsa, Allah üçün, məsələn, Eyyübdə bir qoyun kəsib, ətlərini Eyyüb Sultan həzrətlərinin qonşusu olan kasıblara dağıdıb, savabını Onun ruhuna hədiyyə edəcəm” deyə adamaq lazımdır. Belə şərtli adaq heyvanı, murad baş vermədən əvvəl kəsilə bilməz. Heyvanı məzarın yanında kəsməməlidir. Türbələrə parça, ip bağlamaq, məzarlara şam yandırmaq da dinimizdə yoxdur. Bunları Xristianlar edir. Məzarda şam yandırmaq olmaz. Türbəyə xidmət edən, orada ibadət edən kasıblara şam aparılarsa, sədəqə savabı olar. Bu savab ölüyə bağışlanır. Ölüyə şam lazım deyil. Möminin qəbri, Cənnət bağçasıdır, nur içindədir. Kafirinki isə, Cəhənnəm çuxurudur. Əzab doludur. Şam onu əzabdan qurtarmaz. (S. Əbədiyyə)
Şam adamaq

Sual: Türbələrdə və ya məscidlərdə istifadə olunmaq üçün şam adamaqda bir zərər var? Türbənin və ya məscidin işıqlanması üçün lampa  adamaqdan fərqi nədir? Bəzi adamların şam adamağı şirk kimi göstərmələrinin səbəbi nədir?

CAVAB
İşıqlandırmaq məqsədi ilə məscidə və ya türbəyə şam qoymaq və ya adamaqda heç sıxıntı yoxdur. Eyniylə lampa qoymaq və ya adamaq kimidir. Bəzi kimsələr türbə adını eşidincə, dəli olur, dərhal şirk damğasını vururlar. Türbəyə və ya məscidə şam bağışlamağı bidət olaraq görmək Vəhhabi təbliğatının təsiri altında qalmağı göstərir. Əvvəllər elektrik lampası yox idi, işıq olaraq şamdan istifadə olunurdu. İndi türbələrin və ya məscidlərin işıqlanması üçün lampa bağışlamağın bir zərəri yoxdur. Ölü üçün məzarda şam yandırmaq dində yoxdur. Türbəyə şam bağışlamaqla, məzarda şam yandırmağı bir-birinə qarışdırmamaq lazımdır.
Məzarlaraa şam yandırmaq dinimizdə yoxdur. Ölüyə, şam lazım deyil. Türbəyə xidmət edən kasıblara işıqlandırma üçün şam bağışlamaqla sədəqə savabı olar. (S. Əbədiyyə)

Göründüyü kimi işıqlanması üçün türbəyə şam qoymaqla, məzarlarda şam yandırmaq fərqlidir. Bu incəliyi bilmədən, türbədəki şamları görüb, “Bunlar bidət və şirkdir” demək çox səhvdir. Günümüzdə şam yerinə lampa və ya türbənin ehtiyacı olan başqa bir şey bağışlana bilər. İşıqlandırma niyyəti ilə şam da bağışlana bilər. Elektrik kəsiləndə onu yandırarlar.

19-04-2020, 19:06
Geri