Gözəl İslam / Hər kəsə göndərilən Peyğəmbər

Hər kəsə göndərilən Peyğəmbər

Sual: Yeni bir peyğəmbər gələcəkmi? Bəziləri, “Nəbi gəlməyəcək, amma rəsul hər zaman gələ bilər, hal-hazırda da rəsullar, yəni elçilər vardır” deyirlər. Peyğəmbər əfəndimiz son nəbi və son rəsul deyildirmi?
CAVAB
Bəli, son nəbi və son rəsuldur. Hədisi-şəriflərdə buyuruldu ki:

“Nübuvvət və risalət sona çatdı. Məndən sonra nəbi də, rəsul da yoxdur.” [Tirmizi] (Nübuvvət və risalət peyğəmbərlik deməkdir. Bu hədis, açıq-aydın, nəbinin də, rəsulun da gəlməyəcəyini bildirir.)

“Nəbilər mənimlə sona çatdı.” 
[Müslim] (Bu iki hədisi-şərif də, rəsulun da, nəbinin də gəlməyəcəyini açıq-aydın bildirir. Nəcdilər, ilk peyğəmbər olan Adəm əleyhissalamı inkar edirlər.)


“Öyünmürəm, mən nəbilərin əfəndisi, sonuncusu və şəfaət edənlərin də ilkiyəm.”
 [Darimi]


Özünə peyğəmbər deyən yalançılar çıxacaq, məndən sonra peyğəmbər gəlməyəcək.” [Mişkatül-məsabih]


“Digər nəbilərə görə mənim vəziyyətim buna bənzəyir ki, gözəl bir ev tikilir, amma bir kərpici əksikdir. Ziyarətçilər, evi bəyənir. Ancaq "Kaş bu boşluğa da bir kərpic qoyulsaydı" deyirlər. Mən də həmin o kərpicəm, nəbilərin sonuncusuyam.” [Buxari, Müslim]


“Hər peyğəmbər yalnız öz qövmünə gəlmişdir, mən isə bütün insanlara göndərildim.”
 [Buxari, Müslim, Tirmizi, Nəsai] (Peyğəmbər əfəndimiz, aləmlərə rəhmət olaraq bütün dünyaya gəlmişdir. Hətta o, cinlərin də Peyğəmbəridir. İki ayət məali belədir:

“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Aləmlərə
 [Cin və insanlara ilahi əzabla] qorxuducu [xəbərdarlıq edən] olaraq Furqanı [Quranı] quluna [Muhamməd əleyhissalama] endirən [Allahın şanı] necə ucadır.” [Furqan 1]


Allahü təala, aləmlərə rəhmət olaraq göndərdim deyir, o, bütün insanların peyğəmbəridir deyir. Allahın bu rəhməti yetmir ki, yeni elçi axtarırlar? İslamın binası tamamlanmışdır. Bir ayət məali:

“Bu gün sizə dininizi ikmal etdim, üzərinizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim.” [Maidə 3] (Son Rəsul gəlib din tamamlandığına görə, artıq başqa din və başqa Rəsul axtarmaq doğru deyil.)

Nəbi, Rəsul gəlməyəcək, amma mən rəsulam deyən yalançılar çıxacaq. Bir neçə hədisi-şərif məali:
“Mübarizələri eyni olan iki böyük ordu, çarpışmadıqca və onlara mən rəsulam [peyğəmbərəm, elçiyəm] deyən yalançılar çıxmadıqca qiyamət qopmayacaq.” [Buxari, Müslim, Tirmizi, Əbu Davud, İ.Əhməd] (Bu hədisi-şəriflər, Rəsulullah əfəndimizin möcüzələrindəndir.)

Özünə rəsul deyən yalançılar çıxacaqdır. Məndən sonra rəsul yoxdur.” [Nəsai, İ.Əhməd, Tabərani]


“Dəccal gəlmədən otuza yaxın və ya daha artıq onlara rəsul 
[elçi] deyən yalançılar çıxacaq. Bunlar, sizdə olmayan adətləri, bidətləri çıxaracaq və dininizi dəyişdirəcəklər. Onlardan uzaq durun və onlara düşmən olun.” [Tabərani] (Məsələn, bunlar imanın şərtini əksildir və ya çoxaldırlar, taleyi-qisməti inkar edirlər, xeyrin və şərin Allahdan olduğunu qəbul etmirlər. 19-un qatı olmayan ayələr üçün uydurma deyirlər. Hədisləri inkar edirlər. İslam alimləri dini yanlış bildiriblər deyirlər.)


“Qiyamətdən əvvəl özünə rəsul deyən yalançılar çıxacaq. Onlardan çəkinin.”
 [Müslim, Tabərani]

17-01-2022, 16:20
Geri