Gözəl İslam / Peyğəmbər əfəndimizin fəzilətləri

Peyğəmbər əfəndimizin fəzilətləri

Sual: Peyğəmbər əfəndimizin fəzilətlərini saya bilərsinizmi?
CAVAB
Məvahibi-lədünniyyə” və “Mirati-kainat adlı kitablarda sadalanan fəzilətlərindən bəziləri bunlardır:

Canlılar içərisində ilk olaraq Muhamməd əleyhissalamın ruhu yaradıldı. Haqq təala Hər şeyi sənin üçün yaratdım, sən olmasaydın, heç bir şeyi yaratmazdım buyurdu. O, Tövrat, İncil və Zəburda təriflənmiş, müjdələnmişdir.

Aminə validəmiz ona hamilə olduqda, bütün bütlər üzü üstə devrildilər. Bütün şeytanlar və sehir edən cadugərlər aciz qalıb, əməllərini edə bilmədilər. Dünyaya gəldikdə də bütün bütlər yıxıldı. Doğulduğu gecə Kisranın sarayı dağıldı. Məcusilərin min ildən bəri yanan atəşi söndü. Save gölünün suyu qurudu.

Safiyə Xatun deyərdi:
Doğulduğu gecə 6 əlamət gördüm:
1- Doğular-doğulmaz səcdə etdi.
2- Başını qaldırıb “La ilahə illəllah inni Rəsulullah” dedi.
3- Hər tərəf aydınlandı.
4- Çimdirmək istədim, biz Onu çimdirdik deyə bir səs eşitdim.
5- Göbəyi kəsilmiş və sünnət edilmiş gördüm.
6- Kürəyində nübuvvət möhürü var idi. İki kürək sümüyünün arasında La ilahə illəllah Muhammədün Rəsulullah yazılı idi.

Uşaq vaxtı, başı hizasında bir bulud kölgə salardı.

Ona salavat oxumaq ayəti-kərimə ilə bildirildi. Kəlməyi-şəhadətdə, azanda, iqamədə, namazda təşəhhüddə, bir çox dualarda və Cənnətdə Allahü təala, Onun adını öz adının yanına qoymuşdur.

Allahü təala, Onu özünə həbib [sevgili] etdi, hər kəsdən daha çox sevdi.

Kimsədən bir şey öyrənməmişdi, ancaq Allahü təala, Ona hər elmi, hər üstünlüyü vermişdi. Hər yerdə, hər zaman mübarək qəlbi həmişə Allahü təala ilə idi.

Allahü təala, bütün Peyğəmbərlərə Ya Adəm, ya Musa, ya İsa deyərək adları ilə xitab edərkən, Ona Ya əyyühənnəbiyyu, ya əyyühərrəsul deyə özəl xitab edir.

Namazda oturarkən, “Əssəlamü aleykə əyyühənnəbiyyü və rahmətullahi oxuyaraq, Ona salam vermək əmr olundu. Namazda, başqa bir Peyğəmbərə belə söyləmək caiz olmadı.

Hər peyğəmbər öz millətinə, o isə hər millətə göndərilmişdir.

Hər peyğəmbər, iftiralara özü cavab verdi, lakin ona olunan iftiralara Allahü təala cavab verdi.

Adı ilə çağrılmaq, yanında yüksək səslə danışmaq haram idi.

Həzrəti Cəbrayıl ona 24 min dəfə gəldi. Başqa Peyğəmbərlərə çox az gəlmişdi.

Mübarək xanımları möminlərin anaları idi və onlarla evlənmək başqalarına haram edildi.

Önündən gördüyü kimi, arxasından da görürdü.

Mübarək təri gül kimi gözəl qoxardı.

Hündür adamların yanında, onlardan hündür görünürdü.

Günəş və Ay işığında kölgəsi yerə düşməzdi.

Üstünə milçək və başqa heç bir böcək qonmazdı.

Paltarları nə qədər çox geyinsə də heç çirklənməzdi.

Daşın üstünə basanda, izi qalırdı, qumun üstündə izi qalmazdı.

Sözü çox vəciz idi. Az kəlmə ilə çox şey deyərdi.

Əshabının hamısı, Peyğəmbərlər xaric, bütün insanlardan üstündür.

Onun ümməti də bütün ümmətlərin ən üstünüdür.

Onun mübarək adını daşıyan mömin Cənnətə girəcək.

Onu və əhli-beytini sevmək fərzdir.

Həzrəti Əzrayıl, içəri girmək üçün ondan izn istəmişdi. Başqa heç kimdən izn istəməmişdi.

Qəbrinin torpağı, hər yerdən və Kəbədən daha dəyərlidir.

25-11-2021, 14:14
Geri