Gözəl İslam / İmtahan yuxuda olmur

İmtahan yuxuda olmur

Sual: Merac yuxuda baş verdi, deyirlər. Peyğəmbərimiz oyaq vaxtı olmadımı?
CAVAB
Yuxuda olanlar da olmuşdu. Ancaq məşhur İsra hadisəsi oyaq vaxtda baş vermişdir. Namaz da o gecə beş vaxt olaraq fərz olmuşdur.


İsra surəsinin ilk ayəti-kəriməsinin məali belədir:
“Quluna [Muhamməd əleyhissalama] bir gecə bəzi ayələrimizi [Allahü təalanın qüdrət və əzəmətinə dəlalət edən neçə-neçə xariqə hadisələri] göstərmək üçün onu Məscidi-Haramdan [Məkkədən], əhatəsini mübarək qıldığımız Məscidi- Aqsaya [Qüdsə] aparan Allah hər cür nöqsan sifətlərdən münəzzəhdir. Hər şeyi haqqıyla eşidən, haqqıyla görən Odur.” [İsra 1]

Ayəti-kərimədə keçən İsra kəlməsi, gecə yerimək anlamındadır. İsra kəlməsi, yuxu mənasında istifadə olunmur. Oyaq vəziyyətdə yerimək, gəzmək mənasında istifadə edilir. Həmçinin surədə məalən buyurulur ki:
“İsra gecəsi sənə o tamaşanı [o gecə göstərdiyimiz hadisələri] və Quranda lənətlənən [Cəhənnəmdəki Zəqqum adlanan] ağacı da yalnız insanlara bir fitnə [imtahan] etdik. [Meracı və zəqqum ağacını inkar etdilər.] Bizim xəbərdarlığımız ancaq onların hədlərini aşmasını artırır.” [İsra 60]

İmtahan yuxuda olmaz, oyaq vəziyyətdə olur. Peyğəmbər əfəndimizin danışdığı yuxu olsaydı, heç kim qeyri-adi qarşılamaz, kafirlər, birlikdə üsyan etməz, Müsəlman görünən münafiqlər, belə şey ola bilməz deməzdilər. Onları Müsəlman zənn edənlər, bunları mürtəd oldu zənn etdilər. Ona görə bəzi kitablarda, “Merac hadisəsi, bir çox insanın mürtəd olmasına səbəb oldu” deyə qeyd olunub. İnancları sarsıdan bir hadisə olmasaydı, Həzrəti Əbu Bəkir də, inkar fırtınası içərisində, Rəsulullahın meracını təsdiq etməzdi. Allahü təala, bu təsdiqindən ötrü Rəsulu Muhamməd əleyhissalam vasitəsilə ona Siddiq adını verdi. Burada siddiq, sözündə və imanında çox doğru olan deməkdir. Əbu Bəkri Siddiq, Rəsulullahın Meracını ilk təsdiq edənlərdən olduğu üçün yüksək dərəcələrə qovuşdu, Peyğəmbərlərdən sonra insanların ən üstünü oldu. Allaha və Rəsuluna iman edib, Onların sözünü təsdiq etmək möminlərin əlamətlərindəndir. Bir ayə məali:
“Möminlər, “Eşitdik, itaət etdik [Allah və Rəsulunün sözlərini bəyəndik, qəbul etdik]” deyirlər, qurtuluşa nail olanlar bunlardır.” [Nur 51]

İsra surəsinin 60-cı ayəti-kəriməsində bildirilən fitnə [imtahan] hələ də davam edir, ağlını ölçü alan mötəzilə beyinli adamlar, belə bir möcüzə ağıllarına batmadıqları üçün, Meracı heç cür qəbul edə bilmirlər. Bəli, hadisə çox böyükdür, bir möcüzədir, insanların bacarması imkansızdır, amma bunu Allahü təala yaradıb. Onun qüdrətindən heç şübhə etmək olarmı?

18-01-2022, 12:37
Geri