Gözəl İslam / Möcüzə və Kəramət haqdır

Möcüzə və Kəramət haqdır

Sual: Möcüzə və kəraməti inkar edən kafir olurmu?
CAVAB
Möcüzəni də, kəraməti də yaradan Allahdır. Bunu inkar edən kafir olur.

Möcüzə, peyğəmbər olduğunu söyləyən kimsənin, doğru söylədiyini bildirən şeydir.

Möcüzəni və hər şeyi Allahü təala yaradır. Allahü təaladan başqa yaradıcı yoxdur. Allahü təala, bu dünyanın və dünya işlərinin düzgün olması üçün hər şeyin yaradılmasını səbəblərə bağlamışdır. Bir şeyin yaradılmasını istəyən kimsə, o şeyin səbəbindən istifadə edir. Səbəblərin çoxu, düşünməklə, təcrübə ilə, hesablamaqla tapılan şeylərdir. Bir şeyin səbəbi olduqda, Allahü təala, o şeyi, diləyərsə yaradır. Möcüzə və kəramət belə deyildir. Allahü təala bunları səbəbsiz, xariqə olaraq yaradır. Səbəbə yapışmaq, Allahü təalanın adətinə tabe olmaqdır. Allahü təalanın səbəbsiz yaratması, adətin xaricinə çıxmaqdır, xariqədir.

Möcüzə, yalnız Peyğəmbərdə baş verir. Başqasında olmaz. Hər hansı bir şəxsi tərifləmək üçün «Möcüzə etdi» demək, «Möcüzə olaraq qurtuldu» demək, Onun Peyğəmbər olduğunu söyləmək sayılır. Bunda niyyətə baxılmır, sözə baxılır. Hər hansı bir şəxsə peyğəmbər demək küfürdür, söyləyənin imanı gedir. Allahü təaladan başqasına yaradıcı demək, “filankəs yaratdı'' demək də belədir. Müsəlmanlar, belə təhlükəli şeylər söyləməməlidirlər.

İnsanların bütün işləri, adəti-ilahiyyə içərisində meydana gəlir. Allahü təala, adətini pozaraq, səbəbsiz şeylər də yaradır. Bunlar Peyğəmbərlərdən meydana gəlirsə Möcüzə, övliyadan meydana gəlirsə Kəramət, digər möminlərdən meydana gəlirsə Fərasət, fasiqlərdən meydana gəlirsə İstidrac, kafirlərdən zühur edirsə Sehir adlanır.


Qurani-kərim və Xariqələr
Hər müsəlmanın Qurani-kərimə inanması şərtdir. Bir ayəsindən belə şübhə etməsi müsəlmanlıqdan çıxarır. Qurani-kərimdə bir çox möcüzə və kəramət bildirilmişdir. Məsələn:

Həzrəti Davudun əlində dəmir, xəmir kimi yumşalırdı. (Səbə 10)

Cinlər, quşlar və külək Həzrəti Süleymanın əmrində idi. Ərimiş mis sel kimi axdı. (Səbə 12, Nəml 17)

Dağlar və quşlar Həzrəti Davuda boyun əydi. (Ənbiya 79)

Həzrəti İbrahimi atəş yandırmadı. (Ənbiya 69)

Həzrəti İbrahimin kəsdiyi dörd quş dirildi. (Bəqərə 260)

Həzrəti Yunusu balıq udduğu halda, zərər gəlmədən qurtuldu. (Saffat 139-145)

Firon, Həzrəti Musaya, “Peyğəmbərlik sözündə doğrusansa, haydı bir möcüzə göstər” demişdi. Həzrəti Musa da, əsasını yerə atdıqda, əsa, dərhal bir əjdəhaya çevrildi. (Əraf 106)

Həzrəti Musanın əsası ilan olub, sehirbazların sehrini pozaraq, göstərdikləri şeyləri uddu (Taha 69[Kafirlərin sehir ilə xariqə şeylər göstərdikləri bu ayədən də anlaşılır.]

Həzrəti İsa hələ beşikdə olanda danışırdı. Əlindəki palçıqdan formaya üflədikdə, canlı quş olmuşdu. Korları sağaldırdı. Ölüləri dirildirdi. (Maidə 110, A. İmran 49)

Həzrəti Zəkəriyyə, Həzrəti Məryəmin yanında yayda qış, qışda isə yay meyvələri görürdü. (A.İmran 37)

Həzrəti Süleymanın vəziri Asəf, iki aylıq məsafədə olan Bəlkisin taxtını, göz açıb-qapayana qədər gətirdi. Həzrəti Süleyman, “Bu Rəbbimin bir lütfüdür” dedi. (Nəml 40) [Həzrəti Süleymanın vəziri peyğəmbər olmadığı halda, bu kəraməti göstərmişdir.]

Əshabı-kəhf, yeyib-içmədən, 309 il yuxuda qaldıqdan sonra oyanmışdılar. Qurani-kərimdə bu hadisə haqqında “ Bu, Allahın ayələrindən [qüdrətini göstərən dəlillərdən biri]dir” buyuruldu. (Kəhf 17)

Həzrəti Xızırın xariqəsi, səbətdəki bişmiş ölü balığın canlanması idi. (Kəhf 63) [Bəzi alimlərə görə, Həzrəti Xızır, nəbi deyil, vəlidir. Vəlinin isə, göstərdiyi xariqələr möcüzə deyil, kəramətdir.]

Ay iki yerə bölünəndə, kafirlər, Rəsulullah üçün “Bizə sehir etdi” dedilər. (Qəmər 1,2)

Rəsulullah, Məscidi-Aqsaya və bilinməyən yerlərə bir anda gedib gəldi. Merac hadisəsi. (İsra 1)

Möcüzələr də Allah tərəfindən meydana gəlir, lakin kafirlər inanmazlar. (Ənam 25, 109)

Peyğəmbərlərin, əlində meydana gələn möcüzələrin yaradıcısı da Allahü təaladır. “Həzrəti İsa, ölüləri dirildirdi” deməklə ona yaradıcılıq vəsfi vermiş olmuruq. Yenə də Allah yaradır. Belə ki, Allahü təala, Peyğəmbərlərinə verdiyi möcüzələri bildirdikdən sonra “Bunları yaradan Bizik” buyurur. (Ənbiya 79)

Cin surəsinin son ayələrinin təfsirində “Allahü təala bəzi qeybləri, gizli sirləri Peyğəmbərlərinə bildirir, onların qeybdən xəbər vermələri möcüzədir” buyurulur. (Mədarik)

Həzrəti Əli rəvayət edir:
Rəsulullah əfəndimizlə gəzərkən rastlaşdığımız hər ağac və hər daş, “Əssəlamü aleykə ya Rəsulallah” deyirdi. (Tirmizi)

Bir kəndli, tutduğu kərtənkələni Peyğəmbər əfəndimizə göstərərək, “Bu heyvan sənin peyğəmbərliyini təsdiq etmədikcə, inanmaram” dedi. Kərtənkələ də şəhadət etdi. (Bəyhəki)

Bir çox dəvə və maral dil açıb Peyğəmbərimizi təsdiq etmişdir. (Nəsai)

Bir çoban, bir qurdun danışdığını eşitdikdə çox heyrətlənmişdi. Qurd, çobana, “Ey çoban, Muhamməd əleyhissalam haqq peyğəmbərdir” dedi. Çoban, Rəsulullahın hüzuruna gəlib, qurdun söylədiklərini danışanda, “Qurd doğru söyləyib, heyvanların danışması qiyamət əlamətidir” buyurdu. (Tabərani)

Rəsulullahın gələcəkdən xəbər verən çox möcüzəsi vardır. Məsələn, xəlifə olacaq şəxsiyyətlərə, “Əmir olduğunda belə et” və “Məndən sonra, Əbu Bəkrə və Ömərə tabe olun” buyurmuşdur. (Tirmizi)

Abdülqəni Nablüsi 
həzrətləri buyurdu ki:

“Övliyalığı inkar etmək, dinin bir hökmünü inkar etmək kimi küfürdür. Övliya və Peyğəmbər, nə qədər yüksək olursa-olsun quldur. Xariqə, kəramət baş verməsində, qulların heç bir təsiri yoxdur. Hər şeyi yalnız Allahü təala yaradır. Ancaq Allahü təala, Peyğəmbərlərini və övliyasını başqa qullarından üstün tutmuş, başqalarına vermədiyi kəramət və möcüzə kimi xariqələri, nemətləri bu şəxsiyyətlərə ehsan etmişdir.) (Hadiqa)

Qeyd: 
Geniş məlumat üçün Vəhhabilik mövzusunda, “ Möcüzə və Kəramət haqdır ” qisminə baxın.

31-01-2022, 15:46
Geri