Gözəl İslam / Peyğəmbər əfəndimizin möcüzələri

Peyğəmbər əfəndimizin möcüzələri

Sual: Peyğəmbər əfəndimizin möcüzələri müşahidə olunmuşdur?
CAVAB
Çox möcüzəsi görülmüşdür. Bəzilərini bildirək.
Aşağıdakı yazılar Miratı-Kainat kitabından alınmışdır.

Muhamməd əleyhissalamın haqq Peyğəmbər olduğunu bildirən şahidlər çoxdur. Ümmətinin Övliyasında hasil olan kəramətlər, hamısı Onun möcüzələridir, çünki kəramətlər, Ona tabe olanlarda, Onun izində gedənlərdə hasil olur.

Muhamməd əleyhissalamın möcüzələri, dövr baxımından üç yerə ayrılır:

Birincisi, mübarək ruhu yaradıldığından başlayaraq, Peyğəmbərliyinin bildirildiyi bisət zamanına qədər olanlardır.

İkincisi, bisətdən vəfatına qədər olan dövrdür.

Üçüncüsü, vəfatından qiyamətə qədər olmuş və olacaq şeylərdir.

Bunlardan birincilərə “İrxas”, yəni başlanğıclar deyilir. Hər biri də ayrıca görərək və ya görməyib ağılla anlaşılan möcüzələr olmaq üzrə iki yerə ayrılırlar. Bütün bu möcüzələr o qədər çoxdur ki, saymaq mümkün olmamışdır. İkinci qisimdəki möcüzələrin üç minə qədər olduğu bildirilmişdir. Bunlardan bəzilərini aşağıda bildirəcəyik.

1- Muhamməd əleyhissalamın möcüzələrinin ən böyüyü Qurani- kərimdir.

2- Ən böyük möcüzələrindən biri də, Merac möcüzəsidir.

3- Məşhur möcüzələrinin ən böyüklərindən biri də, Ayı ikiyə ayırmasıdır. Bu möcüzə, başqa heç bir Peyğəmbərə nəsib olmamışdır. Muhamməd əleyhissalam əlli iki yaşında, Məkkədə Qüreyş kafirlərinin ələbaşıları yanına gəlib, “Əgər həqiqətən Peyğəmbərsənsə Ayı iki yerə ayır” dedilər. Muhamməd əleyhissalam, hər kəsin və hələ tanışlarının, qohumlarının iman etmələrini çox istəyirdi. Mübarək əllərini qaldırıb dua etdi. Allahü təala, qəbul edib, Ayı ikiyə böldü. Yarısı bir dağın, digər yarısı başqa dağın üzərində göründü. Kafirlər, Muhamməd bizə sehir etdi dedilər. İman etmədilər.

Bu möcüzə ilə bağlı ayəti-kərimənin məali belədir:
Qiyamət yaxınlaşdı, Ay yarıldı. Onlar [Müşriklər] bir möcüzə gördükdə dərhal üz çevirirlər və ‘Keçmişdən bəri davam edərək gələn bir sehir [cadudur]’ deyirlər.” [Qəmər 1,2]

4- Muhamməd əleyhissalam, bəzi döyüşlərində, susuz qalındığı zaman, mübarək əlini bir qabdakı suya salmış, barmaqları arasından su axaraq, suyun töküldüyü qab davamlı daşmışdır. Bəzən səksən, bəzən üç yüz, bəzən min beş yüz, Təbük Döyüşündə isə yetmiş min insanın hamısı və heyvanları, bu sudan içmişlər və istifadə etmişdilər. Mübarək əlini sudan çıxardıqda axması durmuşdu.

5- Xeybər döyüşündə, önünə zəhərli qoyun kababı qoyduqlarında, “Ya Rəsulallah, məni yemə, mən zəhərliyəm’’ səsi eşidilmişdi.

6- Mədinədə, məscidi-nəbəvidə əkili bir xurma kötüyü var idi. Rəsulullah xütbə oxuyarkən, bu dirəyə söykənərdi. Buna Hannanə deyirdilər. Minbər tikildikdən sonra, Hannanənin yanına getmədi. Ondan ağlama səslərini bütün camaat eşitdi. Minbərdən enib, Hannanəyə sarıldı. Səsi kəsildi. “Əgər sarılmasaydım, mənim ayrılığımdan qiyamətə qədər ağlayacaqdı” buyurdu.

7- Mübarək əlinə aldığı çınqıl daşlarının və tutduğu yemək parçalarının arı səsi kimi, Allahü təalanı təsbeh etdikləri çox görülmüşdü.

8- Bir gün, bir kəndlini imana dəvət etdi. Müsəlman bir qonşumun vəfat etmiş qızını diriltsən, iman edərəm dedi. Məzarına getdilər. Adını söyləyərək qızı çağırdı. Qəbrin içindən səs eşidildi və çölə çıxdı. “Dünyaya geri gəlmək istəyərsənmi?” buyurdu. “Ya Rəsulallah! Dünyaya gəlmək istəmirəm. Burada atamın evindəkindən daha rahatam. Müsəlmanın axirəti, dünyasından daha yaxşıdır” dedi. Kəndli bunu gördükdə dərhal imana gəldi.

9- Tirmizi və Nəsainin “Sünən” kitablarında deyir ki, iki gözü kor bir adam gəlib, ya Rəsulallah, Allahü təalaya dua et, gözlərim açılsın dedi. “Qüsursuz bir dəstəmaz al! Sonra Ya Rəbb! Sənə yalvarıram. Sevgili Peyğəmbərin Muhamməd əleyhissalamı araya qoyaraq, səndən istəyirəm. Ey çox sevdiyim Peyğəmbərim Muhamməd əleyhissalam! Səni vəsilə edərək, Rəbbimə yalvarıram. Sənin xatırin üçün qəbul etməsini istəyirəm. Ya Rəbb! Bu uca Peyğəmbəri mənə şəfaətçi eylə! Onun hörmətinə duamı qəbul et!” duasını oxumasını buyurdu. Adam, dəstəmaz alıb dua etdi. Dərhal gözləri açıldı. Bu duanı Müsəlmanlar, hər zaman oxumuşlar və məqsədlərinə nail olmuşlar.

10- Mədinədə, minbərdə xütbə oxuyarkən, bir nəfər, ya Rəsulallah! Uşaqlarımız, heyvanlarımız, tarlalarımız susuzluqdan həlak olur. İmdadımıza yetiş dedi. Əllərini qaldırıb, dua eylədi. Göydə heç bulud yox ikən, mübarək əllərini üzünə sürmədən, buludlar toplandı. Dərhal yağış başladı. Bir neçə gün davam etdi. Bir dəfə də minbərdə oxuyarkən, o kimsə, ya Rəsulallah! Yağışdan həlak olacağıq dedikdə, Rəsul əleyhissalam, təbəssüm etdi və “Ya Rəbb! Rəhmətini başqa qullarına da ehsan eylə!” buyurdu. Buludlar açıldı, günəş göründü.

11- Cabir ibn Abdullah deyir ki, çox borcum var idi. Rəsulullaha xəbər verdim. Bağçama gəlib, xurma yığınının ətrafında üç dəfə dolaşdı. “Alacaqlılarını çağır, gəlsinlər!” buyurdu. Hər birinə haqları verildi. Yığından bir şey əksilmədi.

12- Bir qadın, hədiyyə olaraq bal göndərdi. Balı qəbul edib, boş qabı geri göndərdi. Qab bal ilə dolu olaraq geri gəldi. Qadın gələrək, “ya Rəsulallah! Hədiyyəmi nə üçün qəbul etmədiniz? Görəsən günahım nədir?” dedi. “Sənin hədiyyəni qəbul etdik. Gördüyün bal, Allahü təalanın hədiyyənə verdiyi bərəkətdir” buyurdu. Qadın uşaqları ilə aylarla yedilər, heç əksilmədi. Bir gün yanılaraq balı başqa bir qaba qoydular. Oradan yeyərək bitirdilər. Bunu, Rəsulullaha xəbər verdilər. “Göndərdiyim qabda qalsaydı, dünya durduqca yeyərdilər, heç  vaxt əksilməzdi” buyurdu.

13- Rəsulullahın qaybdan xəbər verdiyi çox görüldü. Bu möcüzəsi üç qisimdir:

Birinci qismi, öz dövründən əvvəlki vaxtda və ondan soruşulan şeylərdir, hansı ki, bunlara verdiyi cavablar, çox kafirin, qatı qəlbli düşmənlərinin imana gəlmələrinə səbəb olmuşdur.

İkinci qismi, öz dövründə olmuş və olacaq şeyləri xəbər verməsidir.

Üçüncü qismi, özündən sonra qiyamətə qədər dünyada və axirətdə olacaq şeyləri bildirməsidir.

Burada ikinci və üçüncü qisimlərdən bir neçəsi aşağıda bildiriləcəkdir.

İslama dəvətin başlanğıcında, müşriklərin əziyyətlərindən, sıxıntılarından ötrü, Əshabı-kiramın bir qismi Həbəşistana hicrət etmişdilər. Rəsulullah, Məkkədə qalan Əshabı-kiramla birlikdə, üç il hər cür görüş, alış-veriş, Müsəlmanlardan başqa heç kimlə danışmamaq kimi, bütün ictimai münasibətlərdən uzaqlaşdırıldılar. Qüreyş müşrikləri, bu qərar və ittifaqlarını bildirən bir müqavilə yazaraq, Kəbəyi-müəzzəməyə asmışdılar. Hər şeyə qadir olan Allahü təala “Arza” adlanan bir növ qurdu [ağac qurdu] o sənədə müsəllət etdi. “Bismikəllahümmə” [Allahü təalanın ismi ilə] yazısından başqa, nə yazılmışdısa, hamısını o qurdcuq yedi, bitirdi. Allahü təala bu halı Cibrili-əmin vasitəsilə Peyğəmbər əfəndimizə bildirdi. Peyğəmbər əfəndimiz də bu vəziyyəti əmisi Əbu Talıba danışdı. Ertəsi gün, Əbu Talıb müşriklərin baş bilənlərinə gedib, Muhammədin Rəbbi Ona belə bir xəbər verdi. Əgər söylədiyi doğrudursa, bu vəziyyəti aradan qaldırıb, əvvəlki kimi çıxmalarına, başqaları ilə görüşmələrinə mane olmayacaqsınız. Əgər söylədiyi doğru deyilsə, mən də Onu artıq himayə etməyəcəyəm, dedi. Qüreyşin baş bilənləri, bu təklifi qəbul etdilər. Hər kəs yığışıb Kəbəyə getdilər. Müqaviləni Kəbədən endirərək açdılar və Rəsulullahın buyurduğu kimi, “Bismikəllahümmə’’ ifadəsindən başqa, bütün yazıların yeyilmiş olduğunu gördülər.

Əcəm padşahı Xosrovdan Mədinəyə elçilər gəldi. Bir gün, bunları çağırıb, “Bu gecə, Kisranızı öz oğlu öldürdü” buyurdu. Bir müddət sonra, oğlunun atasını öldürdüyü xəbəri gəldi. [İran şahlarına Kisra deyilir.]

14- Bir gün, zövcəsi Hafsa validəmizə, “Əbu Bəkir ilə sənin atan, ümmətimin idarəsini əllərinə alacaqlar” buyurdu. Bu sözlə Həzrəti Əbu Bəkrin və Hafsa validəmizin atası Həzrəti Ömərin xəlifə olacaqlarını müjdələdi.

15- Əbu Hüreyrəni “radıyallahü təala anh” Mədinədə, zəkat olaraq gəlmiş xurmaların mühafizəsinə məmur təyin etmişdi. Bir dəfə bir nəfəri xurma oğurlayarkən tutdu. Səni Rəsulullaha aparacağam dedi. Oğru, yoxsulam, oğul-uşağım çoxdur deyərək yalvardıqda, buraxdı. Ertəsi gün, Rəsulullah Əbu Hüreyrəni çağırıb, “Dünən gecə buraxdığın adam nə etmişdi?” buyurdu. Əbu Hüreyrə əhvalatı danışdıqdan sonra, “O, səni aldatdı, yenə gələcək” buyurdu. Ertəsi gecə yenə gəldi və yaxalandı. Təkrar yalvarıb, Allah xatirinə burax dedi və qurtuldu. Üçüncü gecə, təkrar gəlib yaxalananda, yalvarmaları fayda vermədi. Məni buraxsan, sənə bir neçə şey öyrədərəm, çox faydası olar, dedi. Əbu Hüreyrə qəbul etdi. Gecə yatarkən, “Ayətəl- kürsi”ni oxusan Allahü təala səni qoruyar, yanına şeytan yaxınlaşa bilməz, dedi və getdi. Ertəsi gün, Rəsulullah əfəndimiz, təkrar Əbu Hüreyrədən soruşub cavabı aldıqda, “İndi doğru söylədi. Halbuki özü çox yalançıdır. Üç gecədir kiminlə danışdığını bilirsənmi?” buyurdu. Xeyr, bilmirəm dedikdə, “O,  şeytan idi” buyurdu.

16- Rum İmparatorunun orduları ilə hərb etmək üçün “Mutə” adlanan yerə əsgər göndərdiyində, səhabədən üç əmirin dalbadal şəhid olduqlarını, özü isə Mədinədə minbər üzərində ikən, Allahü təalanın göstərməsi ilə görərək yanındakılara xəbər vermişdi.

17- Muaz ibn Cəbəli vali olaraq Yəmənə göndərərkən, Mədinənin xaricinə qədər yola salıb ona çoxlu nəsihət verdi. “Səninlə dünyada artıq görüşmərik” buyurdu. Həzrəti Muaz Yəməndə ikən Rəsulullah əfəndimiz Mədinədə vəfat etdi.

18- Vəfat edərkən, mübarək qızı Fatiməyə, “Doğmalarımın arasından mənə ən birinci sən qovuşacaqsan” buyurdu. Altı ay sonra Həzrəti Fatimə vəfat etdi. Qohumlarından ondan əvvəl heç kim vəfat etmədi.

19- Qays ibn Şəmmasa, “Gözəl yaşayacaqsan və şəhid olaraq öləcəksən” buyurdu. Həzrəti Əbu Bəkir xəlifə ikən Yəmamədə Müsəyləmətül-Kəzzab ilə olan müharibədə şəhid oldu.
Həzrəti Ömərin, Həzrəti Osmanın və Həzrəti Əlinin şəhid olacaqlarını da xəbər verdi.

20- Əcəm padşahı Kisranın və Rum padşahı Kaysərin məmləkətlərinin Müsəlmanların əlinə keçəcəyini və xəzinələrinin Allah yolunda paylanacağını müjdələmişdi.

21- Ümmətindən çox insanın dənizdən döyüşə gedəcəklərini və səhabədən olan Ümmi Hiramın o döyüşdə iştirak edəcəyini xəbər vermişdi. Həzrəti Osman xəlifə ikən Müsəlmanlar, gəmilərlə Kipr adasına gedib hərb etdilər. Bu xanım da onlarla birlikdə idi. Orada şəhid oldu.

22- Mübarək qızı Fatimənin oğlu Həsən “radıyallahü təala anhüma” üçün, “Bu oğlum çox xeyirlidir. Allahü təala, Müsəlmanlardan iki böyük ordunun sülh bağlamasına onu səbəb edecəkdir” buyurdu. Böyük bir ordu ilə Müaviyəyə “radıyallahü anh” qarşı müharibə edəcəyi vaxt, fitnənin qarşısını almaq, Müsəlmanların qanının tökülməməsi üçün haqqı olan xəlifəliyi Müaviyəyə “radıyallahü anh” təslim etdi.

23- Abdullah ibni Abbasın anasına baxıb, “Sənin bir oğlun olacaq. Doğulduğu zaman mənim yanıma gətir!” buyurdu. Uşağı gətirdiklərində, qulağına azan və iqamə oxuyub, mübarək ağzının suyundan ağzına sürdü. Adını Abdullah qoyub anasının qucağına verdi. “Xəlifələrin atasını al, apar!” buyurdu. Həzrəti Abbas, bunu eşidib, gəlib soruşduqda, “Bəli, belə söylədim. Bu uşaq xəlifələrin atasıdır. Onlar arasında səffah, Mehdi və İsa əleyhissalamla namaz qılan bir nəfər olacaq” buyurdu. Abbasiyyə dövlətinin başına çox xəlifələr gəldi. Onların hamısı, Abdullah ibn Abbasın soyundan idilər.

24- Əshabından çox insana xeyir dualar etmiş, hamısı qəbul olunaraq faydalarını görmüşdülər. Həzrəti Əli buyurur ki:
Rəsulullah məni Yəmənə qazi [Hakim] göndərmək istədi. Ya Rəsulallah! Mən qazilik edə bilmirəm, dedim. Mübarək əlini sinəmə qoyub, “Ya Rəbb! Onun qəlbinə doğru şeyləri bildir. Həmişə doğru söyləmək nəsib eylə!” buyurdu. Bundan sonra yanıma gələn şikayətçilərdən doğru olanı dərhal anlayırdım, haqq üzrə hökm edirdim.

25- Nabiqa adlı məşhur şair, şeirlərindən bir neçəsini oxuduqda, ərəblər arasında məşhur olan “Allahü təala dişlərini tökməsin” duasını buyurdu. Nabiqa yüz yaşına çatmışdı. Dişləri ağ və bərraq, inci kimi düzülmüş dururdu.

26- Əmisi Əbu Ləhəbin oğlu Uteybə, Rəsulullahı çox incitdi. Çirkin şeylər söylədi. Buna çox üzülüb, “Ya Rəbb! Buna köpəklərindən birini müsəllət eylə!” buyurdu. Uteybə, Şama ticarətə gedərkən bir gecə yoldaşlarının arasında yatırdı. Bir aslan gəlib yoldaşlarını iyləyib buraxdı. Növbə Uteybəyə çatanda, qapıb parçaladı.

27- Əcəm padşahı Xosrov Pərvizə iman etməsi üçün məktub göndərdi. Alçaq Xosrov, məktubu parçaladı və gətirən elçini şəhid etdi. Peyğəmbər əfəndimiz bunu eşitdikdə, çox üzüldü və “Ya Rəbb! Onun mülkünü parçala!” buyurdu. Rəsulullah həyatda ikən Xosrovu oğlu Şirəveyh xəncərlə parçalamışdı. Həzrəti Ömər xəlifə ikən, əcəm məmləkətinin hamısını Müsəlmanlar fəth etdilər, Xosrovun nəsli də, mülkü də qalmadı.

28- Allahü təala, Həbibini bəlalardan qoruyurdu. Əbu Cəhil, Rəsulullahın ən böyük düşməni idi. Kəbəyi-müəzzəmənin yanında namaz qılarkən, alçaq Əbu Cəhil, tam zamanıdır deyərək, bıçaqla üzərinə hücum etmək istəyəndə, tez geri qayıdıb qaçdı. Yoldaşları, nə üçün qorxdun dediklərində, Muhamməd ilə aramızda atəş dolu bir xəndək gördüm. Orda çox kəslər məni gözləyirdilər. Bir addım daha atsaydım, tutub atəşə atacaqdılar. Bunu Müsəlmanlar eşidib, Rəsulullah əfəndimizdən soruşduqlarında, “Allahü təalanın mələkləri, onu tutub parçalayacaqdılar” buyurdu.

29- Rəsulullah əfəndimiz bir gün dəstəmaz alıb, məstlərindən birini geyinib, ikincisinə mübarək əlini uzadarkən, bir quş gəldi. Bu məsti qapıb havada silkələdi. İçindən bir ilan düşdü. Sonra quş məsti yerə qoydu. O gündən sonra, ayaqqabı geyinərkən,əvvəlcə silkələmək sünnət oldu.

30- Salman Farisi, haqq dini axtarmaq üçün İrandan çıxıb müxtəlif məmləkətləri dolaşmağa başladı. Məni Kəlb qəbiləsindən bir karvan ilə Ərəbistana gələrkən Vadiul qura adlanan yerdə xainlik edib bir yəhudiyə kölə deyə satdılar. Bu da, qohumu, mədinəli bir yəhudiyə kölə olaraq satdı. Hicrətdə Rəsulullahın Mədinəyə təşriflərini eşitdikdə, çox sevindi. Çünki o, nəsrani alimi idi. Ən son rəhbəri böyük bir alimin tövsiyəsilə, axır zaman Peyğəmbərinə iman etmək üçün Ərəbistana gəlmişdi. O alim, Rəsulullahın vəsflərini ona öyrətmiş, Onun hədiyyə qəbul edib, sədəqə qəbul etmədiyini, iki kürəyi arasında möhrü-nübüvvət olduğunu və bir çox möcüzələri olduğunu Salmana bildirmişdi. Salman Farisi, Rəsulullaha sədəqədir deyərək xurma gətirdi. Rəsulullah onlardan heç yemədi. Hədiyyədir deyə bir boşqabda iyirmi beş dənə xurma gətirdi. Rəsulullah əfəndimiz ondan yedi. Bütün Əshabı-kiram da yedilər. Yeyilən xurma çəyirdəkləri isə min dənə idi. Rəsulullahın bu möcüzəsini də gördü. Ertəsi gün bir cənazə dəfnində möhrü-nübüvvəti görməyi arzu etdi. Rəsulullah, bunu anlayıb mübarək köynəyini siyirərək möhrü-nübuvvəti göstərdi. Salman dərhal imana gəldi. Bir neçə ildən sonra 300 xurma ağacı ilə min altı yüz dirhəm qızıl ödəmək şərtilə azad edilməsinə söz verdilər. Rəsulullah bunu eşitdi. Mübarək əlləri ilə iki yüz doxsan doqquz xurma ağacı əkdi. Ağaclar həmin il meyvə verməyə başladı. Birini Ömər “radıyallahü təala anh” əkmişdi. Bu ağac meyvə vermədi. Rəsulullah əfəndimiz, onu çıxarıb mübarək əlləri ilə yenidən əkdi. Bu da dərhal meyvə verdi. Bir döyüşdə, qənimət alınan, yumurta ölçüsündə qızılı Salmana “radıyallahü təala anh” verdilər. Rəsulullaha gəlib, bu çox azdır. Min altı yüz qram etməz dedi. Mübarək əllərinə alıb təkrar Salmana verdi. “Bunu sahibinə apar” buyurdu. Yarısı ilə əfəndisinə olan borcunu ödədi. Yarısı da, Həzrəti Salmana qaldı.

31- Qüreyş kafirlərindən Vəlid ibn Mugirə, As ibn Vail, Xaris ibn Qays, Əsvəd ibn Yaqus və Əsvəd ibn Müttalib, Rəsulullaha cəfa və əziyyət etməkdə başqalarından irəlidə idilər. Cəbrayıl əleyhissalam gəlib, “Səni lağa qoyanlara cəzalarını verəcəyik...” məalindəki Hicr surəsinin 95-ci ayəsini gətirib, Vəlidin ayağına, ikincisinin dabanına, üçüncüsünün burnuna, dördüncüsünün başına, beşincisinin gözlərinə işarə etdi. Vəlidin ayağına bir ox batdı. Çox təkəbbürlü olduğuna görə, əyilərək oxu çıxarıb atmaq, ona ağır gəldi. Dəmiri topuq damarına batıb, oturaq siniri xəstəliyinə tutuldu. Asın dabanına tikan batdı. Torba kimi şişdi. Xarisin burnundan davamlı qan gəldi. Əsvəd bir ağacın altında kefli oturarkən, başını ağaca vurub, digər Əsvəd də, kor olub, hamısı həlak oldular.

32- Devs qəbiləsinin rəisi Tufeyl, hicrətdən əvvəl, Məkkədə imana gəlmişdi. Qövmünü imana dəvət etmək üçün Rəsulullahdan bir əlamət istəmişdi. “Ya Rəbb! Ona bir ayə (dəlil) ehsan eylə” buyurdu. Tufeyl, qəbiləsinə gedib çatanda, iki qaşı arasında bir nur parladı. Tufeyl, ya Rəbb! Bu əlaməti üzümdən götürüb başqa yerimə qoy. Bunu üzümdə görənlərdən bəzisi, onların dinindən çıxdığım üçün cəzalandırıldığımı zənn edəcəklər dedi. Duası qəbul oldu, nur üzündən keçdi. Əlindəki qamçının ucunda qəndil kimi parladı. Qəbiləsindəkilər zamanla imana gəldilər.

33- Hicrətin yeddinci ilində Rəsulullah əfəndimiz, Həbəş padşahı Nəcaşiyə, Rum imperatoru Herakla, Əcəm padşahı Xosrova, Bizansın Misirdəki valisi Mukavkasə, Şamdakı valisi Xarisə və Umman Sultanı Səmaməyə məktublar göndərərək, hamısını imana dəvət etdi. Məktubları aparan elçilər, getdikləri yerin dillərini bilmirdilər. Ertəsi səhər, o dillərdə danışmağa başlamışdılar.

Molla Abdurrahman Caminin “Şəvahidün-nübüvvə” kitabında və Yusif Nəbhaninin “Huccətullahi aləl-aləmin” kitabında, Rəsulullah əfəndimizin daha neçə-neçə möcüzələri yazılıdır.

Save gölünün quruması
Sual: 
Peyğəmbər əfəndimiz doğulduğu zaman, Kəbədəki bütlər üzü üstə düşdülər, Kisranın sarayı çökdü, min ildən bəri məcusilərin yanan atəşi söndü. Bir də Save gölünün quruduğu bildirilir. Save gölünün qəbahəti nə idi ki, qurudu?

CAVAB
Cansız varlıqların nə qəbahəti ola bilər ki, yəni qəbahətli olduğuna görə deyil, bu gölü xalq müqəddəs sayarmış, quruyacağına əsla ehtimal verməzlərmiş. Çox duzlu imiş, sağdan soldan su gəlmirdi, suyun səviyyəsi həmişə eyni qalırdı, heç əksilmə olmurmuş, dərinliyi də beş metr, sahəsi 12,5 km imiş. Bu göl bir anda quruyur. Bunun əksinə, Şam tərəfində min ildən bəri suyu axmayan və qurumuş Səmavə çayının vadisi, o gecə su ilə dolub-daşaraq axmağa başlayır. Bu cür hadisələr cansız varlıqların qəbahəti filan olduğuna görə deyil, onları müqəddəs sayan insanlara xəbərdarlıq etmək, ibrət almaları üçündür və daha başqa hikmətlər səbəbilə ehsan edilir.

Rəsulullahın möcüzələrindən
Sual: 
Rəsulullahın hacamat qanını kimsə içmişdi deyirlər. Qan içmək caizdirmi?

CAVAB
Rəsulullah əfəndimizin mübarək qanı, digər insanların qanı kimi deyildir. Əshabı-kiramdan Abdullah ibn Zübeyr, Rəsulullahın hacamat edilərkən çıxan qanını içmişdi. Rəsulullah “sallallahü aleyhi və səlləm,” incimədi, hətta gülümsəyərək, “Artıq Cəhənnəm atəşi səni yandırmaz” buyurdu. Başına bəzi işlər gələcəyini də bildirdi. (Bəyhəki)

Əshabı-kiramdan Malik ibn Sinan, Rəsulullahın mübarək qanını içəndə ona da, “Cəhənnəm atəşi səni yandırmaz” buyurdu. (İbni Hibban)

Mübarək artığını içən Bərəkə adlı qadına da, “Artıq heç vaxt qarın ağrısı çəkməzsən” buyurdu. (Məvahibi-lədünniyyə)

Xalid ibn Vəlid “radıyallahü anh,” sarığında gəzdirdiyi bir saqqalı- şərif səbəbilə hər döyüşdə zəfər qazanırdı. (Şəfai-şərif)

Bunların hamısı, Rəsulullahın möcüzələrindəndir, amma Sələfi- salehinə düşmən sələfilər, Rəsulullahın əşyalarıyla, mübarək saçı və saqqalıyla bərəkətlənməyi şirk qəbul edirlər.

Sual: Peyğəmbər əfəndimizin gələcəyinin, həzrəti Musa və həzrəti İsa tərəfindən bildirilməsi, bu Peyğəmbərlərin də möcüzəsidirmi?
Cavab: Peyğəmbərlərin sonuncusu Muhamməd əleyhissalamın gələcəyi, bəzi xüsusiyyətləri, Ərəbistan yarımadasında zühur edəcəyi və gəliş zamanı yaxınlaşdıqda görüləcək qeyri-adi, fövqaladə hadisələr Tövrat və İncildə bildirilmişdi. Bunların xəbər verilməsi, həzrəti Musa və həzrəti İsa üçün möcüzə olduğu kimi, Muhamməd əleyhissalam üçün də böyük möcüzədir. Allahü təala, hər Peyğəmbərə, həmin dövrdə məşhur olan, dəyər verilən şeylərə bənzər möcüzələr ehsan etmişdir. Muhamməd əleyhissalama isə hər Peyğəmbərə verdiyi möcüzələrin bənzərlərini verdiyi kimi, başqa möcüzələr də ehsan etmişdir. Həyatda ikən göstərdiyi möcüzələrin üç mindən artıq olduğu, “Miratı-kainat” kitabında yazılıdır.

Bir kasa süd, hər kəsə yetdi
Sual: Bəziləri, Peyğəmbər əfəndimizin əlində yemək-içməyin çoxaldığını inkar edir. Möcüzə olaraq, Peyğəmbər əfəndimizin əlində xurma, süd, su kimi şeylər çoxalmazdımı?
Cavab:
 “Şəvahidün-Nübüvvə”də Əbu Hüreyrə həzrətlərinin belə rəvayət etdiyi bildirilir:

“Bir dəfə aclıqdan az qalsın qarnım belimə yapışacaqdı. Mədəmə daş bağladım. Bəlkə kimsə məni evinə aparar, bir şeylər yedirər deyib, Əshabı-kiramın gəlib keçdiyi yolda oturdum. Əvvəlcə həzrəti Əbu Bəkir gəldi. Ondan Qurani-kərimdən bir ayəti-kəriməni soruşdum. Məqsədim məni evinə aparıb, bir şeylər yedirməsi idi. Sonra həzrəti Ömər oradan keçirdi. Ondan da bir ayəti-kərimə soruşdum. İkisi də məni evlərinə aparmadılar. Sonra anidən Rəsulullah əfəndimiz gəldi,  üzümə baxıb ac olduğumu anladı.
-Ey Əba Hüreyrə, mənimlə birlikdə gəl, buyurdu. Rəsulullah əfəndimizi izlədim. Mübarək zövcələrindən birinin evinə getdik.
-Evdə yemək üçün bir şey varmı? deyə soruşdu.
-Evə, filankəs sizin üçün bir az süd hədiyyə göndərib, dedilər. Bunu bilib Rəsulullah əfəndimiz mənə:
-Ey Əba Hüreyrə get, Əshabı-soffanı çağır, buyurdu. Əshabı-soffa, malı, ailə-uşağı olmayan səhabələr idi. Məsciddə qalırdılar və Əshabı- kiram onlara baxardı. Rəsulullah əfəndimizə hədiyyə gələndə, ondan həm özü yeyərdi, həm də Əshabı-soffaya verərdi. Sədəqə gələndə isə özü yeməz, hamısını Əshabı-soffaya verərdi. Mən də öz-özümə:
'Kaş o süddən bir az içərdim, sonra Əshabı-soffanı çağırardım. Çünki onlar gəlsə, mənə bir kasa süddən heç nə qalmaz deyə düşündüm. Sonra Əshabı-soffanı çağırdım. Hamısı gəlib, Rəsulullah əfəndimizin hüzurunda oturdular. Rəsulullah əfəndimiz mənə:
-Ey Əba Hüreyrə, süd kasasını götür mənə ver, buyurdu. Sonra təkrar mənə geri verdi.
-Bunu hər kəsə ver, hamı içsin buyurdu. Əshabı-soffanın hamısı bir-bir o kasadan südü içdilər. Mən və Rəsulullah əfəndimiz hələ içməmişdik. Rəsulullah əfəndimiz süd kasasını əlimdən mübarək əlinə alıb, yenə mənə geri verdi və iç, buyurdu. Süddən bir miqdar içdim. Yenə iç, buyurdu, içdim. Bir daha iç buyurdu, təkrar içdim. Dördüncü dəfə iç buyurdu.
-Ya Rəsulallah, artıq içməyə halım qalmadı, yaxşıca doydum, dedim. Əlimdən süd kasasını alıb, qalan südü də özü içdi.”

8-12-2021, 12:25
Geri