Gözəl İslam / Allahü təalanın bu ümmətə ikramı

Allahü təalanın bu ümmətə ikramı

Sual: Kəramət haqdırsa, Əshab və Tabeyin niyə heç kəramət göstərmədilər?
CAVAB:
Kəraməti inkar etmək, İslamiyyətdən xəbəri olmamağı və çox cahil olmağı açıq-aşkar göstərməkdədir. Əshabı-kiram heç kəramət göstərmədi demək də alçaq və çox çirkin bir yalandır. Əshabı-kiramdan hər birinin yüzlərlə kəramətlərini qiymətli kitablar yazmaqdadır. Yusif-i Nəbhaninin Cami-ul-kəramət kitabında əlli dörd Səhabənin kəramətləri vəsiqələri ilə birlikdə ərəbcə yazılıdır. 

Bunlardan bir neçəsini bildirək:
Kəramət əhli şəxslər 
Həzrəti Əbu Bəkir 
vəfat edəcəyi zaman, “Ey Aişə, bir oğlumla iki qızım sənə əmanətdir” dedi. “Atacan, mənim bir bacım var. Digəri haradadır?” deyə soruşduqda, “Xanımım hamilədir” dedi. Vəfatından sonra bir qızı doğuldu. (Şəvahid)
Hədisi-şərifdə buyuruldu ki: 

Keçmiş ümmətlərin içərisində vaqe olmadan öncə bəzi şeyləri xəbər verən kəramət əhli şəxslər var idi. Ümmətimdən isə Ömər onlardandır. [Buxari, Müslim, Tirmizi]
Həzrəti Ömər Mədinədə xütbə oxuyarkən, İrana göndərdiyi ordu məğlub olmaq üzrə ikən, bu halı görüb, komandirə, “Ey Sariyə, arxanı dağa ver” buyurdu. O da dağa yanaşdı və zəfərə qovuşdu. (Cami-ul-kəramət, Qısası ənbiya, Şəvahid, İrşad-üt-talibin)

Həzrəti Osman yanına gələn birinə, “Gözündə zina əsəri var. Bir qadına baxmısan” buyurdu. O kimsə, “Haradan bildin?” dedi. Həzrəti Osman da, “Möminin fərasətindən qorxun, o, Allahın nuru ilə baxar” hədisi- şərifini bildirdi. (Buxari) (Cami-ul-kəramət)
Həzrəti Əli
vəfat edəcəyi zaman, “Tabutumu Arneynə aparın, orada işıq saçan bir qaya görəcəksiniz. Məni oraya dəfn edin!” buyurdu. Elə də etdilər, buyurduğu kimi gördülər. (Şəvahid)
Həzrəti Ömərin oğlu Abdullah 
insanların yolunu kəsən aslana, “Dərhal uzaqlaş” deyə hirsləndikdə aslan quyruğunu sallayaraq uzaqlaşdı. İbni Ömər həzrətləri, “Rəsulullah əlbəttə doğru söyləyir” deyərək, “Allahdan qorxandan hər şey qorxar” hədisi-şərifini bildirdi. (Hakim)

Həzrəti Hubeyb əsir alındıqda yanına gələnlər onun qarşısında təzə üzüm görərdilər. (Buxari)
Avn ibn Abdullah günəşin altında yatarkən bir bulud ona kölgə salardı. (Əbu Nuaym)
Övliyadan bunun kimi minlərlə kəramət eşidilmişdir. Seyid Abdülqadir Qeylani həzrətlərinin kəramətləri isə çox məşhur olmuşdur. Kəramət haqdır, inkar edən axmaqdır. (Əvarif-ül-məarif)
Əshabı-kiram bütün Övliyadan üstün olduğu halda kəramətləri az eşidilmişdir. Əsri-səadətdəki insanların imanı qüvvətli idi. Kəramətlə imanlarının qüvvətlənməsinə ehtiyac yox idi. Daha sonra gələnlərin imanı zəiflədi. İmanlarının qüvvətlənməsi üçün kəramətə ehtiyac hasil oldu. Onun üçün daha sonra gələn Övliyada kəramət çox görüldü. (Şəvahid) 
Şəvahid-ün-nübüvvə
də deyir ki:

Həzrəti Həsən Abdullah ibn Zübeyr ilə yola çıxmışdı. Bir xurmalıqda istirahət etdilər. Ağaclar qurumuşdu. Abdullah ibn Zübeyr ağacda xurma olsaydı yaxşı olardı dedi. Həzrəti Həsən dua etdi. Bir ağac dərhal yaşıllaşıb xurma ilə doldu. Bu bir sehrdir dedilər. Həzrəti Həsən, xeyr, Rəsulullahın nəvəsinin duası ilə Cənabı Haqq yaratdı, buyurdu.
Əli Zeynəlabidin ibn Hüseyn uşaqları ilə çəmənlikdə yemək yeyirdilər. Bir ceyran yaxınlarında dayandı. Ey ahu! Mən Zeynəlabidin Əli ibn Hüseyn ibn Əli, anam Fatimə binti Rəsuldur. Gəl, sən də ye dedi. Ceyran gəlib yedi və getdi. Süfrədəki uşaqlar, yenə çağır deyərək yalvardılar. Ona heç nə etməsəz, incitməsəz çağıraram buyurdu. Heç nə etmərik dedilər. Yenə çağırdı. Gəldi, yedi. Bir uşaq əlini heyvanın kürəyinə çəkdi, hürküb qaçdı.
Muhamməd ibn Hənəfiyyə imam Zeynəlabidinə, “Mən sənin əminəm və yaşca da səndən böyüyəm. İmaməti mənə ver” dedi. Həcər-ül əsvəddən soruşmağa qərar verdilər. Daş titrədi, “İmamət Zeynəlabidinin haqqıdır”səsi eşidildi. 
İmam Əli Rza bir divarın yanında oturmuşdu. Qarşısına bir quş gəlib ötməyə başladı. İmam həzrətləri, yanında oturana bu quş nə deyir anlayırsanmı, dedi. Xeyr, dedi. Yuvama ilan yaxınlaşıb, gəlib balalarımı yeyəcək. Bizi bu düşməndən xilas et, deyir. Quş ilə birlikdə get! İlanı tap, öldür buyurdu. Getdi, buyurduğu kimi gördü. 
Rəsulullahın azad etmiş olduğu kölələrindən Səfinə deyir ki, dəniz yolçusu idim, fırtına qalxdı, gəmi batdı. Bir taxta üstündə qaldım. Dalğalar, məni sahilə apardı. Bir meşənin içinə düşdüm. Qarşıma bir aslan çıxdı. Ey aslan! Mən, Rəsulullahın Səhabəsiyəm dedim. Boynunu bükdü, mənə sürtündü, yol göstərdi. Ayrılarkən mırıldandı. Vəda etdiyini anladım.
Əyyubi Səhtiyani, bir yoldaşı ilə çöldə qalmışdı. Yoldaşının susuzluqdan dili sallanırdı. Dərdinmi var, sorşdu. Susuzluqdan ölmək üzrəyəm dedi. Əgər heç kimə söyləməzsən sənə su taparam dedi. Söyləmərəm deyə and içdi. Ayağını yerə vurunca, su fışqırdı, içdilər. Əyyub ölənə qədər yoldaşı bu hadisəni heç kimə danışmadı.
[Görünür ki, Allahü təala, sevdiyi qullarına kəramətlər ehsan etməkdədir. Vəlilər, kəramətlərini gizlədirlər. Kiminsə bilməsini istəməzlər.]
Hamidi Tavil deyir ki, Sabit Mənanini qəbrə qoyub üstünü örtərkən bir kərpic düşdü. Sabit Mənaninin qəbirdə namaz qıldığını gördük. Qızından soruşduq. Atam əlli il gecə namaz qılmış və səhər vaxtları dua edərək, ya Rəbbi! Peyğəmbərlərdən başqa qullarına qəbirdə namaz qılmaq nəsib etdinsə, mənə də nəsib et deyərdi, dedi.
Həbibi Əcəmini Tərviyə günü Bəsrədə, ertəsi Ərəfə günü Ərafatda görərdilər. [Həbibi Əcəmi, Həsəni Bəsrinin tələbəsidir.]
Fudayl ibn İyad deyir ki, gözləri kor bir nəfər Abdullah ibn Mübarək həzrətlərinə gəlib, gözlərinin açılması üçün dua etməsini xahiş etdi. Abdullah uzun dua etdi. Gözləri dərhal açıldı. Gözləri açılmış görənlər çox idi. [Abdullah ibn Mübarək İmamı Əzəmın tələbəsidir.]
Şəvahid-ün-nübüvvə kitabından götürdüyümüz yuxarıda yazılmış Əshabı-kiramın və Tabeinin kəramətləri məzhəbsizlərin yalan söylədiklərini ortaya qoymaqdadır. Əshab və Tabein heç kəramət göstərmədilər deyərək Müsəlmanları aldatmaq istəyirlər. 
Abdülqani Nəblüsi həzrətləri buyurdu ki: 
“Övliyalığı inkar etmək dinin bir hökmünü inkar etmək kimi küfrdür. Övliya və Peyğəmbər nə qədər yüksək olarsa olsun yenə quldur. Xariqə, kəramət hasil olmasında qulların heç bir təsiri yoxdur. Hər şeyi yalnız Allahü təala yaratmaqdadır. Ancaq Allahü təala Peyğəmbərlərini və Övliyasını başqa qullarından üstün tutmuş, başqalarına vermədiyi kəramət və möcüzə kimi xariqələri, nemətləri bu şəxslərə ehsan etmişdir.” [Hadiqa]
Övliya [Allah dostları] üçün axirətdə də qorxu yoxdur. Qurani-kərimdə məalən buyurulur ki: 

“Övliya üçün əlbəttə qorxu yoxdur, onlar məhzun da olmazlar.” [Yunus 62]
İslam alimləri də buyurur ki:
“Övliyanın kəraməti ənbiyanın möcüzələrinin davamıdır. Buna görə də bu ümmətin Övliyasından hasil olan kəramətlər də Peyğəmbər əfəndimizin möcüzəsidir.” [Şəvahid]
“Vəlinin kəraməti nəbinin möcüzəsidir. Buna görə də bu ümmətin Övliyasından hasil olan kəramətlər də Peyğəmbər əfəndimizin möcüzələrindən sayılmışdır.” [Birgivi Vəsiyyətnaməsi]
“Qeybdən bilmək Peyğəmbərlərin möcüzəsidir. Övliyanın qeybdən bildiyi kəramətləri də yenə Rəsulullahın möcüzəsinin davamıdır.” [Rədd-ül Muxtar]
“İnsanların qəlblərindən keçənləri xəbər verməsi kimi Övliyanın kəraməti sayılmayacaq qədər çoxdur.” [İhya]
Sual:
 İmam Əzəm həzrətlərinin iki rükət namazda Qurani-kərimi xətm etdiyini bir kitabda oxudum. Qurani-kərimi üç gündən tez xətm etmək asan olmadığı kimi, müstəhəb də deyildir. Bu böyük imam iki rükətdə Qurani-kərimi necə xətm etmişdir?

CAVAB
İmam Əzəm həzrətləri ən böyük və nadir alimlərdən birdir. “Alimlər Peyğəmbərlərin varisləridir” hədisi-şərifindəki müjdəyə qovuşmuş böyük bir şəxsiyyət olmuş, Peyğəmbər əfəndimiz onun gələcəyini bildirmişdir. Diyəyi-mənəvi, Mövduat-ül-ülum, Xeyrat-ül-hisan, Mirati-kainat, Dürr-ül Muxtar ilə Rədd-ül Muxtarda səhih olduğu bildirilən hədisi-şərifdə buyuruldu ki:

“Adəm və bütün Peyğəmbərlər mənimlə öyündüyü kimi, mən də ləqəbi Əbu Hənifə, adı Numan olan bir kimsə ilə öyünərəm. O, ümmətimin işığı olacaq, Müsəlmanları yoldan çıxmaqdan, cəhalət qaranlığına düşməkdən qoruyacaqdır.”
İmam Əzəm həzrətləri haqqında daha başqa hədisi-şəriflər də vardır. Belə böyük bir şəxsiyyətin iki rükət namazda Qurani-kərimi xətm etməsi çətin deyildir. Bir rükət namazda Qurani-kərimi xətm etmək, yalnız Həzrəti Osmana, Təmimi Dariyə, Said ibn Cübeyrə və imam Əzəm Əbu Hənifəyə nəsib olmuşdur. (M. Zühdiyyə)
Peyğəmbər əfəndimiz sual edənlərin halına, işinə uyğun bir zamanda xətm etməsini əmr buyurmuşdur. “Qurani-kərimi üç gündən tez xətm edən mənasını anlaya bilməz” hədisi-şərifi də belədir, bir namazı xətmlə qılmağa mane deyildir. (Şira)
İmam Əzəm həzrətlərinin qırx il yatsı namazının dəstəmazı ilə sübh namazını qıldığı, yəni yatsıdan sonra yatmadığı Mövduat-ül-ülum, Dürr-ül Muxtar, Mizan-ül-kübra və İbni Abidində sənədləri ilə yazılıdır. Bunun kimi nemətlər İmam Əzəm həzrətləri kimi bir neçə böyük şəxsiyyətə Allahü təalanın bir ehsanıdır. O dilədiyinə bol-bol ehsan edər.

9-06-2019, 13:41
Geri