Gözəl İslam / İçərisində Quran olan CD və kompyuter

İçərisində Quran olan CD və kompyuter

Sual: İçərisində, yazılı və ya səsli formatda, Qurani-kərim olan CD-yə, MP3 player adlanan cihazlara və ya hard diskində Qurani-kərim olan kompyuterin, keyslərinə də hörmət etmək, dəstəmazlı tutmaq və yüksəkdə saxlamaq lazımdırmı? Bunlara, başqa şeylər də yükləmək caiz olarmı? Bir də, bu CD-ləri istifadə etməsək zibilliyə atmaq caiz olarmı?

CAVAB

Kompyuter keyslərinin içərisində olan hard disklərdəki, yaddaşa yazılan CD və ya MP3 player adlanan daşınan yaddaş kartlarındakı qeyd sistemi, özəl şəkillərlə olur. Orada bütün informasiyalar, hərf və ya səs şəklində deyil, 0-1 şəklində kodlaşmalarla ifadə edilir. Yəni bunlar Qurani- kərim hərflərini ifadə etməsə də, yenə aşağıda saxlamamaq, hörmət etmək lazımdır.

Kompyuter və ya CD işə salındığı zaman isə, CD və ya daşınan yaddaşlar aktivləşdirildiyi zaman, yəni Qurani-kərim səsli və ya təsvirli olaraq, səsucaldıcıdan duyulduqda və ya monitorda göründükdə, səsucaldıcı və ya monitor yüksəkdə olmalıdır. Notebooklarda, səsucaldıcı kompyuterin özündə olduğu üçün, Qurani-kərim dinləyərkən və ya monitorda göründükdə, yuxarıda yerləşməlidir.

Qurani-kərim CD-ləri də, qutu və ya zərf kimi bir qabdadırsa, dəstəmazsız tutula bilər.

Kompyuterlərin hard disklərində və ya daşınan RAM-larda Qurani-kərim varkən başqa şeylər, xüsusilə, dinə zidd olan yazı, səs və görüntülər yüklənməməlidir.

İçərisində Qurani-kərim olan CD-lərə isə başqa bir şey yüklənməməli, istifadə etmədiyimiz CD-ləri də sıradan çıxartdıqdan sonra basdırmaq lazımdır.

Qurani-kərimə hörmət

Sual: Qurani-kərimi İslam yazısından başqa yazılar arasına qoymağın caiz olmadığını bilirik. Əcaba Qurani- kərimlə bir neçə dildə təfsir və məallərini, videolarını, səslərini və yazılarını kompyuterdə digər yazıların, rəsmlərin, videoların arasında eyni hard diskdə saxlamaq caizdirmi?

CAVAB

Caiz deyildir. Qurani-kərimə, müxtəlif dillərdəki təfsirinə və məallərinə hörmət göstərmək lazımdır. Belə məlumatlar CD-də, DVD-də, xarici hard diskdə və ya flash RAM-da saxlanmalı və ehtiyac halında buradan istifadə edilməlidir. S. Əbədiyyədə deyilir ki: Maqnitofon kassetinə və qramofon valına Qurani-kərim yazmaq, kağıza yazmaq kimidir. Maqnitofon və qramofon musiqi, mahnı, keyf, oyun və əyləncə üçün istifadə edilsə də, kağız da açıq rəsm, əyləncə və əxlaqsız jurnallar üçün istifadə olunur. Qurani-kərim kağıza yazıldıqda Müshaf olur. Müshaf, Qurani-kərimi oxumağa, öyrənməyə, əzbərləməyə səbəb və vasitə olduğu üçün dəyərlidir. Müshaf yazmaq və hədiyyə etmək buna görə çox savabdır. Kaset və disk də Qurani-kərimin bənzərini eşidərək öyrənilməsinə və əzbərlənməsinə vasitədir. Qurani-kərimi bu niyyətlə kasetə, diskə yazmaq caizdir. Bunlara da Müshafı-şərifə olduğu kimi hörmət etmək, bunlara başqa şeylər yazmamaq, yüksəyə qoymaq, üstünə bir şey qoymamaq, dəstəmazsız toxunmamaq, kafirlərə, fasiqlərə verməmək, başqa şeylər olan kaset və disklərin arasına qoymamaq, fisq, oyun, əyləncə yerlərində oxutmamaq lazımdır. Qurani-kərim dinləmək üçün istifadə olunan maqnitofon və qromofon heç bir zaman fisq məclislərinə aparılmamalı, bunlarda heç bir zaman haram olan çirkin şeylər oxudulmamalıdır. Çalğı çalmaqda istifadə olunan bir maqnitofonun və qromofonun Qurani-kərim dinləmək üçün də istifadə olunması, mahnı, muğam oxuyan fasiq bir hafizin oxuduğu Qurani-kərimi dinləməyə bənzəyir ki, caiz deyildir. Qısası, Qurani-kərim olan kasset və disklər Müshafı-şərif kimi dəyərlidirlər. Bunlara da hörmətsizlik etmək küfrə səbəb olur. Həmçinin, bunlardan Qurani-kərimi dinləmək, hafiz dinləmək kimi sayılmaz, tam bənzərini dinləmək olur. Qurani-kərimi dinləmək savabı hasil olmaz; çünki Qurani-kərimi tilavət etmək, yəni oxumaq, şüurlu bir kimsənin Qurani-kərim oxuduğunu bilən insanın oxuması demək olduğu Rədd-ül-muxtarda yazılıdır; lakin bənzərini də hörmətlə dinləmək fərzdir. Kiçik uşağın şüursuz olaraq oxuduğunu dinləməyin də lazım olduğu yenə Rədd-ül-muxtarda yazılıdır. Radioda İslamiyyətin qadağan etdiyi şeylər dinlənilməzsə, həmişə faydalı və savab şeylər dinlənilərsə, bunlar arasında oxunan Qurani-kərimi dinləmək, eləcə də evdə maqnitofonda müsəlmana layiq şeylərin, nəsihətlərin, dərslərin arasında oxunan Qurani-kərimi öyrənmək üçün dinləmək caiz olar; ancaq bunun Qurani-kərimin əslini dinləmək olmadığı Almalılı Hamdi əfəndi təfsirində yazılıdır. (c.3, s.2361)

Qurani-kərim və CD

Sual: Qurani-kərimin bəzi surələrini CD-yə yazmaq və dinləmək caizdirmi?

CAVAB

Savab olsun deyə dinləmək caiz olmaz; çünki alətdən çıxan səsi dinləmək Qurani-kərim dinlənmiş sayılmaz. Ancaq oxumağı və ya təcvidlə oxumağı öyrənmək üçün, yaxud bəzi ayələri əzbərləmək üçün Qurani-kərim surələrini CD-yə yazmaq və dinləmək caizdir. Səsucaldıcıdan çıxan səs əsl deyil, bənzəridirsə də, yenə də hörmət göstərməli, dinləyərkən başqa işlə məşğul olunmamalıdır.

Televiziya və radiodan Quran dinləmək

Sual: Televiziya və ya radioda oxunan Qurani-kərimi dinləyərkən, hörmət etmək üçün nə şəkildə hərəkət etməliyik, necə dinləməliyik?

CAVAB: Televiziya və ya radioda Qurani-kərim dinləyən kimsə heç olmazsa, televizoru, radionu yüksəyə qoymalı, bir iş görməməli, danışmamalı, qibləyə qarşı ədəblə oturmalıdır. Qurani-kərimi və mövludu dinlədikdən sonra və ya öncə, çalğı, mahnı və başqa haram şeyləri dinləmək, bunlara hörmətsizlik olur. Qurani-kərim oxunduqda ona hörmət göstərməyənlərə lənət edər. Oxuyanlar və söyləyənlər üçün günah olan hər şey oxudanlar və dinləyənlər üçün də günahdır. Televizorda və radioda hafizin Qurani-kərim oxumasına səbəb olan dinləyicilər, bir kəndirbazı seyr edənlər kimidir. Yəni kəndirbaz ipə çıxıb oynayarkən, ipdən düşüb ölərsə, bunu seyr edənlər də günaha girər. Çünki, onlar seyr etməsəydilər, kəndirbaz ipə çıxmayacaq, oynamayacaq və ölməyəcəkdi. Bəli, öldürülən kimsə əcəli gəldiyi üçün ölür. Ancaq, bunun ölümünə səbəb olan da cəzasını çəkər.

9-04-2019, 16:11
Geri