Gözəl İslam / Bütün il oruc tutmaq

Bütün il oruc tutmaq

Sual: Ramazanda ən az birə on qat savab verildiyi üçün bir ay oruc tutan şəxs 300 gün, Şəvvalda da 6 gün oruc tutan şəxs isə 60 gün oruc tutmuş kimi olacaq, yəni bütün il oruc tutmuş sayılacağı deyilir. Fərz Ramazan orucu ilə, nafilə olan Şəvval orucu eyni tərəziyə necə qoyula bilər?

CAVAB

Kitablarda hər ay üç gün oruc tutan şəxsin də bütün il oruc tutmuş kimi sayılacağı bildirilir. Burada fərz Ramazan orucu ilə nafilə oruc müqayisə edilmir. Bütün ili oruc tutmuş olmur, mütləq oruc tutmuş kimi sayılacağı, yəni çox savab veriləcəyi bildirilir. Əks halda ömür boyu nafilə oruc tutulsa, Ramazanı-şərifdə tutulan bir günün orucunun savabına çatmaz. Üzrsüz olaraq Ramazanda bir gün oruc tutmayan şəxs ömür boyu nafilə oruc tutsa belə, Ramazanda tutulan orucun bir günün savabına nail ola bilməz. Hətta Ramazanda tutulan fərz orucunu qəza etdikdən sonra yenə də hər gün oruc tutsa, Ramazı-şərifdə tutulan bir günün orucunun savabına qovuşa bilməz. Orucun qəzasını tutduqda ancaq borcundan qurtular. Ramazanda tutduğu kimi savab qazana bilməz. Bir hədisi-şərif məalı: “Ramazanda bir gün oruc tutmayan onun əvəzinə bütün il oruc tutsa, o bir günkü savaba qovuşa bilməz.” [Tirmizi]

26-01-2023, 15:46
Geri