Gözəl İslam / Rəsulullah əfəndimizi anmaq ibadətdir

Rəsulullah əfəndimizi anmaq ibadətdir

Sual: Mövlud nə deməkdir, mövlud oxumağa bəziləri bidət deyir, doğrudurmu?
CAVAB
Mövlud, doğum zamanı deməkdir. Mövlud gecəsi, Rəbiul-əvvəl ayının 11-ci və 12-ci günləri arasındakı gecədir. Peyğəmbər əfəndimizin doğum günü, bütün Müsəlmanların bayramıdır.


Rəsulullah əfəndimiz dünyaya gəldikdə, əmisi Əbu Ləhəbin cariyəsi Süveybə, Qardaşın Abdullahın oğlu oldu deyərək ona müjdə verəndə, sevinmişdi. ‘’Ona süd vermək şərtilə, səni azad etdim’’ demişdi. Buna görə, Əbu Ləhəbin, hər mövlud gecəsində, əzabı bir az yüngülləşir. Mövlud gecəsi sevinən, o gecəyə qiymət verən möminlərin çox savab qazanacağı buradan da anlaşılır. Hafiz Muhamməd ibni Cəzəri Şafii deyir ki: “Əbu Ləhəb yuxuda görülüb, nə halda olduğu soruşulduğunda, çox əzab çəkirəm. Ancaq, hər il, Rəbiul-əvvəl ayının 12-ci gecələri, əzabım yüngülləşir. Rəsulullah dünyaya gələndə, müjdə verən cariyəmi sevincimdən azad etmişdim. Bunun üçün, bu gecələrdə əzabım yüngülləşir” dedi. Əbu Ləhəb kimi azğın bir kafirin əzabı yüngülləşirsə, O uca Peyğəmbərin ümmətindən olan bir mömin, Onun doğulduğu gecə sevinsə, malını uyğun yerlərə paylasa, ziyafət versə, beləcə, Peyğəmbərinə olan sevgisini göstərərsə, Allahü təala onu Cənnətinə salar.” [M. Nəsihət]

Rəsulullah əfəndimiz, mövlud gecələrində əshabı-kirama ziyafət verər, dünyanı təşrifindəki və uşaqlıq çağındakı şeyləri danışardı. Həzrəti Əbu Bəkir də, xəlifə olanda, əshabı-kiramı toplayar, Rəsulullah əfəndimizin dünyanı təşrifindəki qeyri-adi hallardan bəhs edərdi. Bu gecə, Rəsulullahın doğuş zamanında görülən halları, möcüzələri oxumaq, dinləmək, öyrənmək çox savabdır. Həmin gün və ya ertəsi gün oruc tutmaqda zərər yoxdur. Tutulması yaxşıdır, savabdır.

İslam alimləri mövlud gecəsinə çox önəm vermişdilər. Həzrəti Mövlana, “Mövlud oxunan yerdən bəlalar gedər” buyurmuşdur.

Mövlud gecəsi, Qədr gecəsindən sonra ən qiymətli gecədir. Hətta, Mövlud gecəsinin Qədr gecəsindən də qiymətli olduğunu bildirən alimlər də vardır.


“Allahü təala bir kimsəyə söz və yazı sənəti ehsan edərsə, Rəsulullahı tərifləsin, düşmənlərini pisləsin” hədisi-şərifinə uyğun olaraq, əsrlərdir mövlud kitabları yazılmış və oxunmuşdur. Rəsulullah əfəndimizi tərifləyən çeşidli mövlud qəsidələri vardır. Məşhur olan və Türkiyədə hər zaman oxunan Mövlud qəsidəsini Süleyman Çələbi, 15-ci əsirdə yazmışdır. Bu qəsidənin əsri-səadətdən sonra yazılması, bidət olmasını gərəkdirmir. Çünki Rəsulullah əfəndimizi tərifləmək ibadətdir. Hər zaman Onu tərifləyən qəsidələr, yazılar yazmaq olar. Onları da oxumaq bidət deyil, savab olar. Mövludi-şərif oxumaq, Rəsulullah əfəndimizin dünyaya gəlişini, meracını və həyatını danışmaq, Onu xatırlamaq, Onu tərifləmək deməkdir. Hər mömin Rəsulullah əfəndimizi çox sevməlidir. Bu da imanın gərəyidir. Çox sevmək, kamil mömin olmağın da əlamətidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Məni ana-atasından, övladından və hər kəsdən daha çox sevməyən, mömin ola bilməz.” [Buxari]

“Peyğəmbərləri anmaq, xatırlamak ibadətdir.” [Deyləmi] (Bu ibadəti, şeir olaraq söyləmək daha təsirli olur. Rəsulullah əfəndimizin şairləri, məsciddə, Rəsulullahı tərifləyən və kafirləri qəhr edən şeirlər oxuyardılar.)


“Bir şeyi çox sevən, əlbəttə onu çox anar.” [Deyləmi] (Rəsulullahı sevən də Onu çox anar.)


Vəhhabilər, məzhəbsizlər, Rəsulullah əfəndimizi tərifləyən və ondan şəfaət istəyən Müsəlmanlara müşrik damğasını vururlar. Bunu açıq söyləyə bilmədikləri üçün, mövluda bidət deyirlər. Rəsulullahı tərifləmək bidət olmaz. Bu tərifdən ancaq Allahı sevməyən narahat olur, çünki Allahü təala Onu tərifləyir:
“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Sənin üçün bitməyən, sonsuz əcr vardır. Əlbəttə sən ən böyük əxlaq üzrəsən.” [Qələm 3-4]

“Allah və mələkləri, Rəsula salavat gətirir. Ey iman edənlər, siz də salavat gətirin!” [Əhzab 56]

Kişi qadın qarışıq olmadan, çalğı, müsiqili ilahi və başqa haram qarışdırmadan, Allah rızası üçün oxumaq, salavatı-şərifə gətirmək, şirniyyat yedirib-içirmək, xeyriyyə və həsənat etmək, beləcə, o gecənin şükrünü yerinə yetirmək müstəhəbdır. (Nemətül-kübra, Hadika, M. Nəsihət)

Rəsulullah əfəndimizi çox tərifləmək, məxluqların ən üstünü olduğunu söyləmək, Allahü təalanın, sevgili Peyğəmbərinə verdiyi üstünlükləri sadalamaq və Ondan şəfaət istəmək, böyük ibadətdir. Buna qarşı çıxmaq, qatı bir cahillik, çox çirkin bir inaddır. Rəsulullahı tərifləmək, anmaq lazım olduğuna dəlil olaraq, Əhzab surəsinin “Allah və mələkləri, Rəsula salavat gətirir, iman edənlər, siz də salavat gətirin” məalindəki 56-cı ayəti-kəriməsi kifayət etməzmi?

Vəhhabi düşüncəsinə baxın!
Vəhhabi kitabı olan Fəthul-məcid ön sözündə, “Süudun nəvəsi Abdülaziz tövhidi yenilədi. Ərəbistan yarımadasına sülh və təhlükəsizlik gətirdi. Oğlu Süud da, keçmişlərinin yoluna həyat verdi. Hüləfai-raşidinin yolunu açdı” deyir. Süud oğullarının qılınclarının kəskin olmasına dua edir. Yunanıstanda, Afinanın ən lüks otellərində, yüzlərlə qeyri-qanuni cariyə ilə, yunan qızları arasında, illərlə səfalət, içki və fuhş aləmləri sürərək 1384 [m. 1964] də zövq- səfa, eyş-işrət içində ölən Süudü və atalarını tərifləmək üçün “həyat verdi, yol açdı” kimi mədhiyyələr söyləməsi, ondan yardım diləməsi şirk, qəbahət olmur, amma əhli-sünnətin, Allahü təalanın sevgili Peyğəmbərini tərifləməsi, o uca Peyğəmbərin, məxluqların ən yüksək dərəcəsində olduğunu bildirməsi, “Hər istədiyini verəcəyəm” müjdəsi ilə şərəflənmiş o ən yüksək Peyğəmbərdən yardım və şəfaət istəməsi, qəbahət və şirk sayılırmış.


Utanmadan bu yazıları, din kitabı deyərək müsəlmanların qarşısına çıxarırlar. Gəncləri aldadmaq, məzhəbsiz etmək üçün, İslam alimlərinə, müsəlmanların göz bəbəklərinə, müşrik, azğın deməkdən həya etmirlər. Hədisi-şəriflərdə, Rəsulullahın yüksək dərəcəsindən bəhs etməsinə, görəsən nə deyəcək. Peyğəmbərlərin seyyidi, gəlmiş- gələcək, bütün insanların ən üstünü olduğunu bildirdiyi üçün, o şərəfli Peyğəmbərə də, (haşa) kirli qələmini bulaşdırmaq hədsizliyinimi edəcək?

Peyğəmbər əfəndimiz həm həbib həm xəlildir
“Bəziləri, Peyğəmbərimizə Həbib deyilməsi doğru deyildir. Həbib sevgili deməkdir.Heç Allahın sevgilisi olar!“ deyirlər.


Allahü təala, Muhamməd əleyhissalama "Həbibim" buyurur. Həbib, sevgili deməkdir. Sevgi isə müxtəlifdir. Meşəni, çiçəyi, suyu sevmək başqadır, yeməkləri, meyvələri sevmək başqadır. Ana-atanı, övladı sevmək başqa, xanımı sevmək başqa, Allahü təalanı sevmək daha başqadır. Bütün sevgiləri yalnız xanımı sevmək kimi qəbul etmək çox səhvdir.

İndi imam Qazali, imam Kastalani həzrətləri kimi İslam alimlərindən nəql edərək Allahü təalanın sevib-sevmədiyi şəxsləri bildirək!

Qurani-kərimdə məalən “Allah, onları [Əshabı-kiramı, salehləri] sevir, onlar da Allahı sevir” buyurulur. (Maidə 54)

Allahü təala bunları sevir:

“Səbir edənləri sevir.” [A.İmran 146]


“Təvəkkül edənləri sevir.” [A.İmran 159]

“Yaxşılıq edənləri sevir.” [Bəqərə 195]

“Ədalətli olanları sevir.” [Maidə 42]

“Tövbə edənləri sevir.” [Bəqərə 222]

Allahü təala bunları sevmir:

“Həddi aşanları sevmir.” [Bəqərə 190]


“Fəsadı sevmir.” [Bəqərə 205]

“Zalımları sevmir.” [A. İmran 57]

“Təkəbbürlüləri sevmir.” [Nəhl 23]

“Xainləri sevmir.” [Ənfal 58]

Allahü təala, Peyğəmbər əfəndimizə, “De ki, əgər, Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin, günahlarınızı əfv etsin!” buyurur. (A.İmran 31)

Peyğəmbər əfəndimiz də, “Allah və Rəsulu bir kimsəyə, hər kəsdən daha sevgili olmadıqca, iman etmiş olmaz” buyurur. (Buxari)

Səlman Farisi həzrətlərinin bildirdiyi hədisi-qüdsidə buyurulur ki:
“Ey Rəsulum, İbrahimi Özümə xəlil [dost]  etdimsə, səni də həbib [sevgili] etdim. Səndən daha sevgili heç bir şey yaratmadım. Sən olmasaydın kainatı yaratmazdım.” [Məvahibi-Lədünniyyə]

Yenə eyni kitabdakı hədisi-şərifdə, “Allah, İbrahimi Özünə xəlil etdiyi kimi, məni də xəlil eylədi” buyurulur. Bu halda Peyğəmbər əfəndimiz həm həbibdir, həm xəlildir.

Sevginin qüvvətli olmasına eşq deyilir. Mövludda da “Həbibim sənə aşiq olmuşam” ifadəsi keçir. Bəziləri, nəfsin şəhvani arzularına eşq dedikləri üçün Allahü təalanın, Həbibini çox sevməsini, yəni eşqlə sevməsini qəbul edə bilmirlər. ‘’Mövludun burası yanlışdır’’ deyirlər.

Allahü təala, ən çox Həbibini sevir.

Dində, böyük sevgiyə eşq deyilir. Mövludda keçən ifadə də yanlış deyildir. İlahi tənzihə zidd yeri yoxdur. “Allah Həbibini çox sevməz” demək yanlışdır.

Sual:
 Mövlud kitabında, “Həbibim, sənə aşiq olmuşam” ifadəsini, bəzi kimsələr doğru bilmirlər, hətta, xristianları sevən bəziləri, o qismi dəyişdirib oxuyurlar. Bunun dini cəhətdən bir zərəri vardırmı?

CAVAB
Sevginin qüvvətli olmasına eşq deyilir. Eşq deyildikdə mütləq şəhəvi eşq anlaşılmamalıdır. Kitab oxuma eşqi olur, pulu sevmə eşqi olur. Allah eşqi olur, müəllimini, ustadını sevmə eşqi olur, dinə xidmət etmə eşqi olur. Ana-ataya yardım etmə eşqi olur, olur da olur.


Mövludda bildirilən eşq haqqında ifadə, Allahü təalanın həbibini [sevgilisi olan Muhamməd əleyhissalamı] sevdiyini bildirir. Əlbəttə Allahü təala həbibini hər şeydən, hər kəsdən çox sevir. Allah üçün niyə sevir deyilməsin ki? Yəni Mövluddakı ifadə çox yerindədir.

Mövlud oxumaq ibadətdir
Sual:
 İmam Şaraninin və İbni Abidinin mövlud oxutmağa bidət dediyi doğrudurmu?

CAVAB
Xeyr, doğru deyildir. Bu, Sələfilərin uydurmasıdır. Bu iki şəxsiyyət, dinə zidd əməllərə və bidət qarışdırılanlara bidət demişdirlər. İbni Abidin həzrətləri buyurur ki:

Minarədə yağ yandırmağı nəzir demək batildir. Seyyid Abdülqadir, yağ nəzir deyirlər, minarənin şərq tərəfində yandırılır. Bundan daha çirkini də, minarələrdə mövlud oxutmağı nəzir edirlər. Halbuki bu mövluda çalğı qarışdırırlar, nəğmə və oyun kimi şeylər qarışdırırlar. (Rəddül- muxtar)

Demək ki, o dövrdəki mövludlarda da, bu günkü bəzi mövludlarda olduğu kimi təğənni və uyğunsuz şeylər var imiş. Ona görə bu iki böyük alimə isnad edilən yazılarda, mövlud pislənmir, mövlud cəmiyyətlərində işlənən haramlar pislənir. Bu gün də mövludlara bidət qarışdırılır. Qadın-kişi birlikdə oturub dinləyirlər. “Belə mövlud oxumaq uyğun deyil” demək, mövludun özünün pis olduğu anlamına gəlməz. Mövlud, Rəsulullah əfəndimizi tərifləməkdir. Rəsulullahı tərifləmək isə ibadətdir, amma Sələfilər bu tərifləməyə bidət dedeyirlər.

17-02-2022, 11:51
Geri