Gözəl İslam / Övliyaya dil uzatmaq

Övliyaya dil uzatmaq

Sual: İbni Arabi həzrətlərinə dil uzadılır. Övliyaya dil uzatmaq caizdirmi?

CAVAB

İmamı Rabbani həzrətləri, Məktubat kitabında buyurur ki:

“Böyüklərimizin bəyəndiyi, böyük bildiyi Muhyiddini Arabinin, bir çox sözlərinin əhli sünnətə uymaması, təəccüblənəcək şeydir. Xətaları kəşfində, qəlbdə doğulan bilgilərdə olduğu üçün, ictihaddakı xətalar kimi bir şey söylənə bilməz. Onu böyük bilər və sevərəm. Əhli sünnətə uymayan yazılarını yanlış və zərərli bilərəm.

Onun haqqında danışanlardan bir qismi həddi aşır, bir qismi büs-bütün məhrum qalır. Övliyanın böyüklərindən olan M. Arabi həzrətləri, kəşflərindəki xətalardan dolayı büs-bütün rədd edilə bilməz. Onun vəhdəti vücud bilgisi, zahirdə, əhli-sünnət etiqadına uymur isə də, uydurulması asandır. Aradakı fərqin, yalnız sözdə və kəlimələrdə olduğunu göstərdim.” [m.266]

“Qiyas və ictihad, dinin 4 əsasından biridir. Övliyanın ilhamları belə deyildir. Bunlara uymağa əmr olunmadıq. İlham, yalnız sahibi üçün dəlildir, başqaları üçün sənəd deyildir. Təsəvvüfçülərin, əhli sünnətə uyğun olmayan sözlərinə uyulmaz. Fəqət, onlara yaxşı gözlə baxaraq dil uzatmamalı, şüursuz sözlərindən saymalıdır!” [m.272]

“Şeyxi əkbəri [yəni İbni Arabini] caiz olmayan bəzi bilgiləri ilə, yenə məqbullar arasında görürəm. Övliya arasında yer alır. Onu rədd edən, bəyənməyən təhlükədədir.” [c.3, m.77]

İmamı Suyuti həzrətləri Tənbih-ul-ğabi kitabında İbni Arabi həzrətlərinin böyüklüyünü vəsiqələrlə isbat etməkdədir.

Əbus-Suud əfəndi həzrətləri də ona dil uzadıla bilməyəcəyinə dair fətva vermişdir.

Abdulğani Nablusi həzrətləri, İbni Arabi kimi böyük bir övliyaya dil uzadanın cahil və qafil olduğunu, bunların başında İbni Teymiyyənin gəldiğini bildirməkdədir. (Hadiqa)

Övliya ilə eşqiya qiyas edilməz

Sual: İbni Teymiyyəçilər, “Fəlsəfəçilərin nasslarla zidd düşən əqli dəlilləri onları təkfirdən qurtarmadığı halda, təsəvvüf əhlinin nasslarla zidd düşən kəşfləri onları necə küfrdən qurtara bilər” deyərək İbni Arabi həzrətləri kimi bəzi övliyanı təkfir etməyə qalxırlar.

Bu müqayisə doğru olarmı?

CAVAB

Doğru olmaz. Müqayisənin doğru olması üçün müştərək bənzərliklərin olması lazımdır. Dost ilə düşmən, müqayisə edilməz. Məsələn, Allahu təala kafirlər üçün ölü buyurur. Kafir ilə mömin yəni ölü ilə diri müqayisə edilərmi? Qurani-Kərimdə məalən buyuruluyor ki:

“Kafirlər, kar, lal, kor olduqları üçün doğru yola gəlməzlər.” [Bəqərə, 18]

“Kor ilə görən [kafir ilə mömin] qaranlıqla aydınlıq [batil ilə haqq], kölgə ilə isti [cənnətlə cəhənnəm] bir olmaz. Dirilərlə ölülər də bir olmaz.” [Fatir, 19]

Yunan fəlsəfəçiləri kafirdir, təsəvvüf əhli isə Allahu təalanın dostu, övliyasıdır. Övliya ilə kafir heç müqayisə edilərmi? Firon da, “Mən ilaham” dedi, Hallacı Mənsur həzrətləri də. Biri kafir idi, biri müsəlman. Müsəlmanınkını təvil [izah] etmək gərəkir. Namaz qılan və dinin hər əmrini yerinə gətirən bir müsəlman bir şey söyləmişsə, bunun təvilini axtarmaq lazımdır.

Yunan fəlsəfəçiləri, “Kainat, Allah kimi, əzəli və əbədidir, Allah cüzi olan şeyləri bilməz, cismani, bədəni bir həşr yoxdur” kimi bir çox düşüncələri üzündən kafir olurlar. İslam filosofu deyilən kimsələr də, belə düşünürsə, onlar da eyni hökmə girir. İmamı Gazali həzrətləri, belə düşünən din adamlarının da eyni hökmə girdiyini “Əl-münkiz”, “Təhafüt” və “İlcam”da bildirir. Kainatı əzəli və əbədi bilən fəlsəfəçilərin küfrə düşdüklərini bildirdikləri üçün imamı Gazali və imamı Rabbani həzrətləri kimi Rasulullahın varisləri olan böyük alimlərə fəlsəfəçilər tərəfindən dil uzadılır. İbni Rüşd, fəlsəfəçiləri müdafiyə etmək üçün imamı Gazali həzrətlərini tənqid edən bir kitab belə yazmışdır. Fəlsəfəçi və İbni Teymiyyəçi bir gənc, “Əl-Gazzalinin uydurma hədislər üzərinə bina etdiyi bütün hökmlər sapıqlıqdır, bu baxımdan onun əsərlərini oxuyan azar” demişdi.

İmamı Qazali həzrətlərini sevməyənlərin daha çox fəlsəfəçilər ilə İbni Teymiyyəçilər olduğu görülməkdədir. Nə məqsədlə olarsa olsun, o böyük şəxsi pisləmək əsla caiz deyildir. Çünki böyük alim İbni Həcəri Məkki həzrətləri, “İmamı Qazalinin yazılarında qüsur tapan, ya həsədçidir və ya zındıqdır” buyurur. (Əl-ilam bi-qavatiil-islam)

İbni Abidin həzrətləri buyurur ki:

İmamı Qazali, zamanının hüccət-ül-İslamı və alimlərin ən üstünü idi. Ona dil uzadan kimsə, cahillərin ən cahili, fasiqlərin ən pisidir. (Əl-Uqud-üd-dürriyyə)

Katib Çələbi də deyir ki:

Bütün din kitabları yox olsa, İmamı Qazalinin kitabları bu boşluğu doldura bilər, hətta onun İhya kitabı belə kafi gələr.

Seyyid Abdulhakim əfəndi həzrətləri də, “İmamı Qazalinin İhya kitabı bütün alimlərcə doğru və yüksəkdir. Bir qeyri-müsəlman sevərək səhifələrini çevirərsə, Müsəlman olmaqla şərəflənər” buyurur.

Təfsir, hədis, fiqh, tarix, əxlaq və tibb haqqında üç yüzdən çox əsəri olan İmamı Suyuti həzrətləri Tənbih-ul-ğabi kitabında İbni Arabinin böyüklüyünü vəsiqələrlə isbat etməkdədir. Cinlərə də fətva verən Əbus-Suud əfəndi İbni Arabiyə dil uzadıla bilməz deyə fətva vermişdir. Fiqh, təfsir, hədis və təsəvvüfdə çox dərin alim olan Abdulğani Nablusi həzrətləri, İbni Arabi kimi böyük bir övliyaya dil uzadanın cahil və qafil olduğunu, bunların başında İbni Teymiyyənin gəldiyini bildirməkdədir. (Hadiqa)

Təfsir, fiqh, təsəvvüf, tarix, nəhv və tibb üzərində çox kitab yazan, arifi-billah və qütbü-zaman olan imamı Şarani həzrətləri buyurur ki:

İbni Teymiyyə, təsəvvüfü inkar edir, övliyaya dil uzadar. Belə kitabları oxumaqdan, yırtıcı heyvandan qaçar kimi qaçmalıdır. İbni Teymiyyə və onun yolunda gedən sapıqlar, İbni Arabi həzrətlərinə kafir demişlərsə də, alimlər, ariflər onun böyük bir vəli olduğunu bildirmişdir. (Kibrit-i Ahmər, Əl-yəvaqit, Tabəqat)

Övliya düşmənliyi

Sual: Əlavədəki məqalədə, təsəvvüfə, tarixdəki haqq təriqətlərə hücum edilir, şəfaət inkar edilir. Osmanlıların İslamiyyəti yaxşı anlaya bilmədiyi, bu üzdən Osmanlını müsəlmanların yıxdığı bildirilir. Bir cavab verərsinizmi?

CAVAB

Hər məqaləyə cavab verməyə cəhd edəriksə, əsas mövzuları yazmağa sıra gəlməz.

1- Osmanlını yıxan ittihadçılardır. Bir müharibədə müsəlmanlar məğlub olsa, kafirlər məscidləri yıxsa, müsəlmanlar məscidləri yıxdı deyilərmi? Osmanlılar, yıxılışa mane ola bilməmişlərdir. Onların ehmalları var isə də, yıxan onlar deyildir. Qüsurlu olanı şəxsən fail kimi göstərmək doğru deyildir. “Osmanlılar İslamiyyəti bilmirdi” deməsi də çox çirkindir. Osmanlı İslamiyyəti bilmirsə, o yazar haradan bilir? Cəddini inkar edən haramzadədir.

2- Şəvahid-ün-nübüvvə kitabında, “Övliyanın kəraməti, Peyğəmbərlərin möcüzələrinin davamıdır. Bunun üçün övliyadan hasil olan kəramətlər də Peyğəmbər Əfəndimizin möcüzəsidir” buyurulur.

Abdulğani Nablusi həzrətləri, Hadiqada “Övliyanı inkar etmək, dinin hər hansı bir hökmünü inkar etmək kimi küfrdür. Allahu təala, Peyğəmbərlərini və övliyasını başqalarından üstün tutmuş, başqalarına vermədiyi kəramət və möcüzə kimi xariqələri bu şəxslərə lütf etmişdir.” Marufi Kərhi həzrətləri, tələbələrinə, “Dua edərkən məni vasitə edin! Çünki övliya, Rasulullahın varisidir. Varis olan, varisi olduğu şəxsin bütün üstünlüklərinə qovuşar” buyurur. Fəqət nəsibsiz yazarın, “Övliya, havada uçsa, dənizdə yerisə nə fayda? Sənət və mədəniyyəti yoxdursa nə qiyməti vardır?” deməsi çox qəribədir. Övliya havada uça bilirsə, əlbəttə, Allah onu çox sevir deməkdir. Əlbəttə onun mədəniyyəti var deməkdir. Elmsiz, cahil kimsədən övliya olarmı? Övliya, Allah dostu deməkdir. Allah dostunu ancaq özünü bəyənmiş axmaqlar, bəsitə endirə bilər.

3- Yazar, “Övliya əmr etdiyi üçün mən etdim demək çox yanlışdır. Edilən şey Qurana, sünnətə uyğun olmalıdır” deyir. Yəni, “Övliya, Qurana, sünnətə tərs əmr verir” deyir. Övliyanın sözünü, Qurana tərs deyilsə edəcəkmişik. Övliya o sözün Qurana tərs olduğunu bilmirsə, sən haradan biləcəksən ay axmaq? Övliya, həqiqətən övliya isə, əlbəttə Qurani-Kərimə, sünnəti-səniyyəyə tərs danışmaz. Axmaq, həqiqi övliya ilə yalançı övliyaları eyni zənn edir.

4- Nəsibsiz yazar, “Allah izin vermədən heç kimsə, heç kimsəyə şəfaət edə bilməz” ayəti kəriməsini dəlil göstərərək, Peyğəmbərlərin, alimlərin, övliyanın, şəhidlərin şəfaətlərini inkar edir. Əlbəttə ancaq Allahın izni ilə şəfaət ediləcəyini bütün İslam alimləri bildirir. Əlbəttə Onun izni olmadan milçək qanadını oynada bilməz. Şəfaət də Onun izni ilə olacaqdır. Şəfaəti inkar edən əhli-sünnət ola bilməz.

5- Allahu təala, “Mənə yaxınlaşmaq üçün, vəsilə axtarın!” buyurur. (Maidə, 35)

Fəqət nəsibsiz yazar, “Mürid, vəsiləni, aracını buraxıb birbaşa Allaha bağlanmalı” deyir. Allahu təalanın əmrinəmi, yoxsa nəsibsiz yazarın sözünəmi uyaq?

Yazar, “Həzrəti İsanı, Həzrəti Əlini çox sevib küfrə düşüldüyü kimi, Peyğəmbəri, mürşidi çox sevib eyni aqibətə məruz qalmamalı” deyir. Halbuki imanın əsası, Allahı, Peyğəmbəri və Allah dostlarını çox sevmək və Allah düşmənlərini sevməməkdir. Müsəlmanın, Rasulullahı çox sevməsi gərəkir. Çünki Buxaridəki hədisi-şərifdə, “Məni ana-atasından, övladından və hər kəsdən daha çox sevməyən, mömin ola bilməz” buyuruldu. Xristiyanlar kimi, bir insana ilah demək onu sevməkdirmi? Bir kimsə, haşa Peyğəmbər Əfəndimizə ilah desə sevmişmi olar?

“Bir övliya yerinə, birbaşa Rasulullaha rabitə etmək gərəkməzmi?” deyən axmaqlara da rast gəlinməkdədir. Rasulullahın mübarək ruhuna bağlanmaq əlbəttə biyük nəmətdir. Fəqət bir vəlini və ya kitablarını tapıb, buna rabitə etmək, Rasulullahın mübarək ruhuna bağlanmaq üçündür. Bir insan, heç görmədiyi kimsənin şəklini yalnız eşitməklə, onu tanımış olmaz. Bunun üçün, Rasulullaha rabitə edilməz. Çünki, başqasının Rasulullah olduğuna inanmaq küfr olar. Övliyanı düşünməkdə, bu təhlükə yoxdur. Bir vəlini düşünən, onun mübarək qəlbində Rasulullahın mübarək qəlbini görər. Beləcə, Rasulullahı yad etmiş olar. “Övliya bir eynək kimidir, Rasulullaha bu eynək ilə baxılar” buyurulmaqdadır.

İmamı Qazali həzrətləri buyurur ki:

“Hər müsəlman, tərbiyə edici bir ustada möhtacdır. Ustad onu tərbiyə edərək, pis xasiyyətlərdən qurtarar. Allahu təala, insanlara doğru yolu göstərmək üçün, Peyğəmbər göndərdi. Peyğəmbərdən sonra ona vəkil olaraq övliyanı yaratdı.” [Əyyuhəl-vələd]

Vəli, Rəsulullahı yaxşı tanıdığı üçün, Onun mübarək qəlbindən feyz alar və bu feyzlər, bunun qəlbindən, özünə bağlananların qəlblərinə axar. Feyz gələn qəlb təmizlənər. Əxlaqı gözəl olar.

İmamı Rabbani həzrətləri buyurur ki:

“Vəlinin qəlbindəki feyzlər, nurlar, günəşin ziyası kimi yayılar. Onu sevən müsəlmanların qəlblərinə axar. Onların bu feyzləri aldıqlarından xəbərləri olmaz. Qəlblərinin təmizləndiyini anlayarlar. Qarpızın günəş qarşısında yetişdiyi kimi, kamala çatarlar. Əshabı-kiram, Rasulullahın səhbətində, belə kamala çatdı.” [M.260]

Mənqibə danışmaq

Sual: Hər zaman əyri danışan biri, “Ey Müsəlmanlar, sizə əyrilikləri danışıram. Həzrəti Ömərin, İmamı-Azamın mənqibələrini, Abdulqadiri Geylaninin və ya başqa övliya şəxslərin kəramətlərini danışacaq zaman deyildir” deyir. Öz sözündə əyrilik yoxdurmu?

CAVAB

Əlbəttə, əsas əyrilik özündədir. O böyük şəxslərin mənqibələri elmdir, ibrətli, hikmətli hadisələrdir. Həzrəti Ömərin həyatını danışmaq, İslamiyyəti danışmaq deməkdir! İmamı Azamın mənqibələri, ümumiyyətlə ateistlərə verilən elmi və məntiqi cavablardır. Allahu təalanın varlığını isbat edən çox qiymətli, əqli dəlillərdir. Övliya mənqibələrini oxumaq da çox faydalıdır. İnsanın haramlardan qaçaraq daha yaxşı ibadət etməsinə yardımçı olar. Seyyid Abdulhakim Arvasi həzrətləri, "Övliya mənqibələrini danışan Rəşəhat kitabını oxumaq, insanın ixlasını artırar" buyurmuşdur. Bunun üçün İslam alimləri, övliya mənqibələrini bildirən bir çox kitab yazmışdır. Lazımsız olsaydı yazmazdılar. Bunlardan bir neçəsinin adları belədir:

Xayrat-ul-hisan fi-mənaqib-in-Numan

Əs-sahifə fi mənaqibi Əbi Hanifə

Qalaid-ul-uqban fi-mənaqib-in Numan

Uqud-ul-Mərcan fi-mənaqibi Əbi Hanifət-in-Numan

Mənaqib-ul-İmam-il-Azam

Mənaqibi Abdulqadir

Mənqibəi Övliyaiyyə fi-əhvali Ridaiyyə

Nəfəxat-ul-Üns

Kitəbi Kəşf-ul Məhcub

Təzkirat-ul Övliya

Şəvahid-ün-nübüvvə

Hilyətul-Övliya

Rəşəhat ayn-əl həyat

Cəmiu kəramət-il-Övliya

Hadiqatul-Övliya

Bərakət - Zübdətül-məqamat

Mənaqibi cihar yarı güzin.

Dünyaya giley

Sual: İbni Arabi, Mövlana kimi övliya şəxslərə hücum edən bir sələfi, son olaraq Dürr-ül məarif kitabındakı, "İmamı Quşeyri rahmətullahi aleyh, bir gün istinca üçün daş axtarırdı. Bu sırada əlinə bir yaqut gəldi. Onu yerə atıb, “Mən istinca üçün daş axtarıram. Sən mənə yaqut verirsən. Yaqutun sənin olsun, mənə lazım deyil” dedi" ifadəsindən dolayı İmamı Quşeyriyə də hücum etməkdədir. Burada İmamı Quşeyri, bu sözü dünya üçünmü söyləmiş, yoxsa haşa Allah üçünmü söyləmişdir?

CAVAB

Əlbəttə dünya üçün söyləmişdir. Onsuz da dərhal altında açıqlaması vardır. İmamı Quşeyri, imamlıq dərəcəsinə yüksəlmişdir. İmam, müctəhid, dində söz sahibi, alim şəxs deməkdir. Sıradan bir Müsəlman belə haşa Allahu təalaya elə bir şey söyləyərmi heç? Dünya malını istəmədiyini bildirmişdir. Özümüzə uyğun görmədiyimiz bir sözü böyük şəxslərə necə uyğun görərik ki? Övliya şəxslər zahid kimsələrdir. Zahid, dünyaya rəğbət etməz, diqqət etməz, heç əhəmiyyət verməz. Yaqut kimi dünya malını fırladıb atar.

Sələfilər məcazı bilmədikləri üçün “Allahın əli var, Allah oturar” deyərək Onu məxluqa bənzədərək küfrə girərlər. Məsələn; Türkcədə, "Qəhbə fələk, kiminə qovun yedirər, kiminə kələk) deyə bir söz vardır. Buradakı fələk dünya deməkdir. Məcaz olarak söylənər. Haşa qədərlə, Allah ilə əlaqəsi yoxdur. İmamı Quşeyri həzrətləri də, "Dünya, üstümə gəlmə! Hər şeyin sənin olsun" deyir. Bir Hədisi-şərif belədir:

“Dünya [dünya malı] mənə yaxınlaşmaq istədi. “Məndən uzaqlaş” dedim. Gedərkən, “Sən məndən qurtuldun, amma səndən sonrakılar məndən qurtula bilməz” dedi.” [Bəzzar]

Alimlərə və onların kitablarına dil uzatmqdan və sələfilərin yuvarlandıqları küfr çuxuruna düşməkdən çox çəkinməlidir.

Yaltaqlıq

Sual: Vəfat etmiş övliya şəxslərin yaxşılıqlarını danışan bir nəfərə yaltaq deyirlər. Yaltaqlıq yaşayana edilməzmi? Ölən üçün elə bir şey söylənərmi?

CAVAB

Yaltaqlıq, özünə maddi mənfəət [çıxar] təmin edəcək olana aşırı sayğı və heyranlıq göstərərək onun gözünə girmək istəyən kimsə deməkdir. Yağçı da deyilir. Bunu ölmüş kimsələr üçün söyləmək yanlış olar. Ölüdən maddi nə çıxar təmin ediləcək ki? Məsələn, İmamı Azam həzrətlərinin və ya İmamı Gazali həzrətlərinin böyüklüyündən bəhs edilsə, bəhs edənə yaltaq deyilməz. Hətta mason Abduh və ya Rəşad Xəlifə kimi pis kimsələri tərifləyənə də yaltaq deyilməz. Sapıq, cahil və ya pis niyyətli deyilər. Hər kəliməni yerli yerində istifadə etməlidir.

Bir başqa xüsus, istər yaşasın istər vəfat etmiş olsun, övliya şəxsləri sevmək, gərəkərsə onları müdafiə etmək hər Müsəlmanın vəzifəsidir.

Kəramət haradadır?

Sual: Yunus Əmrəyə və ya Hacı Bəktaşı Vəli həzrətlərinə yaxud uyğunsuz birinə aid olduğu da söylənilən bu dördlükdə Məkkə və Həcc niyə pislənilir?

Hərarət nar [alov] dadır, sacda deyildir,

Kəramət başdadır, tacda deyildir,

Hər nə arar isən, özündə ara!

Qüdsdə, Məkkədə, Həccdə deyildir.

CAVAB

Əgər bu dördlük, uyğunsuz birine aiddirsə, doğru başa düşülməsi üçün izaha gərək yoxdur. Amma Hacı Bəktaşı Vəli həzrətləri kimi böyük bir şəxsə aiddirsə belə izah edilə bilər:

Qüds, Məkkə qiymətli yerlərdir. Həcc, gedə bilənə fərzdir, çox qiymətli bir ibadətdir. Fəqət imanı olmayan və ya bidət əhli olan kimsə, buralara getsə, həcc etsə heç qiyməti olmaz. Yoxsa “Həcc və Məkkə qiymətsiz” demək deyildir. Bunlar ancaq imanlı olana qiymət verər.

“Kəramət tacda deyildir” sözü də gözəldir. İnsan paltarıyla, xirqəsiylə, əbasıyla, başındakı tacıyla, oturduğu taxtıyla dəyər qazanmaz. Pal-paltarla, hətta təhsillə belə insanın kamala çatmadığı izah edilməkdədir. Necəki cahil biri, mərhum Nəsrəddin Xocaya, oxunması çətin bir yazı gətirər. "Xoca bunu oxu!" deyər. Xoca baxar, "Oxuya bilmədim" deyər. O adam, "Başındakı papağından, sarığından utan!" deyər. Mərhum xoca, "Əgər kəramət sarıqdaysa, buyur sən oxu!" deyərək sarığı o adamın başına keçirər.

Hallacı Mənsur həzrətləri

Sual: Hallacı Mənsur və Muhyiddini Arabi kimi şəxslərin yanlış başa düşülən sözlərindən dolayı, bəziləri bu şəxslərdən bəhs edərkən, sələfilər kimi, “Hallac belə demiş”, “Muhyiddin belə yazmış” deyirlər. Bu hörmətsizlik deyilmi?

CAVAB

Əlbəttə hörmətsizlikdir. O şəxslər, xətalı kəşflərindən dolayı üzrlü olduqları üçün, günaha girməzlər. İmamı Rabbani həzrətləri buyurur ki:

Təsəvvüf böyüklərindən bir neçəsi özlərini hal və səkr əhatə etdiyi zaman, doğru yolun alimlərinin bildirdiklərinə uymayan bilgilər, mərifətlər söyləmişlərsə də, kəşf yoluyla başa düşdükləri üçün, günahkar sayılmaz və sorğu-suala çəkilməzlər. Bunların, ictihadında xəta edən müctəhidlər kimi, xəta etmələrinə də bir savab verilər. (1/112)

Kitablarımızda və İmamı Rabbani həzrətlərinin məktublarında, bu şəxslər yad edilərkən, “Hallacı Mənsur (qaddəsəllahu təalə sirrahul-aziz)” və “Şeyxi əkbər Muhyiddini Arabi (quddisə sirruh)” deyə hörmətlə bildirilməkdədir. (S. Əbədiyyə)

İmamı Muhamməd Məsum həzrətləri də buyurur ki: Şeyxi əkbər Muhyiddini Arabi həzrətləri, hədis elmində sahibi isnad və fiqh elmində ictihad məqamındaydı. (1/29)

Belə böyük şəxslərə hörmətsizlik edən, öz tərbiyəsizliyini göstərmiş olar.

Köpəkdən aşağı olmaq

Sual: Övliya şəxslərə müxalif biri, böyük şəxslərdən birini, "Həmişə eyni şeyləri danışır" deyə tənqid edincə bir nəfər, "Xocasını tənqid edənə hirslənməyin, köpəkdən aşağıdır" sözünü xatırlayıb, "Axmaq hərif, həddini bil, böyükləri sevənlərin yanında belə danışa bilməzsən" deyir. Sevənlərin yanında necə elə danışıla bilərki?

CAVAB

Hiyləgər hərəkət edib, söylədiklərinə bir qılıf tapdığı üçün, çox reaksiya toplamır. Əgər o adam reaksiya verməsəydi, kim bilir daha nələr söyləyəcəkdi. Bəlkə də bütün silsilə böyüklərinə iftira ataraq, belə belə xətaları vardı deyəcəkdi. Böyüklərimiz bunu danışardılar:

Bir gün həzrəti Ömər, bir yerə vali təyin edərək deyər ki:

— Sabah filan yerə gəl! Sənə, yaxşı valinin necə olacağını, müvəffəqiyyətin yollarını izah edəcəyəm inşallah.

Hər kəs, görəsən nə nəsihətlər verəcək, nə tövsiyyə edəcək deyə düşənər. Ertəsi gün Əshabı-kiramın hamısı ora gələr. Həzrəti Ömər, valinin qolundan tutub deyər ki:

— Əgər müvəffəq olmaq istəyirsənsə, namazını tə'dili ərkanla, vaxtı girincə qıl! Ramazanı şərif ayı gəlincə orucunu tut! Həcc zamanı həccə get! Zəkatını dinin əmrinə uyğun şəkildə ver! Kəlimeyi şəhadəti söyləyərək, imanını təzələ! Haydı, gülə-gülə, get yoluna, Allahu təala yardımçın olsun!

— Ya əmir-al-möminin, İslamın şərtinin beş olduğunu hamımız bilirik. Biz başqa şeylər söyləyəcəyinizi, valilik haqqında müvəffəq olmanın yollarını izah edəcəyinizi zənn etmiştik.

— Rasulullah əfəndimiz, İslamın şərtinin beş olduğunu bildirdi. Mən bunu altı edəcək deyiləm. Bu beş şərti doğru yerinə yetirən müvəffəq olar.

Görüldüğü kimi, dinin əsasları bəllidir. Danışılacaq şeylər də bəllidir. “Həmişə eyni şeyi danışır” deyərək böyük şəxsləri tənqid etmək, pis niyyətli olmağı gərəkdirər. Kitablarımızda da həmişə xəta axtarmağa çalışır. Belə hiyləgər fitnə çıxaran iki üzlülərə, o adam kimi, anında reaksiya verməli. Reaksiya görməyincə, hücumları şiddətləndirər. Köpəkdən aşağı olmamaq üçün belə kimsələrə gülərüz göstərməməli. Gənclərin, onların tələsinə düşmələrinə də mane olmalıdır.

Övliyaya pis söz söyləmək

Sual: Bəzi kimsələr; İmamı Rabbani, Muhyiddini Arabi, Mövlana Cəlaləddini Rumi kimi şəxslər üçün ağıza alınmayacaq, küfrlə ittiham edici sözlər söyləyirlər. Belə kimsələrə necə cavab verilməlidir?

CAVAB

Mövzu ilə əlaqəli olaraq Abdullahı Dəhləvi həzrətləri Məkatibi şərifə kitabında buyurur ki:

“Bir kimsənin məqsədi bilinmədən, yalnız sözünə baxaraq, ona kafir deyilə bilməz. Bir Müsəlmanın, bir sözünün, yetmiş mənası küfrünü, bir manası isə imanını göstərsə, o kimsəyə kafir deyilməz. Hədisi-şərifdə; "Küfrü açıq bilinməyən kimsəyə kafir deyən, kafir olar" buyuruldu.

Qurani-Kərimdə və hədisi-şəriflərdə elə bilgilər vardır ki, bunlar təvil [izah] edilmədən başa düşülməz. Bir kəlimənin, Allahu təala və Rasulullah əfəndimiz tərəfindən, açıq bildirilməmiş mənalarından, İslamiyyətə uyğun olanı seçməyə Təvil deyilir. Bunu hər kəs edə bilməz. Övliyanın sözlərini də təvil etmək, məalən bildirmək lazımdır. Təvil edilməzsə, yanlış başa düşülər. Təvil edilincə, vəliyə iftira atmaq təhlükəsi olmaz. İftira atmaq haramdır. Övliyanın səkr halında və ya qovuşduqları nemətləri danışarkən, yaxud tələbəsini təşviq üçün və ya məqsədini izah edəcək kəlimə tapa bilmədikləri zaman, söylədikləri bəzi kəlimələri təvilə möhtac olar. Məsələn; İmamı Rabbani həzrətləri; 'Rasulullahın hər işinə tabe olmalıdır' demir. 'Etikadda, fiqh kitablarında əmr olunan işlərdə və qəlb ilə edilən zikrlərdə tabe olmalıdır' deyir. Bunlara tabe olmayan, vəli ola bilməz. İmamı Rabbani həzrətləri və digər övliyaya etiraz edənlər, onların sözlərindəki incəliyi başa düşə bilməyənlərdir.

Abdulqadiri Geylani həzrətlərinin Futuh-ul-Ğayb kitabının farsca şərhində buyurulur ki: “Ariflərin qəlblərinə incə və başa düşülməz bilgilər gəldiyi zaman, bunları başa salacaq kəlimə tapa bilməzlər. Belə sözlərini eşidincə, doğrusunu Allahu təala bilir deməli, inkara qalxmamalıdır.”

Təsəvvüf yolundan məqsəd, Əhli sünnət alimlərinin bildirdikləri doğru etiqada, İslamın gözəl əxlaqına, fiqh kitablarının göstərdiyi işləri etməyə, bidətlərdən çəkinməyə və Allah dostlarının qəlblərinə gələn hallara qovuşmaqdır. Övliyanın sözləri misq kimidir. Gözəl məna saçarlar. Yanlış mənalar vermək, misqi çör-çöp ilə örtmək kimidir. Çör-çöp yığını, misqin gözəl qoxusunu örtə bilməz.

 

10-09-2019, 12:19
Geri