Gözəl İslam / Dünyada övliya vardır

Dünyada övliya vardır

Sual: Səadəti Əbədiyyədə, hicri 14-cü əsrin yarısından sonra, dünyanın heç bir yerində Vəli görülə bilmədiyi bildirilib, "Heç bir İslam ölkəsində təsəvvüf alimi yox kimidir" yazır. Yəni, bu anda dünyada Övliya yoxdurmu deyilir?

CAVAB

Xeyr, yoxdur deyilmir, yox kimidir deyilir. Abdulğani Nablusi həzrətləri buyurur ki:

Övliyanı inkar etmək, dinin hər hansı bir hökmünü inkar etmək kimi küfrdür. Allahu təala, Ənbiyasını və Övliyasını başqalarından üstün tutmuş, başqalarına vermədiyi, kəramət və möcüzə kimi xariqələri, bu şəxslərə lütf etmişdir. (Hadiqa)

Dünyada əlbəttə övliya vardır. Din kitablarında birlər, üçlər, yeddilər, qırxlar, beş yüzlər kimi adlandırılan Övliya vardır. Əbdal deyilən övliya hər zaman vardır. Üç Hədisi-şərif məalı belədir:

“40 nəfər olan əbdalların bərəkətiylə düşmənə qalib gələr, bəladan qurtularsınız.” [İ. Əsakir]

“Hər əsrdə salehlər vardır. Bunlar beş yüz nəfər olub qırxı əbdaldır.” [Əbu Nuaym]

“Yer üzündə hər zaman [əbdallardan] qırx nəfər vardır. Hər biri İbrahim aleyhissəlam kimi bərəkətlidir. Bunların bərəkətiylə yağış yağar.” [Tabərani]

Bu övliya şəxsləri hər kəsin tanıması əlbəttə çətindir. Onsuz da mən övliyayam deyən vəli deyildir. Övliya, özünü gizləyər. Bunun üçün övliyanı tanımaq çətindir. Bugün açıqca mən övliyayam deyən saxtakarlar çoxdur. Hətta bəzi kimsələr, “Bizim xocamız xatəmül-övliyadır, son vəlidir. Artıq başqa vəli gəlməz” deyirlər. Bunlarınkı da yanlışdır.

Seyyid Abdulhakim Arvasi həzrətləri buyurdu ki:

“Bu zamanda, beş vaxt namazını qılan, haramlardan çəkinən ümumi övliya sinifinə daxil olar. Bir də xüsusi övliyalıq vardır. Bu, təsəvvüf yolunda irəliləyənlərə Rəbbimizin lütf etdiyi dərəcələrdir. Baxın, bu zamanda belə övliya yox kimidir.”

Həqiqi mürşid olan övliya, qiyamətə qədər mövcuddur. Elm və ixlas sahibi olan taliblərə, özünü tanıdar. Düşmənlərdən, axmaqlardan gizlənər. Pis kimsələr, qiymətli şeylərin saxtalarını, təqlidlərini ortaya çıxararaq, insanları aldadar. Beləcə, pis yoldan, mənfəət təmin edərlər. Bu kimsələr, yalanlarla, istidrac göstərərək, kəramət deyə, cahilləri aldadarlar. Müsəlmanlar üçün ən böyük fəlakət, bunların tələlərinə düşməkdir. Özlərinin, dindən, imandan, Əhli sünnət alimlərinin kitablarından xəbərləri yoxdur. Sözləri ilə küfr yayarlar. Hərəkətləriylə haram işləyərlər. Cahilləri ovlamaqla keçinərlər. (H. S. Vəsiqələri)

Əshabı-kiram və Tabeuni izam zamanlarında, Övliya çox idi. Hər kəs bunları ziyarət edərək bərəkətlənər, dualarını alardılar. Axır zaman yaxınlaşdıqca, küfr əlamətləri, bidətlər çoxaldı. Uləma və övliya azaldı. Son zamanlarda, heç görünməz oldu. (F. Bilgilər)

“Görünməz oldular” demək, yoxdur demək deyil, hər kəs görə bilməz, az insan bilər deməkdir. Təəssüf, "Görülə bilmir, yoxdur kimidir" ifadələrini göstərərək, "Baxın, təsəvvüf və övliya düşmənliyi edilir" deyənlər çıxır. Bu yanlış və iftiradır. S. Əbədiyyə, tamamən təsəvvüf böyüklərinin, Əhli sünnət alimlərinin və Övliyaların kitablarından tərcümə olub, onların sözləridir. Hamısı, o mübarək insanların kitablarından nəqldir. Təsəvvüfə və Övliyaya düşmənlik iddiası, çox çirkindir.

Bir şeyin saxtasından qaçın demək, yaxşısından da qaçın demək deyildir. “Həqiqi kərə yağı alın, hiyləli, qarışıq olanını almayın” demək, kərə yağına həqarət olarmı? Əksinə kərə yağının əhəmiyyəti bildirilmiş olar. Hər şeyin, saxtası da, həqiqisi də vardır.

Son övliyamı?

Sual: Bəziləri, “Bizim xocamız son vəli idi, artıq bundan sonra övliya da, mürşid də gəlməz” deyirlər. Belə söyləmək, övliyanın kökünü qurutmaq mənasına gəlməzmi?

CAVAB

Bütün dünyada başqa heç vəli olmadığını söyləmək yanlışdır. Qiyamət qopacağı zaman, övliya deyil bir dənə mömin belə qalmayacakdır. Günümüzdə də övliya şəxslər azaldı, görünə bilməz oldular, amma heç qalmadı deyilməz. Hər əsrdə üçlər, yeddilər, qırxlar kimi övliya şəxslər vardır.

Ayrıca hər əsrdə bir, dini qüvvətləndirən, bidətləri yox edən mücəddid şəxslər gələr. Min ildə bir gələn mücəddidlər də vardır. İki Hədisi-şərif belədir:

“Hər yüz ildə bir mücəddid gələr, dini qüvvətləndirər.” [Buxari]

“Dünya əbdallar sayəsində ayaqda durar. Allahu təalanın yardımı onların bərəkətiylə gələr.” [Tabərani]

Bu Hədisi-şərifləri inkar etmək təhlükəlidir. Təvil etməyə qalxmaq da caiz olmaz.

Həzrəti Mehdi də övliya şəxsdir. O da gələcəkdir. Gəldi keçdi deyənlərə etibar etməməli.

İmamı Rabbani həzrətləri buyurur ki:

Qutbul-əbdal və ya qutbi-mədar hər zaman vardır. İndi də vardır. Rasulullah əfəndimiz zamanında da var idi. Bunlara, qutbul-əqtab da deyilir; bunları kimsə tanımaz. Hətta bəzən, özləri belə özlərini bilməz. Qutbi-irşad isə, qayyumi-aləmdir. Hər kəsə rüşd və iman, bunun vəsitəsiylə gələr. İslamiyyəti qoruyar. Dini İslam başıboş qalmaz. Din düşmənləri pərvazsızca, dini yıxmağa, dəyişdirməyə hücum etməz. (3/3)

Qutbi-əbdal yəni qutbi-mədar aləmdə, dünyada hər şeyin var olması və ayaqda dura bilməsi üçün feyz gəlməsinə vasitə olar. Qutbi-irşad isə, aləmin irşadı və hidayəti üçün feyzlərin gəlməsinə vasitə olar. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların aradan qalxması, xəstələrin yaxşı olması, bədənlərin sağlam olması, qutbi-əbdalın feyzləriylə olar. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət edə bilmək, günahlara tövbə etmək isə, qutbi-irşadın feyzləriylə olar. Hər zamanda, hər əsrdə qutbi-əbdal vardır. Heç bir zaman, bunsuz ola bilməz, çünki aləm bununla nizam tapar. Bunlardan biri ölüncə, onun yerinə başqası təyin edilər; fəqət qutbi-irşadın hər zaman tapılması lazım deyildir. Elə zamanlar olar ki, aləm imandan və hidayətdən tamamilə məhrum qalar. (Məarifi-lədünniyyə)

16-01-2020, 16:37
Geri