Gözəl İslam / İftarı gecikdirmək caizdirmi?

İftarı gecikdirmək caizdirmi?

Sual: Hansısa bir işə görə iftarı nə qədər gecikdirmək caizdir?

CAVAB

Axşam  vaxtının girdiyi dəqiq bilinərsə, əvvəlcə xurma, su kimi bir şeylə oruc açılır, sonra namaz qılınır. Yeməyi tez yeyib sonra namaz qılmaq da caizdir. Lakin iftar süfrəsində müxtəlif cür yeməklər olduğu üçün axşam namazı gecikər, namaz məkruh vaxta qala bilər. Buna görə də əvvəl namaz qılmaq, sonra yavaş-yavaş yeməyi yemək daha uyğundur. Vaxtın girdiyi dəqiq bilinmirsə, əvvəl namaz qılmaq lazımdır. Sonra vaxtın girmədiyi aydın olsa, namazı yenidən qılmaq mümkündür. Amma vaxt girmədən oruc açılarsa, oruc pozulmuş sayılır. Düzəltmək də mümkün deyil. Vaxtın girdiyi dəqiq bilinərsə, əvvəlcə orucu açıb namaz qıldıqdan sonra, yemək yeyilməlidir.
Hədisi-şərifdə “İftara tələsin” buyuruldu. [Hakim]

Mötəbər kitablarda bildirilir ki, tələsməyin axırıncı vaxtı ulduzlar görünənə qədərdir. Bu da təxminən axşam vaxtı girdikdən yarım saat sonradır. Hədisi-şərifdə “Ulduzlar görünməmiş iftar edən, sünnətimə əməl etmiş sayılır” buyuruldu. [İbni Hibban]

İftar duaları

Sual: İftar açanda hansı dua oxunur?

CAVAB

İftardan əvvəl Əuzü və Bəsmələ çəkilir “Allahummə ya vəsial-mağfirəh iğfirli və li-vəlidəyyə və li-üstaziyyə və lil-mümininə vəl müminət yəvmə yəqumülhisab” deyilir. Mənası belədir - “Ey məğfirəti böyük olan Allahım! Qiyamət günü hesaba çəkilərkən, məni, ata-anamı, xocamı, kişi və qadın bütün möminləri əfv et!”
Bir-iki tikə yedikdən sonra “Zəhəbəzzamə vəbtəllətil uruq və səbə-təl-əcr inşəallahu təala” deyilir və yeməyə başlanılır. Bu iftar duasının mənası isə belədir. “Aclıq bitdi, damarlarımızın suya qovuşma vaxtı gəldi. İnşallah savab hasil oldu.”
Ramazanda belə dua da edilir:

Ya Rəbbim, bizi Ramazanı-şərifin şəfaətinə nail eylə! Ramazanı-şərifdə əfv və məğfirət eylədiyin, Cəhənnəmdən azad elədiyin qullarının sırasına bizləri də daxil et!

Axşam namazını gecikdirməməli

Sual: Vacib bir iftar süfrəsinə dəvət ediləndə axşam namazının fərzini və ya sünnətini yeməkdən sonra qılmaq caizdirmi?

CAVAB

Vaxtın girdiyi dəqiqdirsə, əvvəlcə orucu açıb sonra axşam namazı qılınmalı və yemək yeyilməlidir. Namazı məkruh vaxta saxlamamaq lazımdır. Axşam namazını ulduzlar görünənə qədər (təxminən yarım saat) gecikdirməməli. Son sünnəti olan namazlarda fərzdən sonra son sünnəti dərhal qılmamaq da məkruhdur. İftarı bəhanə edib heç bir məcburiyyət olmadan axşam  namazının sünnətini tərk etmək caiz deyil.

 

Sual: İftarda tələsmək lazımdır deyilir. Tələsməkdə məqsəd nədir, nə edilər və tələsmək üçün necə hərəkət edilməlidir?

CAVAB

İftarı tələsmək və sahuru fəcrin ağarmasından əvvəl gecikdirmək sünnətdir. Rəsulullah əfəndimiz bu iki sünnəti yerinə yetirməkdə çox diqqətli idi. Dürərdə deyilir ki:

“Səhər vaxtı yeyilən yeməyə sahur deyilir. Səhər vaxtı gecənin son altıda biridir.”

Sahuru gecikdirmək və iftarı tezləşdirmək insanın acizliyini göstərdiyi üçün sünnətdir. İbadət acizlik və ehtiyacı göstərmək üçündür. Nur-ül-izah kitabında:

“Buludsuz gecələrdə iftarı tezləşdirmək müstəhəbdir” deyilir. Bu kitabın şərhində də:

“Buludlu gecələrdə orucun pozulmasından qorunmaq üçün ehtiyatlı davranmalı, yəni iftarı bir az gecikdirmək lazımdır. Ulduzlar görünməmiş iftar edən tələsmiş sayılır [ki sünnətdir]” deyilir. Tahtavidə isə “Orucu namazdan əvvəl pozmaq müstəhəbdir. Bəhr kitabında və İbni Abidində deyildiyi kimi iftarda tələsmək ulduzlar görünməmiş iftar etmək deməkdir” deyilir. Axşam namazını da bu vaxtda, yəni tez qılmaq müstəhəbdir. Günəşin batdığı yaxşı məlum olduqda, əvvəlcə Əuzu və Bəsmələ oxuyub:

“Allahummə ya vəsial-mağfirəh iğfirli və li-vəlidəyyə və li-üstaziyyə və lil-mümininə vəl müminət yəvmə yəqumülhisab” deyilir. İftardan bir-iki tikə yeyilir:

“Zəhəbəzzamə vəbtəllətil uruq və səbə-təl-əcr inşəallahu təala” deyilir və yeməyə başlanılır. Xurma və ya su, zeytun yaxud duzla iftar edilir. Sonra məsciddə və ya evdə camaatla axşam namazı qılınır. Bundan sonra axşam yeməyi yeyilir. Süfrədəki yeməkləri yemək, xüsusən də Ramazanda uzun vaxt aparacağına görə axşam namazının tez qılınması və yeməyi tələsmədən rahat yeyilməsi üçün az bir şeylə iftar edib, yeməyi duadan və namazdan sonra yemək lazımdır. Beləliklə oruc tez pozular, namaz da tez qılınmış olar. Yuxarıdakı iftar duasının mənası:

“Aclıq vaxtı bitdi. Damarlarımızın suya qovuşma vaxtı gəldi. İnşallah savab hasil oldu” deməkdir.

 

Namazdan onra iftar etmək

Sual: Orucu qurtarmaq üçün əvvəlcə axşam namazını qılıb, sonra iftar etməyin zərəri varmı?

CAVAB: Axşam namazından əvvəl iftar etmək müstəhəb olsa da, bir ibadəti pozmaq şübhəsindən qurtulmaq üçün müstəhəb tərk edilməlidir. Əvvəlcə axşam namazını qılmalı, sonra iftar edilməlidir. Beləliklə də iftar yenə ulduzlar görünməmiş olar. Yəni tələsik olar və oruc pozulmaq təhlükəsindən azad olar. Axşam namazını vaxtı çıxmadan yenidən qılmaq mümkündür. Təqvim, saat, şam, top və azan səhv olanda orucu qurtarmaq olmur. İbni Abidin namaz vaxtlarını izah edərkən buyurur ki:

“İftar etmək üçün iki adil müsəlmanın günəşin batdığını xəbər verməsi lazımdır.

Göründüyü kimi təqvim hazırlayan, iftar topu atan, azan oxuyan adil olmalıdır. Adil demək, böyük günah işləməyən və kiçik günahlara adət etməyən deməkdir. Buna görə də Ramazanın, bayramın və həcc vaxtının gəlişini, iftar və namaz vaxtlarını anlamaq üçün və bütün dini işlərində etiqadı, əməli yanlış şəxslərin sözlərinə tabe olmaq caiz deyildir.

 

13-03-2023, 13:46
Geri