Gözəl İslam / Namazda Rəsulullahı tərifləmək

Namazda Rəsulullahı tərifləmək

Sual: “Fatihə surəsində yalnız Allah təriflənir, Peyğəmbər təriflənmir. Namazda Peyğəmbəri tərifləmək, yəni Salli Barik salavatlarını oxumaq şirkdir” deyənlər var. Peyğəmbəri tərifləmək niyə şirk olur ki? O halda Rəsulullahın tərifləndiyi Əttəhıyyətünü oxumaq da şirkdir? Həmçinin, bir çox ayədə də Rəsulullah təriflənir. Bu ayələri zammı-surə olaraq oxumaq da şirkdir?
CAVAB
Hər kəs öz anladığına görə Qurani-kərimdən məna çıxarmağa çalışsa, ortaya insan sayı qədər din çıxar. Göründüyü kimi, insan öz ağlına görə hərəkət etsə, haşa, Qurani-kərimdəki ayəti-kərimələri oxumağa belə şirk deyə bilər. Qurani-kərimdə zammı-surə olaraq oxunmayan ayəti-kərimə yoxdur. Məsələn, bu ayələr zammı-surə olaraq oxunur:

“Rəsulum, Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Rəsulum, əlbəttə, sən ən böyük əxlaq üzərindəsən.” [Qələm 4]

“Sənin şanını, şöhrətini ucaltdıq.” [İnşirah 4]

Bu son ayənin təfsirində deyilir ki:
Azan, iqamə, təşəhhüd, xütbə kimi bir çox yerdə mənimlə bərabər adını yad etmək surətilə şanını ucaltdıq. (Cəlaleyn)

Bu elə bir ucaltmadır ki, öz adının yanında Həbibinin adını birlikdə anılmasını əmr etdi, Ona itaəti Özünə itaət olaraq göstərdi, mələklər Ona salət etdi, möminlərə də Ona salavat gətirməyi əmr etdi, Onu adıyla deyil, həmişə Rəsulum, Həbibim kimi gözəl sifətlərlə andı. (Beydavi)

İmam Beydavinin bildirdiyi kimi Qurani-kərimdə Rəsuluna salavat gətirilməsi əmr edilir:
“Allah və mələkləri Rəsula salavat gətirir, ey iman edənlər, siz də salavat gətirin.” [Əhzab 56]

Şafii məzhəbində namazda Rəsulullaha salavat gətirmək fərzdir. Buna görə salavat gətirilməzsə namaz pozulur. Hənəfi məzhəbində isə müəkkəd sünnətdir. Əttəhıyyətü oxumaq vacibdir. Əttəhıyyətüdə də Rəsulullah təriflənir, “Ey Nəbi! Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun!” deyilir.

Namazların necə qılınacağını, harda nəyin oxunacağını Rəsulullah əfəndimiz şəxsən göstərmişdir. Peyğəmbər əfəndimiz, “Sallu kəma raəytümüni usalli” buyurur. “Mən necə namaz qılıramsa, siz də elə qılın, yəni məndən gördüyünüz kimi namaz qılın!” deməkdir.

Rəsulullahın dinə aid hər sözü sənəddir, sübutdur. Bir ayəti-kərimə məali:
“O, özündən danışmaz. Onun [dinlə bağlı] hər sözü vəhy ilədir.” [Nəcm 3-4]

18-03-2022, 12:56
Geri