Gözəl İslam / Ayət-əl kürsinin fəziləti

Ayət-əl kürsinin fəziləti

Sual: Hər zaman oxunması tövsiyə edilən Ayət-əl kürsinin [Bəqara 255] fəziləti nədir?

CAVAB

Ayət-əl kürsinin fəziləti çoxdur. Bir neçə hədisi-şərif məalı belədir:

“Ayət-ül-kürsi ayətlərin seyididir. Bir yerdə oxunduqda şeytan orada qala bilməyib qaçar”. [Hakim]

“Ayət-əl-kürsi Qurani-kərimin dörtdə biridir” [Əbuş-şeyx]

“Evində Fatihə və Ayət-əl-kürsi oxuyana o gün cin və şeytan zərər verə bilməz. Nəzər dəyməz” [Deyləmi]

“Yatarkən Ayət-əl-kürsi oxuyana şeytan yaxınlaşa bilməz”. [Şəvahid-ün-nübüvvə]

“Hər fərz namazdan sonra Ayət-əl-kürsi oxuyanın Cənnətə girməsi üçün heç bir əngəl yoxdur”. [Nəsai, İbni Hibban, Beyhəqı, Tabərani]
“Evindən çıxarkən Ayət-əl-kürsi oxuyana yetmiş mələk evinə dönənə qədər dua və istiğfar edər” [Ey oğul Elmihalı] (Nəqliyyat vasitələrinə minərkən Ayət-əl-kürsi oxumaq qəza və bəlanı önləyər).

Ayət-əl-kürsini ixlasla oxuyan insan və heyvan haqları və fərz borclarından başqa bütün günahları əfv olar. Yəni tövbələri qəbul olar. (İslam Əxlaqı)

Həzrəti Əli, “Qəbir əzabından qurtulmaq üçün Ayət-əl-kürsini çox oxumaq lazımdır” buyurdu. (Zöhrə-tür-Riyaz)

Ey oğul Elmihalındakı hədisi-şəriflərdə deyilir:

“Namazdan sonra Ayət-əl-kürsini oxuyana hər hərfi üçün 40 savab verilər.”

“Bir şəxs namazdan sonra dərhal Ayət-əl-kürsini oxusa, o ayə Ərşi-alaya qədər gedər və orada durmadan hərəkət edərək, “Ya Rəbbim, məni oxuyan qulunu əfv et” deyər. Haqq təala məkandan və cəhətdən münəzzəh olaraq “Ey mələklərim, şahid olun, namazdan sonra Ayət-əl-kürsini oxuyan qulumun günahlarını əfv etdim” buyurur”.

16-04-2020, 14:34
Geri