Gözəl İslam / Rəsulullah əfəndimizin üstünlükləri

Rəsulullah əfəndimizin üstünlükləri

Sual: İnşirah surəsinin Biz sənin zikrini yüksəltmədikmi?” məalindəki 4-cü ayəti-kəriməsini İslam alimləri necə təfsir etmişlər?
CAVAB
İbni Ata həzrətleri, “Sənin zikrini öz zikrim qıldım, səni zikr edən məni zikr etmiş sayılır. İmanın səhih olması üçün mənim zikrimin səninkilə birlikdə olmasını istədim” mənasına gəldiyini bildirir.

Katadə həzrətləri də bu ayəti-kəriməni açıqlayarkən buyurur ki:
“Haqq təala, Fəxri-aləmin zikrini dünya və axirətdə yüksəltmişdir. Namaz qılan hər kəs, “Əşhədü” deyərək Allaha və Rəsulullaha şəhadət gətirir.”

Qurani-kərimdə və namazda olduğu kimi, azan oxunarkən də Allahın ismi, Həbibinin ismilə birlikdə oxunur. Hədisi-şəriflərdə buyuruldu ki:
Göylərdən keçərkən, “Muhamməd Rəsulullahyazılı adımı gördüm.” [Bezzar]

“Cənnətdə hər ağacın yarpaqları üzərində “La ilahə illəllah Muhammədün Rəsulullah” yazılıdır.” [Əbu Nuaym]

“Ərş üzərində, Cənnətdəki hər şeyin üzərində mənim adım vardır.” [İbni Asakir]

“Adəm əleyhissalam Cənnətdən çıxarıldıqda, ya Rəbb, Muhamməd əleyhissalamın hörmətinə məni əfv et deyə dua etdi. Allahü təala isə, [nə cavab verəcəyini bildiyi halda, cavabını da digər insanların eşitməsi üçün] “Ya Adəm, onu hələ yaratmadım. Sən hardan bildin?” buyurdu. Adəm əleyhissalam da, Ərşdə "La ilahə illəllah Muhammədün Rəsulullah" yazılı olduğunu gördüm. Anladım ki, şərəfli adının yanına ancaq ən çox sevdiyinin, ən şərəfli olanın adını layiq görərsən dedi. Allahü təala buyurdu ki: “Ya Adəm doğru söylədin. O Mənə insanların ən sevgilisidir. Onun hörmətinə dua etdiyin üçün səni əfv etdim. Əgər Muhamməd əleyhissalam olmasaydı, səni yaratmazdım” [Tabərani]

Həzrəti Əli, “Allahü təala, Rəsulullaha iman etmələri üçün Peyğəmbərlərin hamısından əhd [söz] almışdır” buyurur. Belə ki, Rəsulullah sallallahü aleyhi və səlləmin nuru, digər Peyğəmbərlərin nurlarını örtdükdə, bu nurun kimin olduğunu sual etdilər. Haqq təala da, “Bu Həbibimin nurudur. Ona iman etsəniz, sizi peyğəmbər olaraq göndərərəm” buyurdu. Onlar da “Sənin Həbibinə iman etdik” dediler. Cənab Haqq da, “Mən şahid olum?” buyurdu. Onlar da “Bəli” dedilər. (Məvahib)

Hədisi-şəriflərdə buyuruldu ki:
“Adəm, cəsədlə ruh arasında olanda, məndən misaq alınarkən mən artıq peyğəmbər idim.” [İ. Şabi]

“Allahü təala, yeri və göyləri yaratmadan əlli min il əvvəl, Ümmül- kitaba bunu yazmışdır: Muhamməd, Peyğəmbərlərin sonuncusudur.” [Müslim]

“Mən aləmlərin əfəndisiyəm.” [Bəyhəki]

“Qiyamətdə insanların əfəndisi mənəm.” [Buxari]

“Soy cəhətdən də insanların ən şərəflisiyəm.” [Deylemi]

“Ərşi-əlaya məndən başqa heç kim otura bilməz.” [Tirmizi]

“Allahü təala, məni insanların ən yaxşısından yaratdı. İnsanların ən yaxşısıyam, ən yaxşı ailədənəm. Qiyamətdə hər kəs susduğu zaman mən söyləyəcəyəm, onlara şəfaət edəcəyəm. Kimsənin ümidi qalmadığı bir zamanda onlara müjdə verəcəyəm. O gün hər yaxşılıq, hər cür kömək, hər qapının açarı məndə olacaqdır. Livai- həmd mənim əlimdədir. Peyğəmbərlərin imamı, xatibi və hamısının şəfaətçisiyəm. Bunları öyünmək üçün söyləmirəm, həqiqəti bildirirəm.” [Həqiqəti bildirmək vəzifəmdir. Bunları söyləməsəm vəzifəmi yerinə yetirməmiş olaram.] (Məktubatı-Rabbani 1/44)

“Peyğəmbər oldu” demək
Sual:
 “Rəsulullah, qırx yaşında peyğəmbər oldu” demək doğrudurmu?

CAVAB
Doğru deyildir. “Qırx yaşında ona peyğəmbərliyi bildirildi” demək lazımdır. İmam Rabbani həzrətləri buyurur ki: Adəm əleyhissalam yaradılmadan əvvəl də, Muhamməd əleyhissalam peyğəmbər idi. (1/44)

İlk Müsəlman
Sual: 
Ənam surəsində, Peyğəmbərimizin Müsəlmanların ilki olduğu bildirilir. Niyə ilk deyilir?

CAVAB
İki hədisi-şərifdə belə bildirilir:
“Mən, yaradılış cəhətdən Peyğəmbərlərin ilki, göndəriliş cəhətdən sonuncusuyam.” [Cami-üs-sagir]

“Biz Qiyamət gününün ilkiyik. Cənnətə ilk biz girəcəyik.” [Müslim]

Bəzi alimlər də, “Onun dininə tabe olan Müsəlmanların ilkidir” deyə bildirmişdir.

İstigfar et nə deməkdir?
Sual: “Peyğəmbərimiz, çox güman ki, Məkkənin fəthindən qürurlanmışdı, ona görə də “İstigfar et” deyə xəbərdarlıq edilir” demək uyğundurmu?

CAVAB
Qətiyyən uyğun olmaz. Peyğəmbər əfəndimiz, zəfəri kimin verəcəyini bilmirdi? Fətih surəsinin 27- ci ayəsində, Məscidi-harama, Məkkəyə giriləcəyini Allahü təala əvvəldən bildirmişdi. Zəfərdən öncə, Nəsr surəsində məalən, “Allahın yardımı və zəfəri gəldikdə, insanların Allahın dininə axın-axın girdiklərini gördüyün zaman, Rəbbini tərifləyərək təsbeh et! Ondan əfv dilə, çünki O, tövbələri həmişə qəbul edəndir” buyurulur. Yəni “Zəfər, Allahın yardımıyla olacaq” buyurulur. Ortada zəfər olmadığı vaxt bunlar bildirilib. Yoxsa ki, Peyğəmbər əfəndimiz, Allahın yardımıyla zəfər qazanılacağını, hər işi edənin Allahü təala olduğunu bilmirdi?

Nəsr surəsi, Rəsulullahın vəfatını xəbər verən bir surədir. Rəsuli- Əkrəmin "sallallahü aleyhi və səlləm" bu surəni oxuduğu zaman, əmisi Həzrəti Abbas ağlamışdı və nə üçün ağladığını soruşduqda, “Ya Rəsulallah, vida xəbərini verdiyiniz üçün ağlayıram” demişdi. Çünki bu surə dəvətin tamamını xəbər verirdi. “Əlyəvmə əkməltü ləküm dinəküm = Bu gün dininizi tamamladım” ayəsi kimi bir vida idi. Bundan sonra istiğfarla əmr edilməsi də, əcəlinin yaxınlaşdığına dəlildi. Bundan ötrü bu surəyə “Təvdi' = Vida” surəsi də deyilmişdir. (Bəydavi)

Bu surə endikdə Həzrəti Ömər də ağlayaraq, “Kəmal, zəval deməkdir” demişdir. İki il sonra da vəfat etmişdir. (Mədarik)

25-11-2021, 14:15
Geri