Gözəl İslam / Rəsulullahın üç vəzifəsi

Rəsulullahın üç vəzifəsi

Sual: Peyğəmbər əfəndimizin vəzifəsi sadəcə insanlara təbliğ etmək idi?
Cavab:
 Bu mövzuda İslam alimlərinin böyüklərindən seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki:

“Rəsulullah əfəndimizin üç cür vəzifəsi var idi:
Birincisi, iman edilməsi lazım olan bilikləri və fiqh hökmlərini bütün insanlara təbliğ etmək, bildirmək idi. Fiqh hökmləri, yerinə yetirilməsi lazım olan əmrlər və ya qadağan olunan işlərdir.

İkinci vəzifəsi, Allahü təalanın şəxsinə və sifətlərinə aid mərifətləri, yalnız ümmətinin yüksək olanlarının qəlblərinə axıtmaqdır.

Üçüncü vəzifəsi, fiqh hökmlərini nəsihət dinləməyənlərə, güc-qüvvə tətbiq edərək əməl etdirməkdir.

Rəsulullah əfəndimizdən sonra dörd xəlifədən hər biri, bu üç vəzifəni tam olaraq bacardı. Daha sonra bu üç vəzifəni artıq bir nəfər tək bacara bilmədi. İmanı və fiqh hökmlərini bildirmək vəzifəsi din imamlarına, yəni müctəhidlərə verildi. İkinci vəzifə, yəni istəyən Müsəlmanları Qurani-kərimin mənəvi əhkamına qovuşdurmaq, Əhli-beytin on iki imamına və təsəvvüf böyüklərinə verildi. Cüneyd Bağdadi və Sırri Səkati həzrətləri bunlardandır.

Əhli-sünnət alimləri, Rəsulullah əfəndimizin bu ikinci vəzifəsini on iki imamdan öyrənərək təsəvvüf elmini meydana gətirdilər. Aydındır ki, on iki imam Əhli-sünnətin imamlarıdır. Əhli-beyti sevən və on iki imamın yolunda olanlar Əhli-sünnətdir. İslam alimi ola bilmək üçün, Rəsulullah əfəndimizin bu iki vəzifəsində ona varis olmaq lazımdır.

Üçüncü vəzifə, yəni dinin hökmlərini güc-qüvvə tətbiq edərək əməl etdirmək işi, sultanlara, yəni dövlət adamlarına verildi.

Birinci sinfin qisimlərinə Məzhəb, ikincisinin qisimlərinə Təriqət, üçüncüsünə də Qanun deyildi. İmanı bildirən məzhəblərə Etiqadda məzhəb deyilir. Etiqad məzhəblərinin yetmiş üçə ayrılacağını, bunlardan yalnız birinin doğru, digərlərin səhv olacağını, Peyğəmbər əfəndimiz xəbər vermişdi. Elə də oldu. Doğru yolda olduğu müjdələnən firqəyə, Əhli-sünnət vəlcamaat məzhəbi deyilir. Yanlış olduqları bildirilən yetmiş iki firqəyə Bidət firqələri deyilir. Bunların heç biri kafir deyil. Lakin yetmiş iki firqədən birində olduğunu söyləyən bir şəxs Qurani-kərimdə və ya hədisi-şəriflərdə açıq bildirilmiş və Müsəlmanlar arasına yayılmış biliklərdən birinə inanmasa, kafir olur.”

15-03-2022, 14:50
Geri