Gözəl İslam / Aləmlərin peyğəmbəri

Aləmlərin peyğəmbəri

Sual: Peyğəmbərimiz, dinli-dinsiz, zənci-bəyaz, dünyada yaşayan hər kəsəmi peyğəmbər göndərildi? Cinlərin Peyğəmbərləri ayrıdırmı?
CAVAB
Peyğəmbər əfəndimiz, Adəm əleyhissalam yaradılmadan əvvəl də bütün insanlara peyğəmbər olaraq göndərilmişdir. İlk yaradılan, Peyğəmbər əfəndimizin ruhu idi. Bir hədisi-şərif məalı belədir:
“Mən yaradılış cəhətdən Peyğəmbərlərin ilki olsam da, hamısından sonra göndərildim.” [İ. Qəzali]

İki ayəti-kərimə məalı da belədir:
“De ki: Ey insanlar, mən Allahın hamınıza göndərdiyi rəsulam.” [Əraf 158]

[Ey Rəsulum!] Biz səni bütün insanlara [Cənnəti] müjdələyən və xəbərdarlıq edən [çeşidli əzabları xəbər verən]  göndərdik, lakin insanların çoxu bilmir.” [Səbə 28]

Halbuki digər Peyğəmbərlər, öz millətlərinə göndərilmişdi. Bir ayəti- kərimə məalı:
“Biz, hər rəsulu, mənsub olduğu qövmünün diliylə göndərdik ki, onlara açıq-aşkar izah etsin.” [İbrahim 4]

Bir hədisi-şərif məalı:
“Hər peyğəmbər yalnız öz qövmünə gəldi, mən isə bütün insanlara göndərildim.” [Buxari, Müslim, Tirmizi, Nəsai]

Rəsulullah əfəndimiz, insanların olduğu kimi cinlərin də peyğəmbəridir. Qurani-kərimdə, “Aləmlərə xəbərdarlıq etməsi üçün...” buyurulur. (Furqan 1)

Bütün müfəssirlər, “"Bütün aləmlərə" ifadəsinə, cin tayfası da daxildir” buyururlar. Aləm, Allahdan başqa hər şeyə, hər məxluqa deyilir. Buna görədir ki, bir çox alim, Peyğəmbər əfəndimizin mələklərə də göndərildiyini söyləmişdirlər. Üç ayəti-kərimə məalı belədir:
*Quranı dinləyəcək cinlərdən bir hissəsini sənə yönəltmişdik. Onlar Quranı dinləməyə hazır olduqda, bir-birlərinə susun dedilər. Quranın oxunması bitdikdə, hər biri, bir xəbərdarlıq etmək üçün millətlərinə qayıtdıqları zaman dedilər ki: "Ey qövmümüz, biz Musadan sonra endirilən, özündən öncəkiləri doğrulayan, həqiqəti və doğru yolu göstərən bir kitab dinlədik. Hamınız Allahın dəvətçisinə [Muhamməd əleyhissalama] tabe olun və Ona iman edin ki, Allah da günahlarınızı bağışlayıb sizi acı bir əzabdan qorusun."* [Əhqaf 29, 30, 31]

Aləmlərə rəhmət
Sual:
 “Yaradılması və özü deyil, sadəcə peyğəmbərliyi rəhmətdir” deyilərək, Ənbiya surəsinin, “Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik” məalındakı 107-ci ayəsinin, “Səni aləmlərə bir rəhmət olmaq üçün elçi göndərdik” deyə təvil edilməsi caizdirmi?

CAVAB
Qətiyyən caiz deyildir. “Özü deyil, peyğəmbərliyi rəhmətdir” deyilərək Rəsulullahın özünün, önəmli bir şəxsiyyət olmadığı vurğulanır. Bir insan, vəsfləriylə dəyər qazanır. Peyğəmbərliyi rəhmət olursa, özü niyə rəhmət olmasın ki? Peyğəmbərlik sıradan birinə verilmişdir ki, belə deyirlər? Ayəti-kərimədə açıq-aydın, “Səni rəhmət olaraq göndərdik” buyurulur. Özü rəhmət olaraq gəlirsə, deməli peyğəmbərliyi də əlbəttə ki, rəhmət olur.

İbni Abbas həzrətləri, bu ayənin təfsirində, “Muhamməd əleyhissalam, bütün insanlara rəhmətdir” buyurmuşdur. (Kurtubi)


Seyyidül-bəşər (İnsanların əfəndisi)
Sual:
 “Peyğəmbər də bizim kimi insandır, öldükdən sonra o da bizim kimi eşitməz, Quranı gətirməklə poçtalyonluq vəzifəsi bitmişdir” deyən biri, sübut olaraq da, Möminun surəsinin 33-cü ayəsini göstərdi. Peyğəmbərimiz üçün belə söyləmək caizdirmi?

CAVAB
Caiz deyildir. O ayəti-kərimənin məalı belədir:
“Onun qövmündən, kafir olan, axirəti inkar edən və dünya həyatında rifah verdiyimiz varlı insanlar dedilər ki: “Bu [peyğəmbər], sadəcə sizin kimi bir insandır, sizin kimi yeyir- içir. Özünüz kimi bir insana itaət etsəniz, hüsrana uğrayacağınızda heç şübhə yoxdur.” [Möminun 33, 34]

Göründüyü kimi, “ O da bizim kimi və ya sizin kimi insandır ” sözü kafirlərə aiddir. Kafirlərin sözünü də, ancaq məzhəbsiz olanlar deyər. Kafirlər, yeyib-içməyən, mələk kimi bir peyğəmbər istəyirdilər. Rəsulullah əfəndimiz, əlbəttə cin və mələk deyildir. Bəşərdir, amma seyyidül-bəşər, yəni insanların əfəndisidir, aləmlərə rəhmətdir. Bizim kimi deyildir, həm rəsul, həm də nəbi olan bir peyğəmbərdir. Qəbrində ölü deyildir, eşidir və namaz qılır. Peyğəmbər olmayan insanlarla, peyğəmbəri müqayisə etmək olmaz.


30-12-2022, 15:33
Geri