Gözəl İslam / Məzhəblər dini hökmlərin toplusudur.

Məzhəblər dini hökmlərin toplusudur.

 Peyğəmbərimiz əleyhissəlam  dinimizi yaymaq üçün fərqli məmləkətlərə göndərdiyi Səhabələri, həmçinin onlardan sonra gələn yüksək xüsusiyyətlərə sahib olan din alimləri (hal-hazırda belə alimlər yoxdur) fərqli məsələlər üçün yüzlərlə, hətta minlərlə problemləri dinimizin hökmləri ilə həll etmiş, dinimizdə qadağan olunan və əmr olunan şeyləri bildirmişdirlər. Bu hökmləri onlar Qurani-Kərimdən, orada olmadıqda (bilirsiniz ki, bütün dini hökmlər Quranda yoxdur, məsələn namazlar neçə rükətdir, zəkat necə verilir, nikah, boşanma necə olur) hədisi-şəriflərdən çıxarırdılar. Əgər müəyyən məsələlərin həlli nə Quranda, nə də hədislərdə yox idisə, orda açıq-aydın belə olmalıdır, elə olmalıdır deyə bildirilmiş KONKRET SÖZ yox idisə, o zaman öz İCTİHADLARINA görə hökm çıxarırdılar. İCTİHAD  öz ağlına görə hökm çıxarır demək DEYİLDİR. İCTİHAD bir açıq bildirilməmiş problemi, hökmü digər açıq bildirilmiş hökmlərə BƏNZƏDƏRƏK, ONLARDAN ALARAQ dini hökm çıxarmağa deyilir. İCTiHAD EDİLƏRƏK çıxarılan dini hökmlərin TOPLUSUNA MƏZHƏB deyilir. Bir alimin ictihadı, bəzən eyni hökm qarşısında başqa alimin ictihadına BƏNZƏMƏYƏ BİLƏR, fərqli ola bilər. Hər alim üçün onun öz ictihadı doğru olaraq qəbul edilir. Alim olmayan bizim kimi müsəlmanlar da istədiyimiz alimin ictihadına tabe ola bilərik. Bu da öz növbəsində doğru qəbul edilir. Bəs hər alim ictihad edə bilərmi? XEYR ƏSLA. İctihad edə biləcək alimlər o qədər dərin və böyük kriteriyalara sahib olmalıdırlar ki, son beş-altı yüz ildə artıq belə bir alim dünyaya gəlməmişdir. İctihad çox incə, çox dərin bir məsələdir. ANCAQ ictihad edən alimlərinin dini hökmləri, MƏZHƏBLƏRİ  günümüzə qədər gəlib çatmışdır. Bu alimlər Qurani-Kərimdə, hədisi-şəriflərdə bildirilən, ancaq sənin kimi, mənim kimi müsəlmanların min il oxusaq belə basa düşə bilməyəcəyimiz dini hökmləri, üyüdərək bizim üçün hazır tikə halına gətirmişlər, yəni başa düşəcəyimiz dildə FİQH kitabları yazmışlar. Bu kitablardan biri də TAM İLMİHAL kitabıdır. TAM İLMİHAL kitabında müasir dövrümüz üçün lazım olan bütün dini hökmlər ən asan dildə bildirilmişdir. 

 

 İlk zamanlar bir çox məzhəblər var idi ki, müsəlmanlar da öz hallarına görə bu məzhəblərə uyardılar, ancaq illərlə bir çox məzhəblər unudulmuş, dövrümüzə sadəcə dörd məzhəb gəlib çıxmışdır. Ondan sonra gələn Əhli sünnət alimlərinin hamısı 4 haqq məzhəbdən birinə tabe olmuş, başqa heç bir şeyə tabe olmağı qəbul etməmişdirlər. Çünki o dərəcədə böyük məzhəb alimi artıq yetişməmişdir.

 Bu dörd məzhəblər:

 HƏNƏFİ, ŞAFİİ, MALİKİ, HƏNBƏLİ məzhəbləridir. Biz, həmçinin dünya müsəlmanlarınınn bir çoxu Hənəfi məzhəbindəndir, Hənəfi məzhəbinin əsasını üstünlükləri sayılamayacaq qədər çox olan Əbu Hənəfi Numan ibn Sabit adlı alim tərəfindən qoyulmuşdur. Biz onun məzhəbinin dini hökmlərini baza olaraq götürürük. Lakin bəzən, xüsusilə də Namaz qılarkən, dəstəmaz alarkən çətinlik çəkdiyimiz bir çox məqamlarda Maliki məzhəbinə uyuruq, daha doğrusu uymağa məcburuq. Çünki Hənəfi məzhəbinə görə bir sıra qaydaları yerinə yetirməkdə çətinlik çəkə bilərik, bunun üçün sırf asanlıq olsun, əziyyət çəkməyək deyə (dinimiz əlbəttə ki, bizim çətinlik çəkməmizi istəməz) bir sıra dini hökmlərdə Maliki məzhəbində olan dini hökmlərə tabe oluruq.

 

 

7-12-2019, 14:42
Geri