Gözəl İslam / Seyidlərə hörmət

Seyidlərə hörmət

Sual: Rəsulullahın soyundan gələnlər, yəni seyidlər və şəriflər günah işləsələr də, onlara hörmət etmək lazımdırmı?
CAVAB
Əlbəttə, hörmət etmək lazımdır. Bir şəxsi sevən, onun sevdiklərini, uşaqlarını, nəvələrini də sevməlidir. Düşmənlərini isə sevməməlidir. Bir insanın uşağı, nəvəsi yaramazlıq etsə, ona hirslənər, hətta bəlkə döyər, amma bir başqası onu incitsə, kədərlənər, uşağına sahib çıxar, onu qoruyar. Bütün seyidlər və şəriflər də Peyğəmbər əfəndimizin nəvələridir. Günah işləsələr də onlara pis davranan, hörmətsizlik edən Rəsulullahı incitmiş olar.


Peyğəmbər əfəndimiz, Mənim övladımın yaxşılarını Allah rızası üçün kərim tutun! Onlara hörmət edin! Yaxşı olmayanlarına da mənim xətrim üçün hörmət edin!” buyurur.

Böyüklərdən birinin kiçik bir qızı oyuncaq gəlinciklərinə adlar qoyur. Birinə də Seyid adını verir. Atası, bunlar büt sayılır deyə, oyuncaq gəlincikləri atəşə atır. Qızı fəryad edir, “Ata, onu atəşə atma, o Seyiddir” deyir. Atası, oyuncaq gəlincik olduğu üçün heç fikir vermədən ocağa atır. Bu şəxs yuxuda Rəsulullah əfəndimizi qəzəbli halda görür. “Mənim Əhli-beytimə  niyə bu hörmətsizliyi etdin?” deyə tənbeh edir. Alim qorxuyla oyanıb tövbə və istiğfar edir. (Riyadün-Nasihin, Rəsaili İbni Abidin)

2-04-2022, 12:57
Geri