Gözəl İslam / Kəlamı-ilahi

Kəlamı-ilahi

Sual: Rəsulullahın hər sözü Allah kəlamı kimi qəbul edilirmi? Onun varisi olan alimlərin və mürşidi-kamillərin ictihadlarını, dinə aid sözlərini, izahlarını Rəsulullahın sözləri kimi sağlam qəbul etmək, kəlamı-ilahinin bir izahı olaraq görmək caizdirmi?
CAVAB
Rəsulullahın (sallallahü aleyhi və səlləm) din haqqında hər sözü Qurana əsaslanır. İctihadında yanılsaydı, elə qalmaz, Allahü təala tərəfindən dərhal düzəldilərdi. (Beydavi - S. Əbədiyyə)


Bir ayəti kərimə məali:
“O, özündən danışmaz. Onun [dinlə bağlı] hər sözü vəhyə əsaslanır.” [Nəcm 3-4]

Üç hədisi-şərif:
“Cəbrayıl əleyhissalam Quranla birlikdə onun izahı olan sünnəti də gətirmişdir.” [Darimi]

“Mənə Quranın misli qədər daha hökmlər verildi.” [İ. Əhməd]

“Mən sizə ancaq Allahın əmr etdiyini əmr edir, nəhy (qadağan) etdiyini nəhy edirəm.” [Tabərani]

Haşa, Rəsulullaha, “Sən bizə Qurandan fərqli söyləyirsən, yalan söyləyirsən” demək olarmı? Allahü təala, heç əmin olmayan birini peyğəmbər olaraq göndərərdimi? O halda, Rəsulunun dinə aid hər sözünün vəhyə əsaslandığına etiraz etmək olmaz. Yəni hamısı vəhyə əsaslanır.

Hədisi-qüdsinin tərifi belədir: Hədisi-qüdsi, mənası Allahü təaladan, sözləri Rəsulullahdan olan hədislərdir. Söz eyni olmasa da, məna eynidir. Məsələn, Allahü təala Rəsuluna, “Quzu əti halaldır” deyə bildirmişsə, O da, “Dinə uyğun kəsilən quzu əti halaldır” deyə nəql etmişsə, məna etibarilə ikisi də eynidir. Sadəcə izah fərqi vardır. Rəsulunun bildirdiyi dini hökmlərin hamısı belədir. Ona görə də, istər hədisi-qüdsi olsun, istər digər hədislər olsun, hamısı vəhy məhsuludur. Allahın əmrilə Rəsulunun əmri arasında fərq görülməməlidir. Rəsul elçidir. Elçi, təmsil etdiyi şəxsin sözünü bildirir. Bu sözü bildirərkən fərqli kəlmələrlə açıqlaya bilər.

Rəsulullah Allahü təalanın qulu, elçisi, xəlifəsi və vəkilidir. Vəkil, ona verilən səlahiyyət baxımından əsil kimidir. Vəkilə etiraz, əsl şəxsə etirazdır, vəkili təsdiq əsli təsdiqdir. Əmrlərdə vəkil əsildən ayrı görülməməlidir. Çünki Allahü təala güvəndiyi şəxsləri peyğəmbər, vəkil edir. Vəkil də Allahın əmrini eynilə bildirir.

Hədisi-şəriflər kəlamı-ilahinin başqa kəlmələrlə açıqlanmış halıdır. Bu cəhətdən Rəsulullahın sözlərini kəlamı-ilahidən ayrı qəbul etmək səhvdir. Qurani-kərimi oxuduqda ”Sadaqallah-ül-azım” dediyimiz kimi, hədislərdən sonra da desək küfür olmaz. Çünki Allahın sözünün doğruluğunu təsdiq edirik.

Rəsulullah (sallallahü aleyhi və səlləm), necə ki, Allahü təaladan gələnləri ümmətinə çatdırmışdırsa, Rəsulullahın varisləri olan Əshabı-kiram və Əhli-sünnət alimləri də hədisləri açıqlamışdırlar. Buna görə Rəsulullah əfəndimiz, alimlərə tabe olmağı əmr edir. Əgər alimlər dinə zidd, fərqli bir şey bildirsəydilər, belə söyləməzdi. “Sadəcə Qurani-kərimə və mənə tabe olun!” deyərdi. Halbuki “Alimlərə tabe olun!” buyurmuşdur. (Deyləmi)

Necə ki, Rəsulullah Allahü təalanın elçisi, vəkilidirsə, Əhli-sünnət alimləri də, Rəsulullahın vəkilləri və varisləri olan güvənilən şəxslərdir. Beş hədisi-şərif:
“Alimlər Peyğəmbərlərin varisidir.” [Tirmizi]

“Alimlər yer üzünün işıqları, mənim və digər ənbiyanın varisləridir.” [Əbu Nuaym]

“Alim Allahü təalanın güvəndiyi şəxsdir.” [Deyləmi]

“Saleh alimlə nəbi arasında bir dərəcə fərq vardır. O da nəbilik dərəcəsidir.” [R. Nasıhin]

“Alimlər olmasaydı, insanlar həlak olardılar.” [İ. Mavərdi, R. Münirə]

Alimlər Qurani-kərimdə də təriflənir. Bir ayəti-kərimə məali:
“Verdiyimiz bu misalları ancaq alimlər anlaya bilər.” [Ənkəbut 43]

“Hədislər Allahın kəlamının açıqlamasıdırsa, niyə hədislərdə fərqli hökmlər var? Məzhəblər niyə fərqlidir?” deyənlər olur. Allahü təala insanların faydasına olması üçün, o dövrün insanlarına etiqadda eyni, əməldə isə fərqli dinlər göndərmişdir. Yəni Həzrəti Adəmdən bəri göndərdiyi dinlər etiqadda eyni, əməldə fərqli idi. Rəsulullah da insanların vəziyyətinə görə fərqli hökmlər bildirmişdir. Məsələn, birinə “Bədəndən qan çıxması dəstəmazı pozur” deyərkən, bir başqasına “Pozmaz” demişdir. Qiyamətə qədər gələcək hər coğrafiyadan, hər iqlimdən, hər yaşdan ümmətinə asanlıq olan belə hökmlər çoxdur. Bunu Allahü təala Peyğəmbərinə bildirmişdir ki, o da ümmətinə bildirir. Rəsulullah da fərqli ictihadların, fərqli məzhəblərin meydana gəlməsini istəmiş, “Alimlərin fərqli ictihadları, [məzhəblərə ayrılmaları] rəhmətdir” buyurmuşdur. (Beyhəqı)

Bir məzhəbin hökmünə tabe olan, Allahın və Rəsulunun əmrinə tabe olmuş sayılır. Əhli-sünnət alimlərinin Quran və hədisdən çıxardığı hökmləri, Allahın və Rəsulunun əmri olaraq qəbul etmək lazımdır.

11-04-2022, 14:29
Geri