Gözəl İslam / Peyğəmbərlərin ən üstünü

Peyğəmbərlərin ən üstünü

Sual: Bir yazıçı Həzrəti İsanın belə bu ümmətdən olmaq istədiyini yazdıqda, başqa bir yazıçı, “Həzrəti Muhamməd həzrəti İsadan üstündür ki? Bəqərə surəsində“Peyğəmbərlər arasında ayrıseçkilik etmək olmaz” derkən həzrəti Muhamməd və ümməti nə üçün üstün olur?” deyə ona rəddiyyə yazdı. Hansı yazıçının görüşü doğrudur?
CAVAB
İkinci yazıçı öz müəllimini Peyğəmbər zənn edən süper bir sapqındır. Peyğəmbər əfəndimiz bütün Peyğəmbərlərdən üstün olduğu kimi, onun ümməti də digər ümmətlərdən üstündür. Bəqərə surəsinin, “Allahın Rəsulları arasında ayrıseçkilik etməyin” məalindəki 285-ci ayəti-kəriməsi təfsirlərdə, “Yəhudi və xristianlar kimi Peyğəmbərlərdən bəzisini qəbul edib, bəzisini inkar edərək ayrıseçkilik etmərik, hamısı da peyğəmbərdir” demək olduğu bildirilir, çünki Qurani-kərimdə məalən buyurulur ki:

“Rəsullardan kimisini kimisindən üstün qıldıq.” [Bəqərə 253]

“Nəbilərdən bəzisini bəzisindən üstün qıldıq.” [İsra 55]

Deməli, Rəsulların da, Nəbilərin də bir-birindən üstün olanları vardır. Peyğəmbərlərin bir-birindən üstün olduğunu qəbul etməmək, bu iki ayəti-kəriməni inkar etmək sayılır. Hər peyğəmbər öz millətinə gəldi, lakin Muhamməd əleyhissalam bütün aləmlərə gəldi. Bir neçə ayəti-kərimə məali:
Aləmlərə [Cin və insanlara, ilahi əzabla] qorxuducu [xəbərdarlıq edən] olsun deyə Furqanı [Quranı] quluna [Muhamməd əleyhissalama] endirə[Allahın şanı] necə ucadır.” [Furqan 1]

“De ki: “Ey insanlar! Mən, Allahın hamınız üçün göndərdiyi Rəsuluyam.”” [Əraf 158] (Hər elçi bir millətə gəlmişkən, Muhamməd əleyhissalam bütün insanlara gəlmişdir.)

“Biz səni bütün insanlara müjdələyici və xəbərdarlıq edən göndərdik.” [Səbə 28]

“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107] “Başqa hansı peyğəmbər aləmlərə rəhmət olaraq göndərildi? Bu rəhmət yalnız insanlar üçün deyil, bütün məxluqlar üçündür. Hətta kafirlər belə faydalanır. Belə ki, “Sən aralarında olduğun müddətdə, Allah onlara [kafirlərə] əzab etməz” buyurulur. (Ənfal 33) Başqa hansı peyğəmbər üçün belə buyuruldu?”

Bir hədisi-şərifdə də, “Məni insanların ən yaxşısı bilməyən kafir olar” buyuruldu. (Hatib)

Allahü təala bütün Peyğəmbərlərə “Ya Adəm, Ya Musa, Ya İsa” deyərək adları ilə xitab edərkən, Rəsulullaha “Ya əyyühənnəbiyyu, ya əyyühərrəsul”, yəni “Ey Peyğəmbərim, ey Rəsulum” deyə xitab edir. Bu xitab şəkli də Onun digər Peyğəmbərlərdən üstün olduğunu göstərir. Fatihə surəsində bildirdiyi kimi, Allahü təala Aləmlərin Rəbbidir. Rəsulullah da aləmlərdən üstün olduğu üçün, Rabbükə, Rabbikə, yəni Sənin Rəbbin buyurulur. (Bəqərə 30, Saffət 180)

Bir neçə ayəti-kərimə məali:
“Rəbbinin sənə verdiyi nemətlərlə məcnun deyilsən. Sənin üçün bitməyən, sonsuz mükafat vardır. Əlbəttə sən, ən böyük əxlaq üzərindəsən.” [Qələm 2-4] (Başqa hansı Peyğəmbər belə təriflənir?)

“Rəbbin sənə [çox nemət] verəcək, sən də razı olacaqsan!” [Duha 5] (O, razı olana qədər nemət verəcək. Başqa hansı Peyğəmbərə bu nemətlər verilir?)

“Allah və mələkləri Nəbiyə salət edir, ey iman edənlər, siz də salavat gətirin.” [Əhzab 56] (Başqa hansı Peyğəmbərə bu dərəcə verilir? Hansı peyğəmbərə Allahü təala salət edir?)

Fətih surəsinin, “Bütün dinlərdən üstün qılmaqla Rəsulunu hidayət və haqq dinlə göndərən Odur” məalindəki 28-ci ayəsi də Rəsulunun gətirdiyi dinin və onun özünün ən üstün olduğunu göstərir.

Bir hədisi-şərif məali də belədir:
“Öyünmək üçün söyləmirəm, mən Peyğəmbərlərin əfəndisi, sonuncusu və şəfaətedicilərin də ilkiyəm.” [Darimi]

Buxari və digər hədis kitablarındakı bir hədisi-şərifdə də bildirildiyi şəkildə insanlar şəfaət üçün Həzrəti Adəmdən etibarən bütün Peyğəmbərlərə gedəcəklər, hamısı bir üzr bəyan edəcək, sonunda Muhamməd əleyhissalama göndərəcəklər. İlk şəfaəti Peyğəmbər əfəndimiz edəcəkdir. Ən üstün olan peyğəmbərin ümməti də üstündür. Bir ayəti-kərimə məali:
“Siz ümmətlərin ən xeyirlisi, insanların seçilmişisiniz.” [Ali İmran 110]

İmam Rabbani həzrətləri də buyurur ki:
Muhamməd əleyhissalamın izində gedənlərin böyükləri, İsrayıl oğullarının Peyğəmbərlərinə bənzədildi. [Hədisi-şərifdə, “Ümmətimin alimləri İsrayıl oğullarının Peyğəmbərləri kimidir” buyuruldu.] Musa əleyhissalam Onun dövründə olsaydı, Onun yoluna girməkdən başqa bir şey etməzdi. İsa əleyhissalamın göydən enəcəyi və Allahü təalanın sevgilisinə ümmət olacağı hər kəsin bildiyi bir şeydir. Onun ümməti, Onun yolunda olduqları üçün, ümmətlərin ən yaxşıları oldular. (1/249)

Tövrat və İncildə Muhamməd əleyhissalamın vəsfləri, üstünlükləri bildirilmişdi. Bunları bilən həzrəti Musa ilə həzrəti İsa Onun ümmətindən olmaq üçün çox yalvardılar, dua etdilər. İsa əleyhissalamın bu duası da qəbul olundu. Allahü təala Onu diri olaraq səmaya yüksəltdi. Qiyamətə yaxın təkrar yer üzünə enəcək, Muhamməd əleyhissalamın dininə tabe olacaq və onu yayacaqdır. (H. L. O. İman)

2-04-2022, 12:51
Geri