Gözəl İslam / Həbsdən qurtaran namaz

Həbsdən qurtaran namaz

Xorasan valisi Abdullah bin Tahir çox adil idi. Asayiş keşikçiləri bir neçə oğru tutmuş, valiyə bildirmişdilər. Oğrulardan biri qaçdı. Hiratlı bir dəmirçi Nişapura getmişdi. Bir müddət sonra evinə dönüb gecə gedərkən bunu tutdular. Oğrularla bərabər valinin yanına apardılar. “Həbs edin!” dedi. Dəmirçi həbsxanada dəstəmaz alıb namaz qıldı. Əllərini qaldırıb, “Ya Rəbb! Məni qurtar! Günahım olmadığını ancaq sən bilirsən. Məni bu zindandan, ancaq sən qurtararsan. Ya Rəbb! Məni qurtar!”- deyə dua etdi. Vali o gecə yuxudan dörd qüvvətli kimsənin gəlib taxtını tərsinə çevirəcəkləri vaxt oyandı. Dərhal dəstəmaz alıb iki rükət namaz qıldı. Təkrar yatdı. Yenə o dörd nəfərin taxtını yıxmaq üzrə olduğunu gördü və oyandı. Üzərində bir məzlumun ahı olduğunu anladı. Necə ki, şeir!

Minlərlə top və tüfəng, edə bilməz əsla,

Göz yaşının səhər vaxtı etdiyini.

Düşmən qaçırdan süngüləri, çox dəfə,

Toz kimi edər, bir möminin duası.

“Ya Rəbb! Böyük yalnız sənsən! Sən elə bir böyüksən ki, böyüklər və kiçiklər dara düşüncə ancaq sənə yalvarar. Sənə yalvaran muradına qovuşar. Dərhal o gecə həbsxana müdirini çağırıb “bir məzlum qalıbmı”, soruşdu. Müdir, “bilmirəm, yalnız, bir nəfər namaz qılıb, çox dua edir. Göz yaşları tökür”- deyincə, onu gətirtdi. Halını soruşub başa düşdü. Üzr istəyib, “haqqını halal et və min gümüş hədiyyəmi qəbul et və hər hansı bir arzun olsa, mənə gəl!”- deyə xahiş etdi. Dəmirçi, “haqqımı halal etdim və hədiyyəni qəbul etdim. Lakin işimi, diləyimi səndən istəməyə gələ bilmərəm”,- dedi. “Nə üçün”- deyə soruşdu, Çünki mənim kimi bir kasıb üçün sənin kimi bir sultanın taxtını bir neçə dəfə tərsinə çevirən sahibimi buraxıb, diləklərimi başqasına söyləməyim qulluğa yaraşarmı Namazlardan sonra etdiyim dualarla, məni necə dərtlərdən qurtardı, necə muradıma qovuşdurdu. Necə olar, başqasına sığınım Rəbbim nəhayəti olmayan rəhmət xəzinəsinin qapısını açmış, sonsuz ehsan süfrəsini hər kəsə yaymış ikən, başqasına necə gedərəm Kim istədi vermədi İstəməyi bilməzsən, ala bilməzsən. Hüzuruna ədəblə çıxmasan, rəhmətinə qovuşmazsan”. Şeir

 

İbadət eşiyinə, kim ki, bir gecə baş qoydu.

Dostun lütfü açar ona, əlbəttə, min bir qapı.

 

Övliyanın böyüklərindən Rabiəi-Adviyyə “rahmətullahi aləyhə”, bir nəfərin dua edərkən “Ya Rəbb, mənə rəhmət qapısını aç!” dediyini eşidincə “Ey cahil! Allahü təalanın rəhmət qapısı indiyə qədər bağlı idi ki, indi açılmasını istəyirsən”- dedi. (Rəhmətin çıxış qapısı hər zaman açıqsa da, giriş qapısı olan qəlblər hər kəsdə açıq deyildir. Bunun açılması üçün dua etməliyik!) İlahi! Hər kəsi dərtlərdən qurtaran yalnız sənsən. Bizi dünyada və axirətdə çətin vəziyyətdə qoyma! Möhtaclara hər şeyi göndərən yalnız sənsən! Dünyada və axirətdə xeyirli, faydalı olan şeyləri bizə göndər! Dünyada və axirətdə bizi kimsəyə möhtac etmə! Amin!

1-05-2018, 12:33
Geri