Gözəl İslam / Rəsulullah gələcəkdən xəbər vermişdir

Rəsulullah gələcəkdən xəbər vermişdir

Sual: Bəziləri möcüzəyə, kəramətə inanmırlar. Rəsulullah da qeybi bilməz deyirlər. Bu xüsusda ayə və hədis yoxdurmu ki, belə deyirlər?
CAVAB
Allahü təala bildirərsə, Rəsulullah da qeybi, gələcəkdə olacaqları bilə bilər.


Peyğəmbər əfəndimizin bildirilən qeybləri bildiyini xəbər verən üç ayə məalı da belədir:
Allah qeybi hər kəsə bildirməz, ancaq dilədiyi rəsul müstəsnadır. [Möcüzə olaraq ona bildirir.] Çünki hər peyğəmbərin qarşısında və arxasında gözətçilər [mələklər] qoyur.” [Cin 26, 27] (Bəydavi təfsiri)

“Allah, möminləri düşdüyü bu vəziyyətdə qoymaz, təmizi murdardan ayırar. Allah sizə qeybi də bildirməz. Amma Allah, Rəsullardan istədiyini seçib, ona qeybi bildirər. Artıq Allaha və rəsullarına inanın, əgər iman edib, müttəki olsanız, sizin üçün də çox böyük bir əcr vardır.” [Ali İmran 179]

“O, qeybin bilgilərini 
[vəhy ilə bildirilən gizli şeyləri sizdən] əsirgəməz.” [Təkvir 24]


Rəsulullah əfəndimizin möcüzə olaraq gələcəkdən xəbər verdiyi “Bir zaman gələcək” deyə başlayan hədisi-şəriflərdən bəziləri bunlardır:
“Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal-haram düşünməyəcəklər.” [Buxari]

“Rüşvət hədiyyə adı altında veriləcək, göz dağı üçün günahsız insanlar öldürüləcək.” [İ. Qazali]

“Amirlər, imamlar, namazı öldürəcək, vaxtından sonraya saxlayacaqlar.” [Müslim]

“Peyğəmbərəm deyən yalançılar çıxacaq, məndən sonra peyğəmbər gəlməyəcək.”
 [Mişkat] (Peyğəmbərəm deyən bir çox yalançı çıxmışdır.)


“Sünnətimi öldürərək dini korlamağa çalışan şəxslər çıxacaq.”
 [Deyləmi]


“Allahın kitabından başqa tabe olacağımız bir şey yoxdur, deyənlər çıxacaqdır.” [Əbu Davud]

“Kafirlər üçün gəlmiş ayələri, Müsəlmanları pisləmək üçün dəlil kimi istifadə edəcəklər.”
 [İbni Ömər] (Vəhhabilər, müşriklər haqqında nazil olan ayələri Müsəlmanlar üçün, rafizilər də münafiqlər haqqında nazil olan ayələri Əshabı-kiram üçün dəlil göstərdilər. Rəsulullahın möcüzəsi meydana çıxdı.]


“Sünnət, bidət kimi çirkin, bidət də sünnət kimi rəğbət görəcək. Sünnətə tabe olan qərib olacaq, tək qalacaq. Bidət işləyən isə, özünə çox köməkçi tapacaqdır.”
 [Şira]


“Quran, dünyalıq üçün oxunacaqdır.”
 [Əbu Davud]


“Məscidlərdə mindən çox insan namaz qılacaq, aralarında bir mömin olmayacaq.” [Deyləmi]

“Alimlər fitnə ünsürü olacaq, məscidlər və hafizlər çoxalacaq, amma həqiqi alim heç olmayacaq.” 
[Əbu Nuaym]


“Sonra gələnlər, özlərindən əvvəl gələn alimləri cahilliklə "Din adamları, incə məsələləri ələ alıb, xalqı çaşdıracaqlar.”
 [Tabərani]


“Din alimi qalmayacaq, din adamı yerinə keçirilən cahillər, bilmədən fətva verəcək, hər kəsi doğru yoldan çıxarmağa çalışacaqlar.”
 [Buxari]


“Din adamları xalqın istədiyi yöndə fətva verəcək, halala haram, harama halal deyəcəklər, dini ticarətə, mənfəətə alət edəcəklər.”
 [Deyləmi]


“Həccə, hökmdarlar 
[dövlət başçıları] səyahət üçün, zənginlər ticarət, yoxsullar dilənmək, din xadimləri isə göstəriş üçün gedəcəklər.” [Xatib]


“İnsan dinini və dünyasını ancaq pulla əlində tuta biləcək, qızılı, gümüşü 
[pulu-parası] olmayan rahatlıq görə bilməyəcək.” [Tabərani]


“İnsanın bütün qayğısı mədəsi olacaq, şərəfi mal, qibləsi qadın, dini pul olacaq.”
 [Süləmi]


“Hər əsr öncəkindən daha pis olacaq, beləcə Qiyamətə qədər  pozulacaq.” [Hadika]

“İstanbul fəth ediləcəkdir. Onların komandiri nə gözəl əmir, əsgərləri nə gözəl əsgərdir.” [Hakim, İ. Əhməd, İ. Süyuti]

“Ey dağ, silk
ələnmə, üstündə bir peyğəmbər, bir siddiq, iki də şəhid var.” [Buxari] (Həzrəti Ömər və Həzrəti Osmanın şəhid olacağını xəbər verdi.)


“Ya Osman xəlifə olacaqsan, xilafət köynəyini çıxarmaq istəyəcəklər, əsla çıxarma! O gün oruclu olacaq, mənim yanımda iftar edəcəksən.”
 [Hakim] (Eynilə vaqe olmuşdur.)


“Kişilər azalacaq, qadınlar çoxalacaq.”
 [Buxari]


“Anarxiya və ölüm çoxalacaq.” [İbni Macə]

Qiyamətin qopması haqqında hədisi-şəriflər:
“Kişi kişi ilə, qadın qadınla kifayətlənmədikcə, qiyamət qopmayacaq.” [Xatib]

“Homoseksuallıq mübah sayılmadıqca qiyamət qopmayacaq.” [Deyləmi]

“Zəlzələ, fitnə, qatillik artmadıqca, qiyamət qopmayacaq.”
 [Buxari]


“Qardaşlar fərqli dindən olmadıqca qiyamət qopmayacaq.” [Deyləmi]

“Pislər dünyaya hakim olmadıqca qiyamət qopmayacaq.”
 [Tirmizi]


“Müsəlmanlarla yəhudilər döyüşmədikcə qiyamət qopmayacaq.” [Müslim]

“Allaha inanan Müsəlman qaldığı müddətdə qiyamət qopmayacaq.” [Müslim]

Yuxarıda bildirilən kiçik əlamətlərin çoxu artıq çıxdı. Hələ çıxmamış olan kiçik əlamətlərdən bəziləri bunlardır:
“Kişi yol kənarında qadınla birlikdə olacaq.” [Hakim]

“Danışan heyvanlar olacaq.” [Tirmizi]

“Qiyamət əlamətidir ki, kişi evdə olmayanda, qadının etdiklərini ayaqqabısı xəbər verəcəkdir.” [İ. Əhməd]

Qiyamətin böyük əlamətləri də bunlardır:
“Mehdi gələcək.” [Əbu Nuaym]

‘Dəccal gələcək.” [İ.E. Şeybə]

“İsa göydən enəcək, duman çıxacaq, Kəbə yıxılacaq.” [Buxari]

“Dabbət-ül-ərz çıxacaq.” [Tirmizi]

“Yəcüc və Məcüc çıxacaq.” [İbni Cərir]

“Atəş çıxacaq, günəş qərbdən doğacaq.” [Müslim]

Günəşin qərbdən çıxmasını, batınilər, qərblilərin Müsəlman olması ilə təvil etdilərsə də, bu təvilləri batildir. Çünki hədisi-şərifdə buyurulur ki:
“Günəş qərbdən çıxmadıqca qiyamət qopmaz. Günəş qərbdən çıxdıqda, insanlar onu görəcək və hamısı da iman edəcəklər. Lakin bu imanları fayda verməyəcək.” [Buxari]

Peyğəmbər qeybi bilirmi?
Sual:
 Missionerlərə aldanan bir gənc deyir ki: Həzrəti Muhamməd qeybi bilməzdi. Bu ayələr onun qeybi bilmədiyini göstərir:

“De ki, mən sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Qeybi də bilmirəm. Sizə, mən bir mələyəm də demirəm. Mən, sadəcə mənə vəhy edilənə tabe oluram.” (Ənam 50)
“Qeybin açarları Allahın yanındadır, onları Ondan başqası bilməz.” (Ənam 59)
“De ki: qeybi ancaq Allah bilir.” (Yunus 20)
“De ki, göylərdə və yerdə, Allahdan başqa heç kim qeybi bilməz.” (Nəml 65)
“Allah qeybi heç  kimə bildirməz.” (Cin 26)
Bu ayələr açıq-aşkar göstərir ki, peyğəmbərin gələcək haqqında söylədikləri şeylər yanlışdır, gələcəkdən xəbər verən hədislərin hamısı uydurmadır, həqiqətlə heç əlaqəsi yoxdur.
CAVAB
Missionerlər, 19-çular, vəhhabilər, Hansçılar, hamısı eyni şeyi deyirlər. Cin surəsindəki 26-cı ayəni yazıb 27-ci ayəni gizlədirlər. Ayənin bütöv şəkli belədir:

“Allah qeybi hər kəsə bildirməz, ancaq istədiyi Rəsul müstəsnadır. [Möcüzə olaraq ona bildirir.] Çünki hər Peyğəmbərin qarşısına və arxasına gözətçilər [mələklər] qoyar.” [Cin 26, 27] (Bəydavi)

Peyğəmbər əfəndimizin bildirilən qeybləri bildiyini göstərən iki ayə məali də belədir:
“Allah, möminləri düşdüyü bu vəziyyətdə qoymaz, təmizi murdardan ayırar. Allah sizə qeybi də bildirməz. Amma Allah Rəsullardan istədiyini seçib, ona qeybi bildirər. Artıq Allaha və rəsullarına inanın, əgər iman edib, müttəki olsanız, sizin üçün də çox böyük bir əcr vardır.” [Ali İmran 179]

Rəsulullah əfəndimizin qeybdən verdiyi xəbərlər çoxdur. Bunlardan bir qismini yuxarıda bildirdik.

Qurani-kərimdə məalən buyurur ki:

“Rəsulumun verdiyini alın, qadağan etdiklərindən çəkinin!” [Həşr 7]

“O, [Rəsulum] vəhydən başqasını söyləməz.” [Nəcm 3,4]

“Rəsuluma tabe olun ki, doğru yolu tapasız!”
 [Əraf 158, Nur 54]


“Rəsula itaət edən, Allaha itaət etmiş olar.” [Nisə 80]

“Allaha və Rəsuluna qarşı gələn, açıq-aşkar bir azğınlıqdadır.”
 [Əhzab 36]


“Allah və Rəsuluna itaət edən Cənnətə, üsyan edən Cəhənnəmə gedəcək.” [Nisə 13,14]

“Kimisi ona [Rəsuluma] iman etdi, kimisi də ondan üz çevirdi. Onlara böyük atəşli Cəhənnəm bəs etdi. Ayələrimizi inkar edərək kafir olanları, əlbəttə, atəşə atacağıq.” [Nisə 55-56]


Rəsulullah, möcüzə olaraq qiyamət əlamətlərini, məsələn, Həzrəti İsanın, Həzrəti Mehdinin, Dəccalın gələcəklərini və hədisi-şərifləri inkar edən azğınların da çıxacağını bildirmişdir. İki hədisi-şərif məalı:
“Bir zaman gələcək məni yalanlayanlar çıxacaqdır. “Hədisi qoy, Qurana bax” deyəcəklər.”
 [Əbu Yala]


“Allahın kitabından başqa tabe olacağımız bir şey yoxdur, deyənlər çıxacaqdır.”
 [Əbu Davud]

 

22-02-2022, 15:58
Geri