Gözəl İslam / Saqqalı-şərifin dəyəri

Saqqalı-şərifin dəyəri

Sual: Peyğəmbər əfəndimizin saqqalı-şərifi, xirqəsi və ya başqa bir əşyası ilə bərəkətlənməyə bütpərəstlik deyənlər var. Onu mədh etməyə, Onu vəsilə edərək kömək istəməyə şirk deyənlər var.
Bu mövzunu açıqlaya bilərsinizmi?

CAVAB
Allahü təalanın aləmlərə rəhmət olaraq göndərdiyi, “Həbibim” buyurduğu O sevgili Peyğəmbəri tərifləmək, “Hər istədiyini verəcəm” müjdəsi ilə şərəflənmiş o ən yüksək Peyğəmbəri vəsilə etmək heç şirk olarmı? Saqqalı-şərifə hörmət heç bütpərəstlik ola bilərmi?

Rəsulullahı Allahü təala tərifləmişdir. Özü də özünü tərifləyərək, Allahü təalanın ona ehsan etdiyi nemətləri sadalamışdır. Bunları həqiqəti bildirmək üçün söylədiyini, yoxsa ki, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş olacağını dəfələrlə bildirmişdir.

Rəsulullah əfəndimizi tərəfləmək ibadətdir, Əshabı-kiramın hamısı tərifləmişdir. Bunlardan Hassan ibn Sabit və Kaab ibn Züheyrin uzun mədhiyyələri məşhurdur. Kaab, qəsidəsində çox tərifləmişdir. Rəsulullah əfəndimiz bunu bəyənərək, Kaabın səhvini əfv buyuraraq, mübarək xirqəsini ona hədiyyə etmişdi. Bu səadətli xirqə hal-hazırda Topqapı sarayındadır.

Uzun müddət Rəsulullah əfəndimizə xidmətlə şərəflənən Ənəs ibn Malik özü ilə yanında saqqalı-şərifin dəfn olunmasını vəsiyyət etmişdi. Allahü təalanın hüzuruna saqqalı-şəriflə birlikdə çıxmaq istəmişdi. (Buxari)

Peyğəmbər əfəndimizin, saqqalı-şərifinin mübarək tüklərini bərəkətlənmək üçün insanlara verdiyi Kütübi-sittədə yazılıdır. Qazı İyad deyir ki: Rəsulullah əfəndimizin fəzilətlərindən biri də budur ki, Xalid ibn Vəlid başında, sarığının arasında bir saqqalı-şərif gəzdirərdi. Bunu yanında apardığı hər döyüşdə zəfər qazanırdı. Xalid, mübarək bir tük səbəbilə muradına qovuşur, amma Rəsulullah əfəndimizin mübarək zatı-şərifini vəsilə edərək, Allahü təaladan istəyənlər qovuşa bilməzmi? (Şifa)

Çox qiymətli bir etiqad kitabı olan “Nur-ül-İslam”da eynilə belə buyurulur:
Peyğəmbər əfəndimizin əşyaları ilə bərəkətlənmək, Onun mübarək gözləri qarşısında görülmüş, sabit bir işdir. Rəsulullah əfəndimiz də bu işi bəyənib, qəbul buyurmuşdur. Onun vəfatından sonra da bu iş davam etmişdir. Çünki Allahü təala Onun əşyalarına, toxunduğu şeylərə və mübarək dərisinə toxunan şeylərə bir çox məziyyətlər vermişdir, hansı ki, bunlarla bərəkətlənmək və faydalanmaq olar.

Həzrəti Əbu Bəkrin qızı Həzrəti Əsma Peyğəmbər əfəndimiz həyatda ikən geyindiyi bir cübbəni çıxarıb, “Şəfaya qovuşmaq üçün, biz bunu yuyub xəstələrə veririk” dedi.

Əbdülqasım ibn Məmun həzrətlərdə Peyğəmbər əfəndimizə məxsus bir su qabı var idi. Bundan su verdiyi xəstələr şəfa tapardılar. Peyğəmbər əfəndimiz dəstəmaz aldığı zaman, Əshabı-kiram Onun dəstəmaz suyuna toxunmaq və düşən bir tükünü götürmək üçün yarışardılar və bununla bərəkətlənərdilər. O da bu hərəkətlərini qəbul buyurardı. Hətta, mübarək başını təraş etdiyi vaxt, bərəkətlənmək üçün mübarək saçını Əshabı arasında paylaşdırmasını Əbu Talha həzrətlərinə əmr edərdi. (Buxari)

Həzrəti Əbu Cuheyfə deyir ki:

“Rəsulullah əfəndimiz gündüzün istisində çıxıb dəstəmaz aldı. Oradakılar qalxıb, Onun əllərini tutub, üzlərinə sürdülər. Mən də, onun mübarək əllərini tutub üzümün üstünə qoydum. O istidə mübarək əlləri, qardan daha soyuq idi və müşkdən ətirli idi.” [Buxari]
“Əllərini tutub üzlərinə sürdülər” ifadəsi, fəzilətli və saleh kimsələrə toxunaraq bərəkətlənməyin iznli olduğunu göstərir.

Həzrəti Aişə validəmiz buyurur ki:

“Rəsulullah bir yarası olan adamı müalicə edərkən, işarə barmağını yerə qoyar və qaldırıb, “Bismillahi türbətü ərdina biriki ba-dina liyüşfa bihi səkimüna biizni Rabbina” deyərdi.” [Müslim]

İmam Nəvəvi buyurur ki:

“Hədisi-şərifin mənası belədir: İşarə barmağını mübarək ağız suyu ilə isladıb, sonra torpağın yapışması üçün yerə qoyar, sonra azarlı və yara olan yerə sürtər və bu əlini sürtərkən, Allahü təalanın ismi-şərifiylə bərəkətlənmək üçün bu duanı oxuyardı.”

Hədisi-şərif kitablarında Əshabı-kiramın Peyğəmbər əfəndimizin əşya və əsərləri ilə; təri, göz yaşı və ağız suyu ilə bərəkətləndiklərinə aid misallar çoxdur.

Rəsulullah əfəndimizin saqqalı-şərifinin bəzi telləri xəlifələr, müsəlman hökmdarlar tərəfindən qorunmuş və dövrümüzə qədər gəlmişdir. Bir qismi Osmanlı Sultanlarının xəzinələrindədir, Allahü təala onlara rəhmət etsin.

Bu mübarək tellərdən bir neçəsi Şimali İraqda, Süleymaniyyədə, Hələbçə qəzasının Bəyarə bölgəsindədir. Mənim gözlərimin qarşısında bunlar vəsilə edilərək qıtlığın bitməsi və yağış yağması üçün dua edilmişdi və dərhal bol-bol yağış yağmışdı.

Düşmənlərin hücumu əsnasında bunlar vəsilə edilərək dua edilmiş və müsəlmanlar düşmənin şərindən qorunmuşdular. Bu bəhs etdiklərimiz, buralarda yaşayan müsəlmanlara məlumdur. Bunlarda şübhə etməyin yeri yoxdur. Bunlarda şübhə edənlər Yusif surəsinin 93-96-cı ayəti- kərimələrinə baxsınlar: [Yusif əleyhissalam,] bu köynəyimi aparın atamın üzünə qoyun, [gözləri] açılacaq və bütün ailənizi mənim yanıma gətirin, dedi. Qafilə uzaqlaşdıqda, ataları: “Əgər mənə ağılsız deməsəydiniz, inanın ki, mən Yusifin ətrini alıram” dedi. Ətrafındakılar: “Allaha and içirik ki, sən hələ əvvəlki kimi çaşqınsan” dedilər. Müjdəci gəlib, köynəyi Yaqubun üzünə sürdükdə, dərhal gözləri açıldı. Bundan sonra Yaqub, “Mən sizə Allah qatından sizin bilmədiyinizi bilirəm deməmişdimmi?” dedi.) [Nur-ül-İslam s.122-125]

“Nur-ül-İslam”dan aldığımız bu yazıdan da aydın olduğu kimi, mübarək əşyalarla bərəkətlənmək çox gözəl bir işdir, bütpərəstliklə heç bir əlaqəsi yoxdur.

Bir misal daha verək:

Rəsulullah əfəndimiz əleyhissalam bazara çıxıb, bir paltar satın aldı. Gedərkən gördü ki, bir kor oturub, “Allah rizası üçün və Cənnət paltarlarına qovuşmaq üçün kim mənə bir köynək verər” deyirdi. Aldığı paltarı ona verdi. Kor, paltarı əlinə aldıqda, müşk kimi gözəl ətir hiss etdi. Bunun, Rəsulullah əfəndimizin mübarək əlindən gəldiyini anladı. Çünki, Rəsulullahın bir dəfə geyindiyi hər şey köhnəlib dağılsa da, parçaları da müşk kimi gözəl qoxardı. Kor dua edərək, “Ya Rəbb, bu köynəyin hörmətinə mənim gözlərimi aç” dedi. İki gözü dərhal açıldı. (Zad-ül Mukvin)

2-03-2022, 15:04
Geri