Gözəl İslam / Peyğəmbər əfəndimizin irqi

Peyğəmbər əfəndimizin irqi

Sual: Peyğəmbərimiz hansı irqdən idi?
CAVAB
Sevgili Peyğəmbərimiz Muhamməd əleyhissalam, ərəbdir. Ərəb, gözəl deməkdir. Məsələn, lisani-ərəb, gözəl dil deməkdir. Coğrafiyada ərəb, Ərəbistan yarımadasında doğulub-böyüyən və onların qanından olan insan deməkdir. Peyğəmbər əfəndimizin qohumlarını, ərəbləri sevib-saymaq ibadətdir. Onları hər Müsəlman sevir. Vaxtilə Anadoluya qonaq gələn əsmər Misir kəndliləri və zəncilər, onlara hörmət edilsin deyə özlərini, ərəb deyə təqdim etmişlər, Anadolunun təmiz, saf Müsəlmanları da ərəblərə olan hörmətlərindən ötrü, bunları sevmişdilər. Çünki, dinimizdə ağ-qara fərqi yoxdur.

Qaradərili bir Müsəlman ağdərili bir kafirdən çox üstündür, çox daha dəyərlidir. Qaradərili olmaq, imanın şərəfini azaltmaz. Rəsulullah əfəndimizin çox sevdiyi Həzrəti Üsamə və Bilal Həbəşi həzrətləri qaradərili idilər. Əbu Ləhəb və Əbu Cəhil kafirləri bəyaz idilər. Allahü təala insanın rənginə deyil, iman və təqvasına dəyər verir.

Qaradərililərin, əsmərlərin özlərini ərəb kimi təqdim etmələri, İslam düşmənlərinin işlərinə yaradı. Bu düşmənlər, qaradərili insanları, alçaq və iyrənc kimi qələmə verdilər, kölə kimi istifadə etdilər. Ərəbi qaradərili kimi tanıtmağa, beləcə Müsəlmanları Peyğəmbər əfəndimizdən soyutmağa çalışdılar. Qaradərili rəsmlərə, qara itlərə, fotoşəklin neqatif filminə ərəb adı deməyə başladılar. Ərəb saçı, Ərəb sabunu, qara Fatma böcəyi kimi uydurma adlarla ərəb millətini pislədilər. Aşağıda Peyğəmbər əfəndimizi tərifləyən hədisi-şəriflər ayrıca ərəb millətinin də üstünlüyünü göstərir.
“Allahü təala, məni insanların ən yaxşılarından əmələ gətirdi.” [Tirmizi]

“Hər əsrdə insanların ən yaxşılarından dünyaya gətirildim.” [Buxari]

“Allahü təala, İsmayıl əleyhissalamın soyundan Qüreyşi seçdi, Qüreyşdən də, Haşimoğullarını sevdi. Onlardan da, məni süzüb seçdi.” [Müslim]

“Ənsarı mömindən başqası sevməz, münafiqdən başqası da qəzəb etməz.” [Buxari]

Hal-hazırda dövrümüzdə həqiqi ərəb çox azalmışdır. Çoxu Asiyaya cihada getmiş, bir daha öz vətəninə geri dönməmişdilər. Ərəblər bu qədər tərifləndiyi halda, irqçilik edənlərin Cəhənnəmə gedəcəyi də bildirildi. Bir hədisi-şərifdə, “Ərəblər, irqçilik etdikləri üçün sorğusuz-sualsız Cəhənnəmə atılacaqlar” buyuruldu. (Əbu Yala)

Kafir olan bir ərəb, Müsəlman fransızdan üstün ola bilməz. Belə bir irqçilik dinimizə ziddir. Dinimizdə irqçilik yoxdur. Qurani-kərimdə məalən buyurulur ki:
“Ey insanlar, sizi, bir kişi ilə bir qadından yaratdıq. Bir-birinizlə tanış olmanız üçün millətlərə və qəbilələrə ayırdıq. Allah dərgahında ən üstününüz, təqvada ən irəlidə olanınızdır.” [Hücurat- 13]

Hədisi-şəriflərdə buyuruldu ki:
“Rəbbiniz bir olduğu kimi, atalarınız, dininiz və Peyğəmbəriniz də birdir. Ərəbin əcəmə, [yəni ərəb olmayana] əcəmin ərəbə üstünlüyü olmadığı kimi, qırmızıdərilinin qaradəriliyə, qaradərilinin qırmızıdəriliyə üstünlüyü yoxdur. Heç bir millətin digərinə üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.” [İbni Nəccar]

“Allahü təala, cahiliyyət öyünmələrini sizə qadağan etdi. Hamınız Adəm əleyhissalamın övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır.” [Tirmizi]

“İrqçilik edən, irqçilikdən ötrü döyüşən və irqçilik uğrunda ölən, bizdən deyildir.” [Əbu Davud]

Ərəb millətinin üstünlüyü
Sual
: Dinimizdə irqçilik yoxdur. Lakin bir millət digər millətlərdən üstün ola bilməzmi?

CAVAB
Əlbəttə ola bilər. Ümumiyyətlə, bəzi millətlər səxavətli, bəziləri simic olur, bəziləri igid, bəziləri qorxaq olur. Bəziləri çalışqan, bəziləri tənbəl, bəziləri döyüşkən, bəziləri həlim olur. Amma bir millətin hər nümayəndəsi həmişə belə ola bilməz. Bir atanın belə iki övladı olsa biri yaxşı, digəri pis ola bilir. Adəm əleyhissalamın oğlunun biri çox həlim bir mömin idi, digəri isə zalım bir kafir idi. Rəsulullah əfəndimizin əmisinın biri mömin, digəri qatı kafir idi. Buna baxmayaraq ərəb milləti ümumiyyətlə üstün vəsflərə haizdir. Bu soylu ərəb millətinin Ərəbistanda qalmadığı din kitablarında yazılıdır. Səadəti- Əbədiyyə kitabında deyilir ki:
“Bu gün, Ərəbistanda, Məkkəi-mükərrəmə və Mədinəi-münəvvərədə yaşayanlar, əsrlər boyu, Afrikadan, Asiyadan və digər yerlərdən gəlib məskunlaşan qeyri-ərəblərin soyundandırlar. Sultan ikinci Abdülhamid xanın generallarından Əyyub Səbri paşa, beş cildli türkcə “Miratül-Harəmeyn” adlı kitabında, Məkkə şəhərində, iki ərəb evinin qaldığını yazmışdır. Bu gün isə heç yoxdur.”

Ərəb, kəlmə olaraq gözəl deməkdir. Zəncilər və misirli kəndilər ərəb deyillər. Müsəlman olan ərəblər haqqında bir çox hədisi-şərif vardır. Bəzilərinin məalləri belədir:

“Allahü təala, insanların içərisindən seçdiklərini Ərəbistana yerləşdirdi. Bu seçilmişlərdən də, məni seçdi. O halda, Ərəbistanda mənə bağlı olan Müsəlmanları sevən, mənim üçün sevir. Onlara düşmənlik edən, mənə düşmənlik etmiş olur.” [Tabərani]

“Bu üç səbəbdən ərəbləri sevin: Mən ərəbəm. Quran ərəbcədir və Cənnət əhlinin dili də ərəb dilidir.” [Tabərani, Hakim, İbni Asakir, Abdürrazzaq]

“Yoxsulları sevin və onlarla oturub-durun. Müsəlman ərəbləri də qəlbdən sevin.” [Hakim]

“Ərəbləri və onların gələcəyini də sevin. Çünki onların gələcəyi İslamda nurdur. Sona çatmaları isə İslamda zülmətdir.” [Əbuşşeyx]

“Əbu Bəkri və Öməri sevmək sünnət, sevməmək isə küfürdür. Ənsarı sevmək imandandır, sevməmək küfürdür. Müsəlman ərəbi sevmək də imandandır, sevməmək isə küfürdür.” [İ.Nəccar]

“Ərəbi sevmək iman əlaməti, buğz etmək isə münafiqlik əlamətidir.” [Hakim, Bəyhəki, Darə Kutni]

“Qüreyşi sevin. Çünki Allahü təala, onları sevənləri sevər.” [Tabərani]

“Ərəblər, yer üzündə Allahü təalanın nurudur. Onların yox olması zülmətdir. Onlar yox olduqda, nur gedər, zülmət gələr.” [Hakim]

“Dörd qəbiləsi xaric, ərəblərin hamısı İbrahim oğlu İsmayılın övladıdır.” [İ.Əsakir]

“İnsanların yaxşısı ərəbdir. Ərəbin yaxşısı Qüreyş, Qüreyşin yaxşısı Bəni Haşimdir. Əcəminin yaxşısı fars, sudanlının yaxşısı nubəli, malın xeyirlisi mehirdir.” [Deyləmi]

“Əhli-beytimin, Ənsarın və ərəbin haqqını tanımayan, ya münafiq, və ya vələdi zina, yaxud haram qanına qarışandır.” [Bəyhəki, İ.Adiy, Əl Baverdi]

“Ərəblərin həlak olması qiyamət əlamətidir.” [Tirmizi, Tabərani]

“Mənə buğz edən dindən ayrılır. Müsəlman ərəbə buğz edən mənə buğz etmiş sayılır.” [Tirmizi, Tabərani, İ.Əhməd, Bəyhəki, Əbu Yala, Hakim]

Ərəb-Yəhudi qardaşlığı
Sual:
 Ərəblərlə yəhudilərin eyni irqdən əmələ gəldikləri doğrudurmu?

CAVAB
Bəli, doğrudur. İbrahim əleyhissalam, xanımı Sarə (Sara) validəmiz, 70 yaşına gəldiyi halda övlad sahibi olmadığına görə, Həcər adlı bir cariyə ilə evləndi. Ondan İsmayıl əleyhissalam doğuldu. Sarə validəmiz də, Allahü təalaya ona da bir övlad verməsi üçün dua etdi. Allahü təala, ona da bir övlad ehsan etdi. O da, İshaq əleyhissalam idi. İsmayıl əleyhissalam ərəblərin, İshaq əleyhissalam ibranilərin cəddi oldu. Yəni, ərəblərlə ibranilər [yəhudilər], eyni atadan, lakin ayrı analardan olma qardaşdırlar. İbrahim əleyhissalam isə, Muhamməd əleyhissalamın babalarındandır. Bütün irqlər isə, Adəm əleyhissalama çatmadan, Nuh əleyhissalamda birləşir.

Rəsulullah Əfəndimiz, nəsəb cəhətdən üstündür
Sual: Peyğəmbər Əfəndimiz, nəsəb, soy cəhətdən də, digər insanlardan üstün olaraq yaradılmışdı?
Cavab:
 Peyğəmbər Əfəndimizin və bütün Peyğəmbərlərin atalarının və analarının heç biri kafir, alçaq insanlar deyildilər. Bu haqda Buxaridəki bir hədisi-şərifdə, Peyğəmbər Əfəndimiz buyurdu ki:

“Hər əsrdə, hər dövrdə yaşayan insanların ən yaxşılarından, seçilmişlərindən dünyaya gətirildim.” Müslimdəki hədisi-şərifdə:
“Allahü təala, İsmayıl əleyhissalamın övladından, Kinanə adlı bir şəxsi və onun sülaləsindən, Qüreyş adlı şəxsi bəyəndi, seçdi. Qüreyş övladından da, Haşimoğullarını sevdi. Onlardan da, məni süzüb seçdi” buyuruldu.

İmam Tirmizinin bildirdiyi hədisi-şərifdə:
“Allahü təala, insanları yaratdı. Məni insanların ən yaxşı qismindən əmələ gətirdi. Sonra, bu qisimlərindən ən yaxşısını Ərəbistanda yetişdirdi. Məni onlardan vücuda gətirdi. Sonra evlərdən, ailələrdən ən yaxşılarını seçib, məni onlardan əmələ gətirdi. O halda, mənim ruhum və cəsədim, məxluqların ən yaxşısıdır. Mənim silsiləm, əcdadım ən yaxşı insanlardır” buyurulmuşdur.

Abdullah ibn Abbas həzrətlərinin bildirdiyi hədisi-şərifdə:
“Mənim babalarımın heç biri zina etmədi. Allahü təala, məni, yaxşı atalardan, təmiz analardan gətirdi. Babalarımdan birinin iki oğlu olsaydı, mən onların ən xeyirlisində, ən yaxşısında olacaqdım” buyuruldu.

Şəvahidün-Nübüvvədə buyurulur ki:
Muhamməd əleyhissalamın zərrəsini daşıdığı üçün, Adəm əleyhissalamın alnında nur parlayırdı. Bu zərrə, həzrəti Həvvaya və ondan da, Şit əleyhissalama keçdi.

Adəm əleyhissalam, vəfat edərkən, oğlu Şit əleyhissalama dedi ki:
“Ey övladım! Bu alnında parlayan nur, Son Peyğəmbər olan Muhamməd əleyhissalamın nurudur. Bu nuru, mömin, təmiz və əfif xanımlara təslim et və oğluna da belə vəsiyyət et!”

Muhamməd əleyhissalama çatana qədər, bütün atalar, oğullarına belə vəsiyyət etdi. Hamısı, bu vəsiyyəti yerinə yetirib, ən əsilli qızla evləndi. Nur, təmiz alınlardan, təmiz qadınlardan keçərək, sahibinə çatdı.

Qisası-ənbiyada deyir ki:
“Rəsulullah Əfəndimizin babalarından birinin iki oğlu olsa, yaxud bir qəbilə iki qola ayrılsa, Peyğəmbər əfəndimizin soyu, ən şərəfli və xeyirli olan tərəfdə olurdu. Hər əsrdə, onun babası olan şəxs, üzündəki nurdan seçilirdi. İsmayıl əleyhissalamın alnında da bu nur var idi. Bu nur ona atasından qalmış, ondan da övladlarına keçərək, Məadd və Nizara gəlmişdi. Nizar dünyaya gəldikdə, atası Məadd, oğlunun alnındakı nuru görüb sevinmiş, böyük ziyafət vermiş və “Belə oğul üçün bu qədər ziyafət az bir şeydir” deməklə, oğlunun adı Nizar qalmışdı. Bu nur, Muhamməd əleyhissalamın nuru idi. Bu nur, Adəm əleyhissalamdan bəri, övladdan övlada keçərək, əsl sahibi olan Rəsulullah Əfəndimizə gəlmişdir.”

Sual: Ərəblərlə yəhudilər, nəsəb, soy olaraq eyni kökdənmi gəlmişlər?
Cavab: İbrahim əleyhissalam iki dəfə evlənmişdir. İlk xanımı həzrəti Sarə və ya Saradır. Bu xanımı, 70 yaşına çatdığı halda övladı olmamışdı. Bu səbəbdən İbrahim əleyhissalam, həzrəti Həcər ilə evlənmişdi və ondan İsmayıl əleyhissalam doğulmuşdu. Həzrəti Sarə də, Allahü təalaya ona bir övlad verməsi üçün dua etdi. Allahü təala, ona da bir övlad ehsan etdi ki, o da İshaq əleyhissalam idi. İsmayıl əleyhissalam ərəblərin, İshaq əleyhissalam da ibranilərin, yəhudilərin cəddi, atası oldu. Yəni ərəblərlə ibranilər, soy cəhətdən eyni atadan, ancaq ayrı analardan əmələ gəlmişdirlər.

2-02-2022, 11:47
Geri